Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Əliyar Soruşur Yazılma Tarixi:26.09.2018 18:46:28

herbi xidmete cagriwin oktyabr prizivlerinin hara duwduyu cixib? onu sms den oyrenmek olar?

Bildiririk ki, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. 
Yunus Soruşur Yazılma Tarixi:26.09.2018 14:33:16

Salam. Mən Məmmədov Yunus Arif oğlu Suraxanı rayon vaynkamati məni 3ilden sonra təkrar müayinə üçün 5nomreli xəstəxanaya gonderis verdi. Keçdim müayineden 12barmag bagirsagda xora capiglari, qastroduedenit medede sepkiler var məndə usaglugdan bu problem var pəhrizlə qaliram.her dəfə agrilarimda olur. Ama 5nomreli xəstəxanada düzgün diaqnoz qoymurlar. Mən bilməy istəyirəm nə qərar verilib haqqımda.

Şikayət ərizəniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində araşdırılmış və Sizin Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilməniz üçün Xidmətin Suraxanı rayon idarəsinə göstəriş verilmişdir. Müayinənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Pərvin Soruşur Yazılma Tarixi:26.09.2018 13:07:32

salam MN-999 herbi hisse harda yerlesir?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Camal Soruşur Yazılma Tarixi:26.09.2018 13:06:24

Salam. Bu ayin evveleri olardi bakiya mualice ucun getmisem vayenkamat terefinden gonderilmisem bu ay erzinde ucuncu defedir gedirem vayenkamata deyirlerki senedler hele gelmeyib bakidan 1ay erzinde bu senedler niye elmeyir kimlere muraviyet ede bilerem hele gedis kagizini almamisam 4gunden sonra gedisler baslayir

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Valeh Soruşur Yazılma Tarixi:25.09.2018 21:42:58

MN- 950 sayli berbi hisse harda yerleşir?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Sənan Soruşur Yazılma Tarixi:25.09.2018 21:30:03

Salam Ayin 2 si Naxcivana Dusenler gedir. Bakiya dusenler nevaxt gedir bes. Birde 25.09.2018 bu gun Naxcivana dusenlere mesaj geldi baki ya sumqayita dusenler nevaxt bilnecek

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
İlqar Soruşur Yazılma Tarixi:25.09.2018 18:16:08

Herbi xidmet edeceyim yer hansi bolgedir?

         Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Fərman Soruşur Yazılma Tarixi:25.09.2018 08:16:27

Salam mənim sualım odurki. Bu il 2018ci il iyul ayında hərbi xidmətə çağırılan əsgərlin məlumatları 25 iyunda açıqlanmşdır. Ama siz melumatlarda 31 olacağnı qeyd edrsiz. Bu nədərəcə düzgündür ? Zəhmət olmasa sualımı cavablandırın

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:25.09.2018 00:51:32

Salam men Elshen Orucov Agstafa rayonun vaenkomati meni Seferberlik hospitala (Nesimi bazari yaxinliginda olan) gonderdiler avqust ayinda yoxlaniwa getdim ve hospital gozumle bagli diaqnoz verdiler ve Zerife Eliyeva adina goz klinikasina gonderdiler ve sentyabirin 10 da men Zerife Eliyeva adina goz klinikasina getdim ve muayineden kecdim eger burda cavab yaxwi ve yararli cixsa meni yeniden Seferberlik hospitalina gondereceyler ? Qeyd edimki helede Zerife Eliyeva goz klinikasinnan cavab gelmiyib Agstafa rayonun vaenkomatina birde bilmek isterdim cavab hacan gelecey ? Xahiw edirem sualima cavab vererdiz ?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və şəhadətləndirilmə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Siz, 2018-ci ilin oktyabr çağırışına cəlb olunacaqsınız.
Elşən Soruşur Yazılma Tarixi:24.09.2018 21:57:22

Cədvəldə sətir sayı :13967