Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramin Soruşur Yazılma Tarixi:09.12.2018 20:15:43

cavaba görə çox sağolun, bildirmək istəyirəmki mənim verdiyim imtahandan bir il ötüb, hətda cənab general-leytenant Arzu Rehimov vətənaşları qəbul etmək üçün rayonumuza gələndə, bildirdiki imtahan verib lazımı bal toplamadiqda növbəti dəfə imtahanda 1 il tamam olmadan iştirak etmək olmaz. Bunun üçündə sizə müraciət etmək istəyirəmki təkrar imtahanlarda iştirak etməyim üçün komeklik göstərəsiniz

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, 28.10.2016-cı il və 08.12.2017-ci il tarixlərdə keçirilmiş müsabiqələrdə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir
Tural Soruşur Yazılma Tarixi:09.12.2018 02:03:59

salam men yanvar ayinin 5i herbi xidmete cagiriblar DTX xidmet elemek isteyirem ora duse bilerem? cox sagolun

Bildiririk ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsi üçün çağırışçıların seçimi adı göstərilən qurum tərəfindən aparılır.
Elşən Soruşur Yazılma Tarixi:08.12.2018 22:28:30

Salam bilmək istərdim ki, hansı qanuna əsasən məni hərbi uçotdan çıxarmirlar? Baxmayaraq ki, dinc dövrdə yararsız, müharibə şəraitində məhdud yararlı olaraq qeydiyyata alınıb.Deməli mən 17 yaşımda sol gözümdən travma alaraq görməni tam olaraq itirmişəm. Sol gözün görməsi sıfırdır. 18 yaşım olduqdan sonra hərbi komissarlıq müvafiq olaraq çağırış edib. Həmin vaxtdan hər 3 ildən bir təkrar çağırış edilirlər. Hər çağırışda müvafiq olaraq göndəriş əsasında tibb müəssisəsindən müayinə olunaraq rəsmi tibbi arayış təqdim edirəm. Bu vaxta kimi təqdim etdiyim tibbi arayışlarda sol gözün görməsi sıfır olması qeyd olunur. Lakin Sumqayıt Hərbi Komissarlıq məni hərbi uçotdan çıxarmır və hər 3 ildən bir təkrar çağırış edir. Həmçinin mənə ömürlük 3-cü qrup gözdən əlil vəsiqəsi verilib. 3-cü qrup üzrə müvafiq pensiya verilir. Qeyd edim ki, sol gözümdən travmanı 01.2004-cü ildə almışam. İlk çağırış 01.2005-ci ildə olub. Həmin ildən etibarən hər 3 ildən bir Sumqayıt Hərbi Komissarlığı məni çağırışçı kimi çağırırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Bilal Soruşur Yazılma Tarixi:08.12.2018 16:29:30

Salam menim belimde 2 dereceli eyrilik var 4-5 kq -dan artiq yuk goture bilmirem bele herbi xidmete gede bilerem mi

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “c” maddəsinin I qrafasına əsasən “Onurğanın II mərhələ skoliozu, əyilmə bucağının 11-25 dərəcə arasında olan” çağırışçılar “Dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
FƏRİD Soruşur Yazılma Tarixi:08.12.2018 13:00:01

Salam. Men 2017ci il SHXÇDX-nin Neftçala rayonu şobesinden voenkomata çağirilmişam. Durumum haqqinda mene konkret heçne demirler. Her cagirişda yeniden çağirirlar. Xahis edirem aydinliq getirerdiz. Cox tesekkur edirem önceden.

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Neftçala rayon şöbəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Həsən Soruşur Yazılma Tarixi:07.12.2018 17:39:14

n Azərbaycan Texnplogiya Universetində əyani təhsil alıram. Bildiyimiz kimi təhsil müdətini 4 ilik bitirənlər hərbi xidmətə yollanır. Amma mənim kəsirlərim olduğu üçün təhsilimi davam etdirəcəm. Bu halda mənə rəhsilimi bitirənə dək möhlət verilə bilərmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Mircəlal Soruşur Yazılma Tarixi:07.12.2018 12:48:00

Saatlı SHXÇX 2017-ci il iyul çağırışçısı idim. Belimdə yaranan problemlə bağlı dəfələrlə yoxlanışda olmağıma baxmayaraq hələdə sağlamlıq vəziyyətimlə bağlı qərar verilmiyib. Noyabr ayında sonuncu müayinədən keçmişəm. AMa bu müayinənin də nəticəsi barədə məlumat ala bilmirəm. Xahiş edirəm ki məni məlumatlandırasınız. Onu da qeyd edimki qeydiyyatda olduğum SHXÇX-dan doğru düzgün bir məlumat ala bilmirəm.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Sizin şəxsi işiniz 2019-cu ilin yanvar çağırışında Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqdır. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ramin Soruşur Yazılma Tarixi:05.12.2018 13:26:48

salam, əvvəlcədən təşəkkürümü bildirirəm. Sualım ondan ibarətdirki, mən 2018 yanvar ayında hərbi xidmətə işə qəbulla bağlı imtahan verdim və imtahanının nəticələri qənaətbəxş olmadı. 1 il keçdikdən sonra yenidən imtahan verə bilərəmmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 28.10.2016-cı il və 08.12.2017-ci il tarixlərdə keçirilmiş müsabiqələrdə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir.
Fərid Soruşur Yazılma Tarixi:04.12.2018 12:17:50

Salam. Mən bilmək istəyirdim ki, ali təhsilli və həqiqi hərbi xidməti keçmiş şəxs SHXÇDX-yə həqiqi hərbi xidmətə (işə) qəbul ola bilər və ərizədə qeyd olunub istənilən respublikanın istənilən bölgəsində bu Xidətin bölmələrinə aiddir yoxsa hərbi hissələrdədə işə gedə bilər? Cavaba görə əvvəlcədən təşəkkür edirəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə həqiqi hərbi xidmətə (işə) qəbul oluna bilərlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı müraciət etmiş vətəndaşlar müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçdikdən sonra ixtisaslarına uyğun vakant vəzifələrə yaşadıqları şəhər (rayon) üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə işə qəbul olunurlar. Həqiqi hərbi xidmətə isə qəbulla bağlı müraciət etmiş vətəndaşlar Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Müraciətinizdə özünüz haqqında ətraflı məlumat (Ali tədris müəssisənin adı, fakültəsi, mülki ixtisas, təvəllüd) vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Ağaəli Soruşur Yazılma Tarixi:03.12.2018 17:08:51

Bayaq cavab yazdım sualıma çox sağolun.Amma mən öz istəyim ilə xaric olmuşam universitetdən.Mən yanvarda hərbi xidmətə getmək istirəm.Neyniyim indi mən?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.
Cədvəldə sətir sayı :13966