Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Dilşad Soruşur Yazılma Tarixi:24.04.2020 12:37:42

salam. Mənim oğlum hərbi xidməti başa vurub 2020ci il aprel ayında amma, indi müddətdən artıq hərbi qulluqçu kimi qayıtmaq istəyir. hara və kimə müraciət etməliyik?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı övladınızın xidmət keçmək istədiyi qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Məzahim Soruşur Yazılma Tarixi:23.04.2020 23:25:31

Salam. Magistraturaya daxil olmus şexs magistraturani dondurub herbi xidmete gede biler? Ya tehsilini bitirib getmelidir? Bu hal mumkundurse ilk once herbi komisarliqa muraciet etmelidir ya universitete?

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
İLKİN Soruşur Yazılma Tarixi:23.04.2020 22:51:45

men aprel cagirislarina heqiqi herbi xidmete cagiris vereqesini almisam lakin mene hara dusduyum ne sms vasitesiyle gelmedi nedeelektron xidmetlerde yoxluyuram cixmir xais edirem meni melumatlandra bilersizmi heqiqi herbi ximeti hansi bolgede kececem

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.
İsa Soruşur Yazılma Tarixi:23.04.2020 20:33:55

Salam mən aprel ayı çağrışcısıyam amma xidmət edəcəyim hərbi hissə haqqında məlumat ala bilmirəm havax cavab ala bilərəm?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.
Elçin Soruşur Yazılma Tarixi:23.04.2020 15:39:47

Salam men 3 il bundan qabaq yararsız olduğuma göre ehtiyata buraxılmışdim bu il mart ayında yenidən yoxlanıldım ve hekimler yararlı olduğumu dedilər amma apret çağırışçıları siyahısında adım çıxmadı 2ci siyahı nə vaxt çıxacaq?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.
Səyyad Soruşur Yazılma Tarixi:23.04.2020 04:40:44

Salam mən Kürdəmir rayon şöbəsində qeydiyyatda BÜNYƏTOV Səyyad Habil oğlu 25.03.2002 ci il mən təyin olunduğum hərbi hissə haqqında məlumat almaq isteyirem hər sualı düzgün cavabladırdığım halda belə bir çağırışıcı yoxdu deyə məlumatlandırılır niyə belə olur?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.
İbrahim Soruşur Yazılma Tarixi:23.04.2020 02:19:23

Salam mən Şəmkir şəhərində yaşayıram, 2019-cu ilin oktyabrında 18 yaşım tamam olub,Məni Şəmkir rayon herbi xidmet şöbesine çağırıblar komisyadan keçmey üçün ama gözümün yaxşı görməməsinə görə məni gəncədə göz xəstəxanasına gönderibler,daha sonra bakıya zərifə əliyeva adına göz oftomotologiya xestexanasına gönderibler sonra bir neçe defe de bakıya gönderibler gözümün yoxlanmasına görə 2019 cu ilin oktyabr ayından aprelin axrıdır artıq ,bu yana qeder ne esger aparirlar nede yararsız herbi bileti vermirler,neye görə vermirlər hərbi bileti? Və mən buna görə hara müraciət edə bilərəm?Dəfələrdən gözümü bakıda, gəncədə yoxlayıblar və həkimlərdə təsdiqləyiblər ki yaxşı görmür, zəifdir.

Məlum olmuşdur ki, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və səhhətiniz ilə əlaqədar akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı Şəmkir rayon şöbəsi tərəfindən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Təmraz Soruşur Yazılma Tarixi:23.04.2020 02:04:31

Salam mən 2020-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidməti başa vurmuşam. Hərbi Biletimdə 44ç maddəsi göstərilib. Bu nə deməkdir? Müddətdən artıq həqiqi hərbi xidmət keçməyimə məneyəçilik törədirmi?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45 “ç” maddəsinə: “Aortanın, magistral və periferik arteriyaların və venaların, limfa damarlarının xəstəlikləri və zədələnmələrinin nəticələri: qan dövranının və funksiyaların pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqda” aiddir.
Fuad Soruşur Yazılma Tarixi:22.04.2020 21:43:16

Salam. Mən Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi xidmət etmişəm. 2011-ci ildən 2018-ci ilin iyul ayına qədər xidmətdə olmuşam Xəstəliklə əlaqədar ehtiyyata buraxılmışam. Hal hazırda xəstəliyim tədricən azalıb. Mən yenidən xidmətə qayıda bilərəm? Qayıda bilərəmsə bunun üçün hansı orqanlara müraciət etməliyəm?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Camal Soruşur Yazılma Tarixi:22.04.2020 21:30:43

Salam mən Camal Balakişiyev Namiq oğlu.Həkim mənə 3 ay mualicə alır deyə qeyid edib.Ancaq 3 ay bitib indi mənə mesaj gəlib ki siz 193 saylı herbi hissədə xidmətə çağrılırsız.vayınkamat məni bir daha hekim yanına göndərməlidi amma gönderməyib.göndərib örgənməli idi ki lər bu vətəndaş həqiqətən tam sağalıb ya yoo.

Məlum olmuşdur ki, 2020-ci ilin yanvar çağırışında Siz Xidmətin Salyan rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. 
Cədvəldə sətir sayı :14891