Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramiz Soruşur Yazılma Tarixi:27.06.2020 17:49:20

Ali tehsilliyem. komisyada mene sexşi isime hec yerde tehsil almiram yaz dediler. o prablem olacaq? yoxsa tehsili bitirdiyim ucun ele yaz dediler?

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Sahibə Soruşur Yazılma Tarixi:27.06.2020 16:47:35

Salam. Mene iyul cagiriscisi Xasayzade Ulvu Elisefa oglunun anasiyam . Ozum ikinci qrup elilem ve oglum evin tek ovladidi. Qubadli qeydiyyatindayiq ve Sunqayitda mecburi kockun evinde yasayiriq. Ovladimin yaxin herbi hisselerin birine salinmasiyla bagli Seferberlik İdaresine ve eyni zamanda prezidentimiz Cenab İlham Eliyeve muraciet unvanlamisdim. Bununla bagli bir cavab gelmir. Kimden daha etrafli melumat ala bilerem. Bir ana kimi xahis edirem gonderdiyim gmaille maraqlanib bir xeber edesiniz.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü xüsusi kompüter proqramı vasitəsi ilə aparıldıqdan sonra onlar təyin olunduqları qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin edilirlər. Əlavə olaraq bildiririk ki, övladınız Xasayzadə Ülvü Əlisəfa oğlu müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmişdir.
Loğman Soruşur Yazılma Tarixi:27.06.2020 14:30:56

Salam.Zəhmət olmasa sualımı cavablandırasınız,öncədən təşəkkürlər.

Möhlət hüququ bitdikdə Siz 2020-ci ilin oktyabr çağırışında qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Rauf Soruşur Yazılma Tarixi:27.06.2020 13:30:48

Salam. Mənə iyul ayının ikisinə çağırış gəlib.Amma men universitetdən bəzi səbəblərə görə ayın 15-ə kimi möhlət arayışı alıb komissarlığa vermişəm.mən bilmək istəyirəm ki,ayın neçəsi hərbi xidmətə gedəcəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Sənan Soruşur Yazılma Tarixi:27.06.2020 13:05:13

Salam.Mən İyulun 2 i Çağırış Vərəsqəai verilib.Ama hələdə bilmirəm hara düşdüyümü.Saytdada yoxlayiram cixmir.Aprel prizivi 22 də gəlmişdi.Niyə belə gec gəlir

Bildiririk ki, 29.06.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar 30 iyun tarixdən etibarən SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Ramil Soruşur Yazılma Tarixi:27.06.2020 12:38:06

Salam.İyul Ayının 1i hərbi komisarlığa getməliyəm.Bakıdan Lerikə ammaki sərnişin daşımaya qadağa olduğuna görə gedə bilmiyəcəm.Necə edim?Komissarlıq nəsə təşkil edə bilər ? Birdəki nömrəmizə mesajda iyun ayının 30u gələcək yoxda tez

Bildiririk ki, mövcud vəziyyətlə əlaqədar Sizin müddətli həqiqi hərbi xidmətə çağırış üzrə verilmiş çağırış vərəqəsi əsasında hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə gəlməyinizlə bağlı heç bir məhdudiyyət yoxdur. Digər sualınızla əlaqədar olaraq bildiririk ki, 29.06.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar 30 iyun tarixdən etibarən SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Hüseyn Soruşur Yazılma Tarixi:27.06.2020 11:18:11

Salam . Men iyulda əsgər gedəcəm . Bilmək istəyirəm ki sms vasitəsilə hara düşdüyümüz ayın neçəsi gonderilecey bizə

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
HACI Soruşur Yazılma Tarixi:27.06.2020 09:25:16

Men DIN DQ xidmet etmisem ve men MILL ORDUYA gelmek ucun muraciet etmisem ve meni GENCE SEH KEPEZ VAYINKAMATINA gonderdiler herbi biletimi orda vayinkamatda muraciet etdim dedilerki olmaz herbi bileti acanda gordumki 156(E) bendin vurublar niye sebeb ne olar ve men onu nece edim vetene qulluq etmek isteyirem

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Siz «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156 maddəsinin «e» bəndi ilə (xidməti uyğunsuzluğa görə) müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmısınız. Bildiririk ki, hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletdə öz əksini tapmalıdır. Bu səbəbdən hərbi biletinizdə müvafiq qeydlər aparılmışdır. Hərbi biletinizdə aparılan qeydlər və yenidən müddətdən artıq həqiqi hərbi xidmətə daxilolma məsələsinə baxılması üçün xidmət etdiyiniz qoşun növü üzrə hərbi hissə komandanlığına və ya aidiyyəti nazirliyə müraciət etməyiniz məqsədəuyğundur.
Hüseyn Soruşur Yazılma Tarixi:27.06.2020 00:57:01

Salam iyulda əsgər gedəcəm bilməy istiyirdime ki telefona hara dusduyum haqda sms nə vaxt gelecey ?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Mehdi Soruşur Yazılma Tarixi:26.06.2020 20:43:59

Iyulun 2 cagrisdi COVID-19 xesteliyne gore bizi saxladacaqlar yoxsa nece?

Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) respublikada yarada biləcək fəsadlarının qarşısının alınması istiqamətində aparılan tədbirlər çərçivəsində mövcud vəziyyət qiymətləndirilərək veriləcək qərarlara uyğun olaraq çağırışın həyata keçirilməsi planlaşdırlır. Hal-hazırda mövcud vəziyyətlə əlaqədar iyul çağırışında hər hansı dəyişikliyin olmasına dair normativ hüquqi akt yoxdur. Çağırışçıların iyul ayı ərzində xidmət yerlərinə daşınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələri nəzərə alınmaqla situativ qərarlar veriləcəkdir.
Cədvəldə sətir sayı :14891