Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhəmməd Soruşur Yazılma Tarixi:31.05.2020 14:43:15

Hərbi xidmətə çağırış üzrə həkim komissiyasında yoxlanış zamanı məndə 3.9 mm ölçüdə polip aşkarlanıb Qərara əsasən yararsız qeyd oluna bilər?

Çağırışçıların “Xoşxassəli yenitörəmələr (0,5 sm və daha iri): funksiyaların mülayim və ya cüzi dərəcədə pozulması ilə” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Elnur Soruşur Yazılma Tarixi:31.05.2020 04:34:14

Salam.Mən dünən qeydiyyatdan keçdim hərşeyi bitirdim mənə sənəd verdilər ki iyul ayının 1i əsgər getməliyəm.İndi mən hansı rayona düşdüyümü necə və nə zaman öyrənə bilərəm?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Tunar Soruşur Yazılma Tarixi:31.05.2020 04:01:24

Salam mən ali məktəbi bitirib bu ilin iyul ayında hərbi xidmətə getməliyəm. Çoxlarına gəlib lakin mənə hələ çağırış gəlməyib bunun səbəbi nədir?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən 2020-ci ilin iyul çağırışına hazırlıq işlərinə 2020-ci ilin may ayının 12-dən başlanılmışdır. Rayon çağırış komissiyalarında çağırışçıların tibbi şəhadətləndirilməsi işi 12 iyun 2020-ci il tarixədək yekunlaşacaqdır.   Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.  
Nahid Soruşur Yazılma Tarixi:30.05.2020 21:51:10

Salma . Mənim 18 yaşım may ayının 2-si tamam olub amma hələ də çağırış gəlmiyib bilmirəm niyə zəhmət olmasa və xaiş edirəm ki bu işi aydınlaşdırasınız.

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən 2020-ci ilin iyul çağırışına hazırlıq işlərinə 2020-ci ilin may ayının 12-dən başlanılmışdır. Rayon çağırış komissiyalarında çağırışçıların tibbi şəhadətləndirilməsi işi 12 iyun 2020-ci il tarixədək yekunlaşacaqdır.  Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Amil Soruşur Yazılma Tarixi:30.05.2020 21:49:01

Salam. Ehtiyyatda olan zabitem, heqiqi herbi xidmete qebul olmaq üçün size müraciet etdim bildirdiniz ki herbi ixtisasim sizin vezifelere uyğun gelmir. Bilmek isteyirem mülkü şexs kimi işleye bileremmi seferberlik xidmetinde? Herbi xitmete deyil, işe qebul olmağım mümkündürmü herbi ixtisasim uyğun olmasa belə?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Nəzərə almağınızı xahiş edirik.
SEVDA Soruşur Yazılma Tarixi:30.05.2020 20:54:06

Salam sualı oğlum yazır? Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Azərbəaycan respublikasının qanunun, Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi yəni 17-ci Maddənin tələblərinə uyuram. Belə ki, atam 2010-cu ildə vəfat edib, anam 1-ci qrup əlildir, bacım evlidir (Mingəçevirdə yaşayır), ailədə anam və mənəm. 35yaşına kimi möhlət hüququ sonunda verilən hərbi bilet necə qey ediləcək (yararlı və ya yararsız)? Ailə sayı artarsa ( məs. evlənsəm) möhlət hüququ pozulurmu?. Möhlət hansı hallarda pozulur? 17 maddənin təstiqi üçün hansı prosesləri, sənədləşdirmə işləri yerinə yetirməliyəm?

