Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Soruşur Yazılma Tarixi:19.04.2020 18:34:17

Salam mən həqiqi hərbi xidmətə yararsız olduğum üçün ehtiyata buraxilmiwam və indi sağlam olduğuna əminəm müalicə almışam indi mən hərbi xidmətə gedə bilərəm? Ali tehsilliyem 25 yaşım var

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Elxan Soruşur Yazılma Tarixi:19.04.2020 14:48:10

Salam. Karantin vəziyyətinin uzadılması tərxis olunacaq əsgərlərimizin gəlişinə bir təsiri yoxdurki? Çox xaiş məlumatlandırasınız.

Bildiririk ki, müvafiq sərəncama əsasən müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması prosesi aprelin 20-dən 25-dək həyata keçirilir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                
Məzahim Soruşur Yazılma Tarixi:19.04.2020 01:29:41

Salam. Men bu il bakalavr təhsilimi basa vururam və magistraturaya qəbul imtahaninda kifayət qədər bal toplamisam. Bildiyimiz kimi magistratura seviyyəsinə qəbul olmus şəxslərə hərbi xidmətə getməyinə görə 2il möhlət verilir. Lakin mən magistraturaya qəbul olduqum təqdirdə təhsilimi dondurub iyul ayinda hərbi xidmətə getmek istəyirəm. Yəni əsgər gedib qaytdiqdan sonra magistr oxumaq istəyirəm . Bu hal mümkündür? Əgər mümkundursə mən necə etməliyəmki ilk oncə xidmət edim sonra təhsilimi davam etdirim.?

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Nuralə Soruşur Yazılma Tarixi:18.04.2020 23:16:06

Salam..qardasim aprel ayinin 1inde herbi xidmete getmeli idi. sonra mayin 1de herbi xidmete cagrilacaqlari deyildi..Karantin dovru mayin 4ne kimi uzadildi. sualim budur ki karantin dovrunun uzadilmasi xidmetcilerin herbi xidmete getmeyinizi yene gecikdirecek? birde hansi herbi hisseye dusduyuklerini vaxt bileceyik?

 Bildiririk ki, çağırışçılar 22.04.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
rəfail Soruşur Yazılma Tarixi:17.04.2020 22:59:10

MEN Rəfail həsənov may ayinin 18 ad gunumdu. Karona virus ile bagli cagrisin muddeti may ayinin 31 verildi. Men hacan gedecem ve cagrisim hacan gelecek? xais edirem bunla bagli meni xeberdar edin.

Bildiririk ki, 18 yaşı 2020-cu ilin may ayında tamam olmuş vətəndaşlar həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar   Əlavə olaraq qeyd edirik ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2020-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır.
Rauf Soruşur Yazılma Tarixi:17.04.2020 20:36:48

Salam men Memmedzade Rauf İbrahim oğlu 1989 ci ildə anadan olmuşam 2006 ci ildə Həqiqi herbi xidmətə çağirilmişam 2007 ci ildə hərbi xidmətimi bitirmişəm 2015 ci ildə Daxili işlər nazirliyin Daxili qoşunlarina daxili olmuşam 2018 ci ildə 3 il müddətimi bitrib təxris olmuşam sizdə xayiş edrem məndə Milli ordya işə qəbul edesiz mümkünsə ?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
ZAUR Soruşur Yazılma Tarixi:17.04.2020 13:05:42

Salam xaiş edirem mene veteran statusu almag ucun kömeklik edesiniz men 16 04 1994 çü ilde hegigi herbi xidmete cagrilmişam 20 10 1997 çi ilde texris olmuşam herbi xidmetim de ön çebhede xidmet etmişem ne ücün mene veteran statusu verilmir bu cox hagsizlidgi men veten ücün gencliyimi vermişem saglamligimi itirmişem indiye geder ne ucun mene veteran statusu vermirler.09038204 Zaur Memmedov Isgender

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir.             Odur ki, tələb olunan sənədlərlə xidmət keçdiyiniz qoşun növünün aidiyyəti komissiyasına müraciət etməyiniz məqsədəuyğundur.
Yusif Soruşur Yazılma Tarixi:17.04.2020 12:57:07

Salam. Mənim 17 yaşım var bir il bundan əvvəl vayınkomatdan qeydiyyatdan keçdim və həmin vaxtı şəxsiyyət vəsiqəmi nömrəsi başqa idi indi isə yeniləmişəm və bu saytda qeydiyyatdan keçəndən sonra köhnə vəsiqənin nömrəsini yazıldığını gördüm. Bunun nəyəsə ziyanı ola bilər?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Fərhad Soruşur Yazılma Tarixi:16.04.2020 13:47:22

Salam.Menim qardassim N sayli herbi xidmetdedir.Men onun diplomunu ne vaxt ve hara gondermeliyem ki , esgerlik 1 illik olsun? zehmet olmasa melumat verersizde

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ali təhsil almaları barədə təhsil müəssisəsindən verilmiş dövlət nümunəli sənədin notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etməlidirlər.
Xəyal Soruşur Yazılma Tarixi:16.04.2020 11:54:02

Ad ve soyad deyişdirildikde çagirişçi vesiqesi deyişdirilmelidirmi?ve 34ç maddesi nedir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidir. Eyni zamanda, soyad, ad və ya ata adının dəyişdirilməsi ilə bağlı çağırışçı tərəfindən müvafiq sənədlərin hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinə şəxsən təqdim etməsi məqsədəuyğundur. Digər sualınızla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Nazilər Kabinetinin  29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34 “ç” maddəsinə: “Hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8.0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2.0 DPTR-dən artıq və 4.0 DPRT-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm” aiddir.
Cədvəldə sətir sayı :14890