Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rauf Soruşur Yazılma Tarixi:22.05.2020 11:44:09

Salam. Bakalavr dərəcəsi üzrə sonuncu kursdayam hal hazırda.xaricdəki ali təhsil müəssisələrindən magistr dərəcəsi üzrə qəbul məktubum var. Magistr təhsilini bitirdikdən (yəni 2 il) sonra voenkamatda tibbi yoxlanışdan keçəcəmsə indi üçün əgər qəbul məktubumu voenkamata təqdim etmişəmsə tibbi yoxlanışdan keçməyim şərtdir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Kənan Soruşur Yazılma Tarixi:21.05.2020 19:14:19

MƏN IYULDA HƏQIQI HƏRBI XIDMƏTƏ GEDIRƏM AMMA ƏVVƏLCƏ HANSI HƏRBI HISSƏYƏ TƏYIN OLDUĞUMU ÖYRƏNMƏK ISTƏYIRƏM

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Ruslan Soruşur Yazılma Tarixi:21.05.2020 17:33:35

Salam, mən Sadıqov Ruslan İlyas oğlu. 2020 -ci ilin iyulunda hərbi xidmətə çağrışçıyam. Bilmək istəyirəm mən ali məktəbə sənəd verə bilərəmmi? Xahiş edirəm bu barədə məlumat verin

Bildiririk ki, 2020-ci ildə orta ümumtəhsil məktəblərini bitirən çağırış yaşlı vətəndaşlara Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2020-ci ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmələri üçün çağırışdan möhlət verilir. Bunun üçün onlar qəbul imtahanlarında iştirak etmələri barədə “Abituriyentin elektron ərzizəsi”nin surətini Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər.
Balabəy Soruşur Yazılma Tarixi:21.05.2020 16:15:08

Salam vaxtindan evvel esger gedmey uçun senedleri hardan göturmey olar 1ilim iyulda tamam olur

Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə təqdim edildiyi halda mümkündür.
Xalid Soruşur Yazılma Tarixi:21.05.2020 14:19:59

Salam. Magisturatura təhsilindən sonra dokturanturaya sənəd vermək istəyənlərə vaxt verilimir ya magistr bitəndəndən dərhal sonra çağırış olurmu? Birdə dokturanturada əyani və ya qiyabi təhsil alanlar hərbi xidmətə çağrılır ya yox?

Bildiririk ki, təhsilə görə verilmiş möhlət müddəti bitdiyinə görə çağırışa cəlb olunan çağırışçılar çağırışa hazırlıq dövründə öyrənilmə zamanı ali təhsil pilləsinin müvafiq səviyyəsinə qəbul imtahanlarında müvəffəqiyyət qazanmaları barədə təhsil müəssisəsinin arayışını Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə təqdim etdikləri halda, onlara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsinə baxıla bilər. Digər sualınızla əlaqədar bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4 və 21.1.5-ci maddələrinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
ELÇİN Soruşur Yazılma Tarixi:21.05.2020 13:21:54

Salam men 2002 ci ildenem menim cagirişim geldi getdim vaykamata yoxlanisdan kecdim menim usaq vaxdi sudurqam olub kecib indi hec bir parablemim yoxdu mene dediler ki get xeber edende gelersen helede xeber yoxdu bilmey isdiyirem meni ne vaxd cagiracaqlar birdeki men yararli ola bilerem ya yox yeni men getmey isdiyirem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.
TÜRKAN Soruşur Yazılma Tarixi:20.05.2020 21:21:04

Salam Men Əliyeva Türkan İlqar Qızı 19 Yaşım Var Mən Müddətdən Artıq Hərbi Xidmətə Keçmək İstədim Bütün Sənədlərimi Vermişəm Öyrənmək İstəyirəmki Mən Qeydiyyatdan Keçmişəm? Müdafiə Nazirliyinə Vermişdim Bütün Sənədlərimi ilk 3 ay kurs keçiriləcəkdir kur vaxtı iyunun 1 deyilmişdi öyrənmək istəyirəm ki qeydiyyatdan keçmişəm? Xaiş edirəm cavab verəsiniz bayaqdan mesaj gönderdim ya gelmedinyada cavab gəlmədi

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Sizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Mehman Soruşur Yazılma Tarixi:20.05.2020 20:46:39

Salam 2ay bundan qabag meni qulagimda olan problemden ötürü xestaxanaya gönderdiler orda yoxlanisdan kecdim ondan sonra bir xeber olmadi bilmey isteyirdim ki menim haqqimda qerar ne yerde qaldi?

Verilmiş möhlət hüququ bitdiyindən 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Sabirabad rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmisiniz Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin Sabirabad rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Elnur Soruşur Yazılma Tarixi:20.05.2020 19:53:43

Salam mənim nitqmdə qüsur var amma vaynkomat məni əsgər aparır. Bir ildirki məni yoxlanışdan keçirirlər amma bir qərar vermirdilər. Bu 5 gün ərzində məni tələsiy yoxlanışlara apardılar dünən isə mənə çağırış verdilər.Mən Şəmkir qeydiyyatında ola ola məni Bakıda palinklinkadan keçirdilər heç bir həkim etməy isdəmirdi Bakı qeydiyyatı olmadığım üçün başqa yollarla məni oradan müayinədən keçirdilər.Bu nə dərəcədə düzgündür? Ayın 21 may tarixinə isə getməyimi isdəyirlər xaiş edirəm mənim bu işimə baxasız.

Bildiririk ki, Sizin sağlamlıq, ailə vəziyyətinizə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olmadığına görə müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq hərbi hissəyə təyin edilmisiniz. Əlavə olaraq qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə aparılır.
Rauf Soruşur Yazılma Tarixi:20.05.2020 16:00:53

Salam mən 4 cü kursu biyirmişəm.İyul ayında əsgər gedəcəm yoxsa yox? Yaxud bu haqda məlumat necə ala bilərəm?

Bildiririk ki, təhsilə görə 2020-ci ilin iyul çağırışınadək verilmiş möhlət müddəti bitən çağırış yaşlı vətəndaşlar ümumi əsaslarla 2020-ci ilin iyul çağırışına cəlb olunurlar.
Cədvəldə sətir sayı :14891