Bildiririk ki, Hal-hazırda Azərbaycan Respublikasında hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Qanunu ilə müəyyən edilir.    ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, himayəsində başqa övladı olmayan I qrup əlil ata, yaxud ana olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər. Qanunun bu maddəsi ilə çağırışdan möhlət verilmiş çağırışçı yalnız möhlət verilməsinə əsas olmuş şəxsin (çağırışçının himayəsində olan şəxs) vətəndaşlıq və ya sağlamlıq vəziyyətində baş verə biləcək dəyişiklikdən sonra möhlət hüququnu itirmiş hesab edilə bilər. Çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət yaşadığı və ya olduğu yer üzrə rayon çağırış komissiyaları tərəfindən verilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Telman Soruşur Yazılma Tarixi:30.05.2020 02:08:51

Salam Men Azerbaycan Dovlet Deniz Alademiyasin bu il bitirdim ve Iyulda herbi xidmete cagirildim menim Herbi Deniz donanmasinda Xitmet etmeyim üçün ne etmeliyem ? Ixtusasimda Kapitan ve kapitanin novbe kömeycisidir xais edirem cavablandirasiz

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü xüsusi kompüter proqramı vasitəsi ilə aparıldıqdan sonra onlar təyin olunduqları qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin edilirlər.
Sahib Soruşur Yazılma Tarixi:27.05.2020 15:12:26

Dəflərlə müraciət etmişəm hər dəfə deyilib ki, karantin qurtardıqdan sonra uşağınız MHHK-yə təsdiq olunmağa göndəriləcəkdir.övladım Zəngilan qeydiyyatında olan 2002-ci il təvəllüdlü oğlum Nəsirli Novruz Sahib oğlu. Apreldə çağırışa düşürdü. Lakin SHXÇDX-nin Zəngilan rayon bölməsi tərəfindən Travmatologiya və Dəri Zöhrəvi Dispanserinə göndəriş verildi. Hər iki göndərişin nəticəsində həm ayağında həmdə dərisində xəstəlik olduğu üçün yararsız sayıldı. MHHK-na göndərilmir. Oğlum ali məktəbə sənəd vermək istəyir Tələbə olmaq üçün isə sənəd istənilir. Xahiş edirəm ki mənim uşağımın sənəd verilməsinə kömək edəsiniz.

Məlum olmuşdur ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq olunması üçün, 2002-ci il təvəllüdlü Nəsirli Novruz Sahib oğlu nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir. Əlavə olaraq bildiririk ki, N.S.Nəsirli müvafiq sənədlə təmin olunmuşdur.
Elnur Soruşur Yazılma Tarixi:26.05.2020 16:04:19

Salam bağışlayın narahat edirəm.Mənim ürəyim də 3 taylı qapağ yoxdu yəni yalnız 2 taylı qapağ var anadangəlmə belədir və dünya əhalisinin çox az hissəsində belə bir şey var.Lakin demək olar hər gün məşq edirəm futbol oynarkən belə daim qaçıram heç bir problem olmur uşağlığdan bununla bağlı heç bir şikayətim olmayıb.Boyum 1.80-dir kütləm 70 kqdan artığ olar və hərbi xidmətə getmək istəyirəm.İyulda getməliyəm.Bilmək istərdim ki mən yararlı sayılıram ya yox? Çox xahiş edirəm cavab yazasınız

Bildiririk ki, “Anadangəlmə ürək qüsuru: Bikuspid aortal qapaq” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-cı maddəsinin “c” bəndinin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Mətləb Soruşur Yazılma Tarixi:26.05.2020 13:57:29

Salam. Hər vaxtınız xeyir. Xarici ali təhsil müəəsisələrinin 4 cü kursu bu il koronavirus səbəbilə dayandırlmışdır. İmtahanlar oktyabr ayına salınmışdır. Bu zaman iyul çağırışı necə olacaq?

Bildiririk ki,mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq 2020-ci ilin iyul çağırışında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı iyul ayının 1-dən 30-dək keçirilməlidir. Ali təhsil müəssisələrini cari ildə bitirən və iyul çağırışına cəlb edilməli olan çağırışçılar barədə aidiyyəti dövlət qurumları tərəfindən qəbul olunacaq qərarlar nəzərə alınmaqla müvafiq tədbirlər həyata keçiriləçəkdir.
Cədvəldə sətir sayı :14891