Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hüseyn Soruşur Yazılma Tarixi:18.05.2020 21:13:14

Salam Mən cari ildə universitetə imtahan verdim. Az bal yığdığım üçün yenidən vermək qərarına gəldim. Bu il Mən imtahandan qeydiyyatdan keçmək istəyirdim lakin icazə verilmədi. Dedi ki hərbi komissarlıqdan icazə almalisan. Mən bu icazəni necə almalıyam? Zəhmət olmasa cavab verəsiz.

Bildiririk ki, 2019-cu ilin məzunu olan çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2020-ci ildə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Asif Soruşur Yazılma Tarixi:18.05.2020 18:21:26

Yazaraq sizdən xahiş edirəm ki, bir işlə ciddi şəkildə maraqlanasınız. Mən Əliyev Asif Ulduzxan oğlu ali təhsilli olduğum halda Lerik rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararsız kimi yazılmışam. Ancaq mən hərbiyə tam yararlı bir vətəndaşam. Mən bilirəm ki, hər şey Lerik rayonu Molalan kənd sovetliyinin işidir. Bacım oğlu Əliyev Turanın sinəsi deformasiyaya uğramışdır. Uşaq nəfəs alanda çətinlik çəkir. Ancaq bacım oğlunu hərbiyə tam yararlı yazıblar. Cənab, nazir, sizdən artıq dərəcədə xahiş edirəm Lerik rayon hərbi komissarlığı və Molalan kənd sovetliyi barədə bir ölçü göstərəsiniz. Öncədən təşəkkür edirəm.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Mərkəzi hərbi həkim komissiyasında müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Elnur Soruşur Yazılma Tarixi:18.05.2020 16:05:13

Salam mən 2019 ci il iyul ayından həqqi hərbi xidmətə getməli idim 1 ildi aparmılar xahiş edirəm araşdırasız nədə hərbi bilet verilər özüm isə könüllü hərbi xidmətə getmək istəyirəm özümdə Ali təhsiliyəm hara gedirəm hərbi bilet istəyilər

Bildiririk ki, Sizin barənizdə yekun qərarın təsdiq edilməsi üçün Xidmətin Şuşa rayon bölməsi tərəfindən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.  Əlavə olaraq qeyd edirik ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cavanşir Soruşur Yazılma Tarixi:18.05.2020 13:22:12

Salam.Mən Əhmədov Cavanşir Xeyrulla oğlu 12.11.1999-cu il Qobustan rayon Dərəkənd kəndində doğulmuşam.Hal-hazırda Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Hərbi şəhərcikdə ev 8,mənzil 17 də yaşayıram.Bu il may ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində inşaat kollecinin dördüncü kursunu bitirirəm və iyul 2020 ci il tarixində hərbi xidmətə cağırılacam.Mən valideyinlərim ilə birlikdə yaşayıram.Atam 26.06.1973 cü il təvəllüdlü.Əhmədov Xeyrulla Misir oğlu Qarabağ müharibəsi iştirakcısıdır və döyüşlərdə 2 ci qrup əlil olmuşdur.Məmin uşaqlıq illərim hərbi şəhərcikdə keçib. Sizdən xahiş edirəm ki, mənim uşaqlıq arzum olan Azərbaycanın gözəl guşəsi olan Qarabağ bölgəsində xidmət etmək istəyimi nəzərə alnağınızı rica edirəm.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü xüsusi kompüter proqramı vasitəsi ilə aparıldıqdan sonra onlar təyin olunduqları qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin edilirlər.
Fərdi Soruşur Yazılma Tarixi:17.05.2020 18:55:26

Salam. 1998 ci il təvəllüdlüyəm. Gözümdə zəyiflik və epilepsiya xəstəsi olduqum üçün Bakıya Yoxlanışa göndərilmişdim 2018 ci ilin iyun ayında. 2018 ci ilin avqustunda Hərbi xidmətə yararlı olduqum təstiqlənib. Lakın 2020 ci ilin may ayında çağırılmışam vainkamata. Nəyə görə 2018 avqustundan 2020 ci ilin mayına qədər mənə çağırış gəlməyib?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq, Siz müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Miryahya Soruşur Yazılma Tarixi:17.05.2020 18:48:06

Salam. Hər vaxtınız xeyir, gününüz uğurlu olsun. Mənim sualım çağırışa qədər, bədəndə tatu(döymə) hərbiyə getməyə əngəl yaradır mı?

