Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhəmməd Soruşur Yazılma Tarixi:26.12.2018 17:46:04

Salam Men hara dusduyumu orgenmey istyirem 91 00 sms yolluyram getmir mesaj men nece ede bilerem yanvarun 17si yazilib cagiriw vereqesinde

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur
Lətif Soruşur Yazılma Tarixi:26.12.2018 16:59:01

Salam, Mən Osgood Schlatter xəstəliyindən əziyyət çəkirəm, dizimde şiddətli ağrılar olur, bu xəstıliklə cağırışcı yararlı sayılır yoxsa yararsız. Təşəkkür edirəm.

Məlum olmuşdur ki, Siz 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Ramin Soruşur Yazılma Tarixi:26.12.2018 15:58:44

Əsgərə hara dusmusem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Seymur Soruşur Yazılma Tarixi:26.12.2018 14:39:53

Salam, mənim xidmət edəcəyim qoşun növü Dövlət Sərhəd Xidmətidi...bəs hansı hərbi hissədə? O nə vaxt bilinəcək?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.
MÖHLƏT Soruşur Yazılma Tarixi:26.12.2018 11:04:56

Salam Mən hansı Hərbi hissəyə təyin olunduğmu bilmək istiyirəm. Ama mənim Nömrəmə sms Vasitəsilə bildiriş gəlməyib. Halbuki Mənlə eyni kənddən olan uşaqların çoxsuna gəlib,ama mənə yox Səbəbini Bilmək istiyirəm. və birdə 9100 a şəxsiyyət vəsiqəmin seriya nömrəsin yolluyuram getmir

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur
Xəzər Soruşur Yazılma Tarixi:26.12.2018 09:33:41

alam.Mən Naxçıvan Mr Babək rayonuna qeydiyyatdayam iyulda cagırış gəldi getdim yoxlanışda saglıgla baglı problem oldu sora gəldim Bakıya müalicə oldum 6 ay müalicə müddəti vermişdilər. 2 ay olar mənə sənəd yolladılar Bakıda Respublika xəstəxanasınan yoxlanışdan keçim.yoxlanışdan keçdim cavablar yaxşı cıxdı. Ama hələdə cagırışım gəlməyib.səbəb? Qeyd edim ki yanvarda

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Xəzər Soruşur Yazılma Tarixi:26.12.2018 09:08:47

Salam.Mən Naxçıvan Mr Babək rayonuna qeydiyyatdayam iyulda cagırış gəldi getdim yoxlanışda saglıgla baglı problem oldu sora gəldim Bakıya müalicə oldum 6 ay müalicə müddəti vermişdilər. 2 ay olar mənə sənəd yolladılar Bakıda Respublika xəstəxanasınan yoxlanışdan keçim.yoxlanışdan keçdim cavablar yaxşı cıxdı. Ama hələdə cagırışım gəlməyib.səbəb? Qeyd edim ki yanvarda cagırış olmalı idi.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Raya Soruşur Yazılma Tarixi:26.12.2018 07:01:12

Salam. Oğlum Moskva Dövlət Universitetinin Bakı filialını bitirib. Əsgərlik müddətinin 1 il olması üçün hansı sənədləri təqdim etməlidir.

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Vəfadar Soruşur Yazılma Tarixi:25.12.2018 22:10:55

Kərimov vefadarın hərbi xitmət edəcəyi bölgə haradı?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Namiq Soruşur Yazılma Tarixi:25.12.2018 20:13:10

hara dusmeyimi bilmek isdeyirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :13965