Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavad Soruşur Yazılma Tarixi:21.06.2020 12:34:32

Salam. Çox Xaiş edirəm mənim sualıma cavab yazın. Mən 19 .06.2020 tarixinə qədər bütün yoxlanislardan keçmişəm. Sadəcə menim hərbi qopsitaldan kecmeyimi tələb edirlər. Bilmək istəyirdim iyul ayı hərbi xidmətə mende gedə bilecem ?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Müayinənin nəticəsinə müvafiq olaraq, Siz müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:21.06.2020 12:21:25

Salam. Mən İyul ayında hərbi xidmətə yollanmlanmalıyam özüm Gəncə qeydiyyatındayam və hal hazırda Bakıdayam. Bilmək istərdim bu karantin dövründə Gəncəyə necə getməliyəm. Xahiş edirəm tez bir zamanda cavablandırasınız.

Bildiririk ki, mövcud vəziyyətlə əlaqədar Sizin müddətli həqiqi hərbi xidmətə çağırış üzrə verilmiş çağırış vərəqəsi əsasında hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə gəlməyinizlə bağlı heç bir məhdudiyyət yoxdur.
TURAL Soruşur Yazılma Tarixi:21.06.2020 08:29:52

Mən bilmək isdiyirəm iyul cagirişcisiyam??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Qurban Soruşur Yazılma Tarixi:21.06.2020 04:41:24

Xahiş edirem sualımı cavablandırın

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 11.06.2020-ci il tarixli Sərəncamı verilmişdir. Mövcud vəziyyətlə əlaqədar iyul çağırışında çağırışçıların xidmət yerlərinə göndərilməsi ilə bağlı əlavə məlumat veriləcəkdir.
Əhməd Soruşur Yazılma Tarixi:20.06.2020 22:30:53

Salam men naxçıvan qeydiyyatındayam ancaq hal hazırda bakıda yaşayıram iyul çağırışçısıyam.Bizim bu məsələ necə olacaq ?? Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə necə əlaqə saxlamaq olar?

Bildiririk ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə 036-545-03-26 və 036-545-05-58 telefon nömrələri vasitəsilə əlaqə saxlamağınız tövsiyə olunur.
Elmar Soruşur Yazılma Tarixi:20.06.2020 18:03:02

Salam, sizə SHXÇDX-də işə qəbul ilə bağlı məlumat almaq üçün müraciət etmək istəyirəm. Hərbiçi kimi deyil- müıki müqavilə əsasında işlə təmin olunmaq üçün hansı kriteriyalara cavab verməliyəm və hansı sənədlər mütləq sizə təqdim olunmalıdır? Öncədən təşəkkürlər.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı ərizədə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra, işə qəbul edilməyinizin mümkünlüyü barədə Sizə məlumat veriləcəkdir.
Hüseyn Soruşur Yazılma Tarixi:20.06.2020 16:14:14

Salam men 2020 ci il iyul ayımda çağlrışçıyam .Hansı herbu hisseye düşdüyümü bolmək isteyirem.Teşekkürlər

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Cavanşir Soruşur Yazılma Tarixi:20.06.2020 16:03:58

Men 2020 iyul ayinin 1ne herbi xitmet üçün çağirişimi almişam. Hansi herbi hisseye düşdüyüm haqda ayin neçesi melumat ala bilerem?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
İbrahim Soruşur Yazılma Tarixi:20.06.2020 15:52:19

Salam . Men 25.09.2017 tarixde tekrar muayinede olmali idim lakin 09.07.2017 tarixden 09.07.2019 tarixedek mehkumlugum olub. Hebsden cixandan sonra mene hec bir bildirish gelmeyib. Menim iki ovladim var ve boshanmadan sonra mehkemenin qerari ila ushaqlarin himayesi mene verilib. Menim herbi xidmete cagrilib cagrilmadigimla bagli melumat vere bilersiniz? Onceden minnetdarligimi bildirirem. P.S Telefonumda Azerbaycan elifbasi olmadigi ucun bu shriftlerle yazdim.

Portala daxil olan müraciətinizə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 18.09.2017-ci il tarixli bildirişə əsasən Xidmətin Qubadlı rayon bölməsində hərbi qeydiyyatdan çıxarılmısınız. Cəzaçəkmə müəssisəsindən azad edidikdən sonra rayon bölməsinə müraciət etməmisiniz. Hərbi qeydiyyata bərpa edildikə təkrar tibbi müayinədən  keçirilmək üçün Sizə göndəriş veriləcək. Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunduğunuz halda ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılacaqsınız.
Əli Soruşur Yazılma Tarixi:20.06.2020 13:07:55

Mən sizə sual yazmışdım. Zəhmət olmasa sualımı aydın bir şəkildə cavablandırmağınızı xahiş edirəm.

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Yevlax rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” qeydiyyatda olduğunuz Yevlax rayon şöbəsinə daxil olduqdan sonra, Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14891