Çağırışçılarda döymə (tatuaj) xüsusi qoşun növləri istisna olmaqla digər qoşun növlərində həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir. Əlavə olaraq bildiririk ki, Xüsusi Qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərinin müxtəlif nahiyyələrində tatuaj (döymə) etdirən çağırışçılar “mənəvi-psixoloji durumun” müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müayinəyə cəlb edilirlər.
Cəlal Soruşur Yazılma Tarixi:17.05.2020 14:53:23

Salam. Hal-hazırda 4cü kursda təhsil alıram. İyul ayı çağırışçısıyam. Mən Sülhməramlı Qüvvələrdə xidmət etmək üçün müraciət proseduru və qaydalarla bağlı məlumatı hardan ala bilərəm?

Bildiririk ki, Sülhməramlı Qoşunlarda müddətli həqiqi hərbi xidmət keçmək məsələsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Novruz Soruşur Yazılma Tarixi:17.05.2020 00:17:56

Salam mən hal hazırda maqistr pilləsinin 1-ci kursunu bitirmək üzrəyəm. İstəyirəm ki,iyun ayında olan imtahan sessiyalarını başa vurub universiteti dondurum. Bu halda mən hansı çağırışa çağırıla bilərəm . İyul çağırışına çağrılma ehtimalım var?

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. Siz iyun ayında imtahan sessiyasını başa vurduqdan sonra akademik məzuniyyət götürərək 2020-ci ilin oktyabr çağırışına cəlb edilə bilərsiniz.
Hümmət Soruşur Yazılma Tarixi:17.05.2020 00:16:03

Salam. Mene may ayının 13 ne tibbi yoxlanıs barədə çağrıs gelib ve men həlede basqa yerde oldugum üçün yoxlanışa gedə bilməmisem axrinci yoxlanıs vaxtı nə vaxta qederdir

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində keçirilən mübarizə tədbirləri çərçivəsində karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin iyul çağırışına hazırlığın başlanması müddətində dəyişiklik edilmişdir. Bununla əlaqədar Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən 2020-ci ilin iyul çağırışına hazırlıq işlərinə 2020-ci ilin may ayının 12-dən başlanılmışdır və 12 iyun 2020-ci il tarixədək yekunlaşacaqdır. Mövcud şəraiti nəzərə alaraq, 2020-ci ilin iyul çağırışına cəlb edilən çağırışçılar tibbi şəhadətləndirilmələri və öyrənilmələri məqsədilə əvvəlcədən təyin olunmuş vaxtda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölmələrinə gəlməlidirlər. Əlavə olaraq bildiririk ki, təyin olunduqları gün üzrlü səbəbdən gəlməyən çağırışçılar Xidmətin qeydiyyatda olduqları yerli, idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər.
Maral Soruşur Yazılma Tarixi:16.05.2020 21:29:28

Salam mənim atam 1906-cı il doğumlu Məlikov Məhəmməd Namazalı oğlu 1941-1945 -ci il müharibəsində iştirak etmişdir...Mən atamın adını Göygöl şəhər hərbi komissarlığında yoxlatdım orda siyahıda müharibədə iştirak etmiş şəxslərin siyahısında atamın adı çıxmadı..Atamla bir yerdə müharibədə iştirak etmiş şəxlərin adı siyahıda çıxır atamın adı çıxmır.Hərbi komissarlıqdan məlumat verildi ki Bakıya müraciət edək..xahiş edirəm atamın adını araşdırıb mənə məluçat verəsiniz..Əgər adı siyahada varsa hərbi bileti yenilək...Əlaqə nömrəsi 0559645855 Ələsgərova Maral

Bildiririk ki, Sovet ordusu sıralarında xidmət keçmiş, həlak olmuş, itkin düşmüş və ya sonradan vəfat etmiş hərbi qulluqçulara dair məlumatlar Xidmətin yerli idarə, şöbə və bölmələrində, eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, РФ, Московская область, город Подольск, ЦАМО) və Rusiya Federasiyasında yaradılmış elektron saytlarda ( www.obd-memorial.ru, https:// pamyat – naroda.ru) saxlanılır. Belə ki, Xidmətin Göygöl şəhər şöbəsinin arxiv-uçot sənədlərində mərhum atanız Məlikov Məhəmməd Namazalı oğlunun Böyük Vətən müharibəsi illərində hərbi xidmət keçməsi barədə məlumat yoxdur. Odur ki, ətraflı araşdırma aparılması və  məlumatların əldə edilməsi məqsədilə mövcud sənədlərlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl şəhər şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891