Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nurlan Soruşur Yazılma Tarixi:20.05.2020 13:38:13

Salam.24 yasim var. Çəkim 49, boyum 175 sm BÇİ 16 dir. Hipotrofiyam var. Hərbi xidmətə yararliliq səviyyəm haqqinda məlumat almaq istərdim. .

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və (və ya) bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Rövşən Soruşur Yazılma Tarixi:20.05.2020 12:52:12

Salam Bilmek İsdiyirdim Ki 25 Yaşimda Yeniden Yoxlanişdan Keçib Heqi Herbi Xidmete Gede Bilerem Yoxsa Yox ?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
TÜRKAN Soruşur Yazılma Tarixi:20.05.2020 11:58:33

Salam Mən Əlieva Türkan İlqar Qızı 19 Yaşım Var Mən Müddədən Artıq Hərbi Xidmətə Kecmək İstədim Bütün Sənədlərimi Vermişəm Öyrənmək İsəyirəmki Qeydiyyatdan Keçmişəm Yoxsa yox Xais Edirəm Cavablandırasınız

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Sizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Mehman Soruşur Yazılma Tarixi:20.05.2020 11:05:28

Salam mənim işim nə yerdə qaldı qərar nə oldu ?

Salam.Sualınız aydın olmadığı üçün cavablandırılması mümkün olmamışdır.
Elvin Soruşur Yazılma Tarixi:19.05.2020 21:55:56

Salam.Mən 2017 - ci ildə 9 cu sinifi bitirib.14 saylı peşə litseyinə daxil olmuşam.2020 ci ilin iyunun 30 təhsilimi bitirəcəm.14 iyulda 18 yaşım tamam olur.Ali məktəbə sənəd qəbulu ücün muraciyət etdim,ancaq Səfərbərlik və hərbi xidmətə çağiriş idarəsi tərəfindən mənə möhlət verilmir ki ,imtahanlarda iştirak edim.Qanunvericiliyimizdə bizim kimi növbəti təhsil pilləsinə keçmək istəyən tələbələrə şamil olunan qanun varmı.

Bildiririk ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Rövşən Soruşur Yazılma Tarixi:19.05.2020 14:05:40

Salam Mən Müslümzadə Rövşən Telman Oğlu 25 yaşım var Əsgərlikdə Olmamişam Mənə Hərbi Bileti Veribler Herbi bietde Gosderilen Madiyye Esasen Getmemisen (56.b) Madəsinə Görə Aparmiyiblar Oda Dodağda Çapığ Olduğuna Görə Aparmiyiblar Amma Mənim Damağımda Çapiğ Yoxdu Üst Qatında Yəni Dodağda Çapığ Var Oda Dodağımı Əməliyat Eliyib Duzeldirmişem Mən Həqiqi Hərbi Xitmetə Getmək İsdiyirəm Təzədən Yoxlanişdan Keçib Gedə Bilərəm Əsgərliyə ? Əsgərliyə Getməyə Gorə Hansi Sənətlər Lazimdi ? Birdə Valdeyinin Ərizəsinə Ehtiyac Var ? Yoxsa Könülü Gedə Bilərəm Əsgərliyə ? Birdə Evin Tek Oğlu Deyiləm 2 qardaşiğ Valdeyinin Ərzəsinə Ehtiyac Var Yoxsa Yox Eger Esgerliye Gede Bileremse Mende Alergiya Var Esgerliye Getsem Eger Orda Derman İsdifade Ede Bilerem Mende Alergiya Toza Birde Cicek Tozdasmasina Gore Olur Bilmek İsdiyir dim ki Bele Halda Esgerliye Yararli Hesab Olunuram Yoxsa Yox ? Könülü Olaraq Herbiye Getmek İsdiyirem

Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür. Qeyd edirik ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Kamil Soruşur Yazılma Tarixi:19.05.2020 11:35:32

Salam. Mənim sualım burunda çəpər olduğu halda hərbiyə getmeye məhdudiyyət yaradirmi?

Burun tənəffüsünün davamlı və ya davamsız çətinləşməsindən asılı olaraq burun çəpər əyriliyi ilə çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 49-cu maddəsinin tələblərinə uyğun şəhadətləndirilirlər.
Fərid Soruşur Yazılma Tarixi:19.05.2020 02:16:46

Salam men 4-cü kurs tələbəsiyəm. Bu il iyul ayında mənim hərbi xidmətə çağırış vaxtim di.Təhsilimi davam etdirmək üçün gələn il magistraturaya qəbul olunmaq istəyirəm. Bilmək istərdim ki, təhsilimi davam etdirmək üçün bir il müddətinə möhlət ala bilərəm?

Bildiririk ki, Siz təhsilə görə verilmiş möhlət müddətiniz bitdiyi üçün 2020-ci ilin iyul çağırışına cəlb edilirsiniz. Əlavə olaraq bildiririk ki, təhsilə görə verilmiş möhlət müddəti bitdiyinə görə çağırışa cəlb olunan çağırışçılar çağırışa hazırlıq dövründə öyrənilmə zamanı ali təhsil pilləsinin müvafiq səviyyəsinə qəbul imtahanlarında müvəffəqiyyət qazanmaları barədə təhsil müəssisəsinin arayışını Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə təqdim etdikləri halda, onlara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsinə baxıla bilər.
FƏRMAN Soruşur Yazılma Tarixi:19.05.2020 00:45:07

Salam mənim sağ qulaqımda 2.3 cü dərəcə ağır eşitmə var hərbi xidmətə yola düşmək üçün çağrış vərəqəsi verilib may ayının 20 sinə yararlıdır yoxsa yararsız xaiş edirəm cavab yazarsız birdə nə sms gəlir nədə burada yoxlayıram hara düşdüyüm bilinir.

Məlum olmuşdur ki, Siz nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Rövşən Soruşur Yazılma Tarixi:18.05.2020 23:18:34

Salam .Mənim iki oğlum var Böyük oğlum Hal hazırda hərbi xidmətdədir.İkinci oğlum Anadolu univerisitetində birinci kurs tələbəsidir Mayın 14 Həqiqi hərbi xidmətə çağrılması üçün bildiriş gəlmişdir.Mən Univerisitetdən oxuması üçün arayış təqdim etmişdim. Buna baxmayaraq mənim oğlumu Həqiqi xidmətə çağrırlar sizdən xahiş edirəm ki bu barədə ətraflı bilgi verəsiz oğlum Zeynalov Sərxan Rövşən

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Əlavə olaraq bildiririk ki, distant (məsafədən) təhsilalma formasında təhsil alan çağırış yaşlı vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14891