Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qara Soruşur Yazılma Tarixi:28.06.2020 17:59:32

Hansı hərbi hissəyə dusduyumu. Öyrənmək isteyirem

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Şamil Soruşur Yazılma Tarixi:28.06.2020 17:33:51

iyul ayinin 1i esgeriye gedecem, hansi bolgeye duseceyimi oyrenmek isteyirem.bunu cavablandirin

Bildiririk ki, 29.06.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar 30 iyun tarixdən etibarən SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Ramin Soruşur Yazılma Tarixi:28.06.2020 14:53:56

Salam, mən 1 həftə bundan qabaq Bakıya kardiologiya insitutuna müayinəyə göndərildim. Müayinədən keçəndən sonra dedilər ki aktı özümüz göndərəcik.Hərbi xidmətə yararlı və ya yararsız olduğumu hardan öyrənə bilərəm?

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Siz Xidmətin Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 13.06.2020-ci il tarixdə akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” Xidmətin Kəpəz rayon şöbəsinə daxil olduqdan sonra, rayon çağırış komissiyası tərəfindən Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Kamran Soruşur Yazılma Tarixi:28.06.2020 12:57:34

Mən hərbi xidmətə 2020 2 iyul çağırışçısıyam Karantin rejimi 5 iyul tarixinədəkdir.Məni karantin rejimi bitdikdən sonra aparacaqlar hərbi xidmətə yoxsa ancaq çagırış günündə ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 11.06.2020-ci il tarixli Sərəncamı verilmişdir. Əlavə olaraq bildiririk ki, hal-hazırda mövcud vəziyyətlə əlaqədar çağırışçıların iyul ayı ərzində xidmət yerlərinə daşınması ilə əlaqədar hər hansı dəyişikliyin olmasına dair normativ hüquqi akt yoxdur.
Zaur Soruşur Yazılma Tarixi:28.06.2020 10:40:48

Salam ayın 2 si nə çağırış gəlib. Öyrənmək istəyirdimki elə iyulun 2 si gedəcəyik yoxsa ayın 2sindən bir neçə gün sonra?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 11.06.2020-ci il tarixli Sərəncamı verilmişdir. Əlavə olaraq bildiririk ki, hal-hazırda mövcud vəziyyətlə əlaqədar çağırışçıların iyul ayı ərzində xidmət yerlərinə daşınması ilə əlaqədar hər hansı dəyişikliyin olmasına dair normativ hüquqi akt yoxdur.
Ricad Soruşur Yazılma Tarixi:28.06.2020 09:59:51

Salam mən iyulun 1 hərbi xidmətə cağrilmisam bilmək isdiyirdim iyulun 1 aparacağlar ? yoxsa 5 nən sora

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 11.06.2020-ci il tarixli Sərəncamı verilmişdir. Əlavə olaraq bildiririk ki, hal-hazırda mövcud vəziyyətlə əlaqədar çağırışçıların iyul ayı ərzində xidmət yerlərinə daşınması ilə əlaqədar hər hansı dəyişikliyin olmasına dair normativ hüquqi akt yoxdur.
Emil Soruşur Yazılma Tarixi:28.06.2020 02:04:37

Salam, bəzi problemlərlə bağlı voenkomatdan 1 saylı ruhi xəstəxanaya yolladılar, ruhi xəstəxanadan voenkomata cavab gəlib ki sentyabrda müayinəyə gedim. Mən hərbi xidmətə yararsız sayılmışam, yoxsa gedəcəm?

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Respublika 1 saylı Psixiatriya Xəstəxanasına müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Mehran Soruşur Yazılma Tarixi:28.06.2020 00:57:34

Salam, 01.07.2020 tarixində əsgər gedəcəm, hansı hərbi hissədə xidmət edəcəyim nə vaxt bilinəcək?

Bildiririk ki, 29.06.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar 30 iyun tarixdən etibarən SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Ramiz Soruşur Yazılma Tarixi:27.06.2020 21:59:59

Məndən məktəbdən öyrənilmə vərəqəsi almağımı istədilər. Amma müəllimim deyirki elə şey yoxdur. Mənə ətraflı başa sala bilərsiz zəhmət olmasa

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. Əlavə olaraq bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti; 2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil. İlkin qeydiyyata alınmış  çağırışçılara ilkin hərbi qeydiyyata alınma haqqında (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqənin verilməsi üçün Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:27.06.2020 21:11:18

Salam. Mənim çağırış vereqem gelmeyip. Nə vaxda gələcəy?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə gəlməyiniz tövsiyə olunur.          
Cədvəldə sətir sayı :14891