Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Bəşər Soruşur Yazılma Tarixi:26.06.2020 00:33:04

Salam. Mən bakalavr ali təhsilimi bu il bitirdim. Mənə hərbi xidmətə çağırışla bağlı bir bildiriş və ya məktub gəlməyib. Və mən magistraturaya qəbul olduğum xəbərini bildim. Möhlət üçün hansı sənədlər lazımdır?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4 və 21.1.5-ci maddələrinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Əlavə olaraq bildiririk ki, ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olmağınız barədə sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər.
Qara Soruşur Yazılma Tarixi:26.06.2020 00:14:51

Salam mən iyulun 1 hərbi xidmətə çağırılmışa hara dusmeyimi bilmək istərdim zehmet olmasa

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Loğman Soruşur Yazılma Tarixi:25.06.2020 22:36:36

Salam.Xahiş edirəm dəqiq cavablandırasınız.Bilmək nə istəyirəm hərbi xidmətə yararlıyam ya yox?3 ay möhlət verildi mənə aprel çağırışı idim iyul ayında getməli idim.Bilmək istəyirəm yararlıyam yoxsa yox?

Möhlət hüququ bitdikdə Siz 2020-ci ilin oktyabr çağırışında qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Altay Soruşur Yazılma Tarixi:25.06.2020 21:52:08

Salam. Oğlum iyun ayının əvvəllərində (səhv etmirəmsə 5-də) yastıpəncəliliyin dərəcəsini müəyyən etmək üçün Nizami r-n hərbi komissarlığı tərəfindən Biləcəri dəmiryolu poliklinikasına müayinəyə gondərilib və müayinədən keçib. Mənim, Nizami r-n hərbi komissarlığında həmin müayinənin nəticəsinə baxmağa ixtiyarım çatır ya yox? Çünki müayinənin nəticəsini mənə göstərmirlər.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı, övladınızın qeydiyyatda olduğu Xidmətin Nizami rayon idarəsinə müraciət etməyiniz məqsədə uyğundur.
Elşən Soruşur Yazılma Tarixi:25.06.2020 18:20:49

Salam. Mənə ayın 1i nə cağırış gəlib. Ayın 1i hərbi xidmətə yola düşmə var? Yoxsa karantinə görə uzadılacaq?

Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) respublikada yarada biləcək fəsadlarının qarşısının alınması istiqamətində aparılan tədbirlər çərçivəsində mövcud vəziyyət qiymətləndirilərək veriləcək qərarlara uyğun olaraq çağırışın həyata keçirilməsi planlaşdırlır. Hal-hazırda mövcud vəziyyətlə əlaqədar iyul çağırışında hər hansı dəyişikliyin olmasına dair normativ hüquqi akt yoxdur. Çağırışçıların iyul ayı ərzində xidmət yerlərinə daşınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələri nəzərə alınmaqla situativ qərarlar veriləcəkdir.
Natiq Soruşur Yazılma Tarixi:25.06.2020 13:45:27

Salam Aleykum gelen ayin 1i herbi xidmete cagirilmisam ama helede hara duseceyimle bagli bir melumat yoxdu xais edirem bu haqda melumat verin

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Elgün Soruşur Yazılma Tarixi:25.06.2020 01:18:00

SALAM. İyul ayina çağirişim var. MSJ vasitəsiylə hərbi hissə haqqinda məlumat ayin neçesinden gelmeye başlayir?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
MƏNSUR Soruşur Yazılma Tarixi:24.06.2020 22:09:07

Salam.Berde rayon qeydiyyatlı bacı oğlu İSLAM ƏSƏDOV FERUZ OĞLU HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIB.BU SEFERBERLİK.GOV.AZ.SAYİTİNDA QEYDİYYATDAN KEÇİB YOXLAYİRAM Kİ HARA DÜŞMƏYİN BİLMƏK ÜÇÜN.AMMA HEÇ 1NETİCE ƏLDƏ EDƏ BİLMİRƏM NE EDƏ BİLMİRƏM XAHİŞ EDİRƏM KÖMƏKLİK GÖSTƏRİN.

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
İbrahim Soruşur Yazılma Tarixi:24.06.2020 21:47:02

Salam. Menim sualima cavab vermediniz

Portala daxil olan müraciətinizə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 18.09.2017-ci il tarixli bildirişə əsasən Xidmətin Qubadlı rayon bölməsində hərbi qeydiyyatdan çıxarılmısınız. Cəzaçəkmə müəssisəsindən azad edidikdən sonra rayon bölməsinə müraciət etməmisiniz. Hərbi qeydiyyata bərpa edildikə təkrar tibbi müayinədən  keçirilmək üçün Sizə göndəriş veriləcək. Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunduğunuz halda ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılacaqsınız.
Seyhun Soruşur Yazılma Tarixi:24.06.2020 18:26:57

Salam. Mən 2020-ci ilin İyun Ayında Kamissiyaya yoxlanışa çağırılmışam. Mən İyul Ayının 2-də Həqiqi hərbi xidmətə gedəcəyim haqqında məlumatlıyam. Lakin Hansı bölgəyə düşəcəyimi bilmirəm. Necə öyrənə bilərəm.?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891