Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Üzeyir Soruşur Yazılma Tarixi:10.05.2020 10:43:44

Salam. Məni 14 May 2020 saat 9 üçün qeydiyyatda olduğum Balakən rayonu tibbi komissiyaya çağırılmışam. Mən təhsilimlə əlaqədar Bakı şəhərində yaşayıram. Mənim müəyyən psixoloji narahatlıqlarıma görə uzun məsafələrə qatar xaric digər avtobus, avtomobil və digər nəqliyyat vasitələri ilə gedə bilmirəm. Mövcüd Covid-19 pandemiyası ilə də əlaqədar bölgələrə gedən sərnişinlər üçün qatar reysləri dayandırılıb. Sualım olacaqdı bu vəziyyəti nəzərə alaraq olar mı ki mənim tibbi yoxlanışım yaşadığım Bakı şəhərindəki hər hansı bir tibbi komissiyada keçirilsin?

Bildiririk ki, Sizin hərbi xidmətə yararlılıq dərəcənizin təyin olunması məqsədi ilə Xidmətin qeydiyyatda olduğunuz Balakən rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilməyiniz mütləqdir və ehtiyac olduğu halda müvafiq tibb müəssisəsində müayinə olunaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasına qarşı ölkə ərazisində keçirilən preventiv tədbirlərlə əlaqədar Bakı şəhərində yaşayan, lakin rayon qeydiyyatında olan 2020-ci ilin iyul çağırışçılarının Xidmətin qeydiyyatda olduqları struktur bölməsinə gəlmələrinin təmin edilməsi üçün onlar Xidmətin Bakı şəhərində yerləşən struktur bölmələri tərəfindən müvafiq çağırış vərəqəsi ilə təmin olunacaqlar.
Samir Soruşur Yazılma Tarixi:09.05.2020 20:44:59

Salam.Ehtiyatda olan baş leytenantam.Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətində işləyə və ya xidmət edə bilərəm?bunun üçün hara muraciət edə bilərəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Rəsul Soruşur Yazılma Tarixi:09.05.2020 20:33:45

Atam 1 qrup gözdən əlildir. Mənə vaynkamatdan dedilər ki qardaşının 18 yaşı olmalıdır ki sən əsgər gedəsən. Mən isə getmək istəyirəm. Bunu necə edə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan, 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşaq olan, 19.1.5-ci maddəsinə əsasən isə himayəsində 18 yaşınadək və yaxud 1-ci qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara verilir.           Əlavə olaraq bildiririk ki, ailə vəziyyətinə görə möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığına görə Siz ailə vəziyyətinizə görə möhlət verilməsinə əsas verən xüsusatlarda dəyişiklik baş verdiyi və qanunla müəyyən olunmuş qaydada möhlət hüququnuzu itirdiyiniz halda müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilərsiniz.
Vahid Soruşur Yazılma Tarixi:08.05.2020 21:28:25

Salam hörmətli cənablar, Oglumun 18 yaşı tamam olur. Hal-hazırda xaricdə ali təhsil alır. Möhlət hüququ almaq üçün hansı sənədləri, nə formada (tərcümə, notarial təsdiq və s.) təqdim etməli olacağım barədə məlumat almaq istərdim. Əvvəlcədən təşəkkür

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Buna görə də xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Xidmətin qeydiyyatda  olduqları yerli idarə, şöbə və bölmələrinə şəxsən təqdim etdikləri halda, barələrində müvafiq qərar qəbul edilə bilər.
Fərid Soruşur Yazılma Tarixi:08.05.2020 21:11:33

Salam. Mən son kurs tələbə olduğum üçün hərbi xidmətə bildiyim qədərilə iyul ayında yollanacam. Bilmək istəyirəm ki, hərbi xidməti harada keçəcəyim və ya hansı qoşun növündə keçəcəyim haqqında məlumatı nə vaxt və haradan öyrənə biləcəm? Təşəkkür edirəm.

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Elçin Soruşur Yazılma Tarixi:07.05.2020 16:09:05

Mənə 29.04.20 tarixində çagırış gəldi seferberlik.gov.az saytından qeydiyyatdan keçmişəm və harada xidmət keçəcəyim haqda müraciət etdim amma bu adda çağrışçı olmadığı bildirilir qaynat xətt cavab vermir bunu necə öyrənə bilərəm birdə sms nə zaman gələcəy məlumat verərdiz

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
FƏQANİ Soruşur Yazılma Tarixi:07.05.2020 15:42:51

SALAM MƏN TAM ORTABTƏHSİLLİYƏM HƏRBİ XİDMƏT KEÇMİŞƏM.BİLMƏK İSTƏYRƏM Kİ, SHXÇD-NİN RAYOMNLAR ÜZRƏ ŞÖBƏSİNDƏ İŞLƏMƏK ÜÇÜN MÜRACİƏT EDƏ BİLƏRƏM?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində təhsilinizə uyğun vakant vəzifə olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Rəşad Soruşur Yazılma Tarixi:06.05.2020 23:07:49

Salam men esgerlikde olmusam hindi xidmetden artiq herbi qulcu işlemek isteyirem zehmet olmsa kömeklik gösterin

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Loğman Soruşur Yazılma Tarixi:06.05.2020 22:11:00

Salam.Dəqiq bilmək istəyirəm ki,mən nə vaxt gedəcəm əsgər?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elcan Soruşur Yazılma Tarixi:06.05.2020 21:51:33

Salam mən İmamverdiyev Elcan İntiqam oğlu təvəllüdüm 23.09.2001 Gəncə şəhər Nizami rayon hərbi hissə qeydiyyatındayam mənə aprelin 20-nə paveska verilmisdi covid 19 pandemiyası ilə əlaqədar cağırış müddəti mayın 31-nə qədər uzadıldı. Məndə İnternetdə indi yoxladım. Səfərbərliyin saytında hansı hərbi hissəyə düşdüyüm barədə heçnə gəlmir yazlır ki bu ada uyğun çağrışçı tapılmadı. Xahiş edrəm siz yoxlayın bəlkə bilinər

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891