Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Amid Soruşur Yazılma Tarixi:18.07.2020 15:35:10

salam mən Təcili Tibbi Yardımda sürücü işləyirəm könüllülərə yazılsam müharibəyə getsəm əgər salamatçılıq olub ölməyib qayıtsam öz işimə avtomatik geri götürəcəklərmi yoxsa sonra işsiz qalıb yer boşalmagını gözləyəcəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 52.1-ci maddəsinə əsasən, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir. Həmin Qanununun 52.2-ci maddəsinə uyğun olaraq, toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir.
Vahab Soruşur Yazılma Tarixi:18.07.2020 11:41:18

Salam.Hər vaxdınız xeyir.Daxili qoşunlarda xitmət edən şəxs Qarabağ müharibəsində iştirak edib lakin əlində heçbir sənədi yoxdur.Hara müraciət edə bilərik?

Portala daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz şəxs barəsində araşdırma aparılması üçün qeyd etdiyiniz şəxsin müvafiq sənədləri ilə birlikdə əvvəllər qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və ya bölməsinə müraciət etməsi məqsədəuyğundur.
Elmir Soruşur Yazılma Tarixi:18.07.2020 09:37:45

Salam. Mən hal-hazırda magistr təhsilinin 1-ci kursunu bitirmişəm, 2-ci kursa keçmişəm, xidmətdə olmamışam. Mən təhsilimi dondurub könüllü olaraq xidmətə getmək istəyirəm, qeydiyyatda olduğum şöbəyə yaxınlaşıb müraciət etdim, aparmadılar. Mənə dedilər əgər sən təhsilini dondursan ancaq yanvarda gedə bilərsən. İndi mən istəyirəm oktyabrda xidmətə gedi. Bunun üçün nə lazımdı? Hara müraciət etməliyəm? Hansı sənədləri toplamaq lazımdı? Oktyabr ayında xidmətə yollanmaq üçün.

Bildiririk ki, magistratura təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. Əlavə olaraq bildiririk ki, qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Gülyana Soruşur Yazılma Tarixi:18.07.2020 00:56:31

Salam mən Azərbaycan vətənfaşıyam yoıdaşım türk.mən qeydiyyatdan keçdim könüllü olaraq ancaq yoldaşım xarici vətəndaş olduğundan mümkün olmadı.necə edə bilərik xarici vətəndaşın qeydiyyatdan keçməyi üçün?

Bildiririk ki, xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin “Könüllü olaraq ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün qeydiyyat” elektron xidmətindən istifadə etməsi nəzərdə tutulmamışdır.
FAİQ Soruşur Yazılma Tarixi:17.07.2020 22:40:00

Çox xahiş edirəm məni könüllü olaraq qəbul edəsiniz mə hərbi qulluğu düşmənlə cəbhə bölgəsində qulluq etmişəm atam ehtiyatda olan zabit polkovnik Quliyev Famil atamın yolunu davam etmək mənim üçün fəxirdi çox xahiş edirəm məni cavabsız qoymayın indidən təşəkkür.Ey Vətən gözlə şəhidlik arzumuzdu ancaq düşmən qırılannan sora.

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
 
Məhərrəm Soruşur Yazılma Tarixi:17.07.2020 22:13:42

Salam, çox xahiş edirik ki, şablon cavablardan fərqli olaraq fərdi qaydada müraciətləri cavablandırasınız. Bu ən azından qarşınızda olan insana hörmət əlaməti olaraq qiymətləndirilir. Peşəkar zabitəm (1995-1999 BABKM-ni Taktiki Sərhəd Qoşunları komandiri ixtisası), mayor hərbi rütbəsində SQ-in ehtiyyatına buraxılmışam (məndən aslı olmayan səbəblərə görə), sağlamam, əlavə olaraq 2 - ci təhsil Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişəm. Hazırda MN-nin istənilən hərbi hissəsində (cəbhə bölgəsi arzumdur) xidmət etməyə hazıram. Ümidvaram ki, müraciətim müsbət cavablandırılacaqdır.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə xidmət etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Emin Soruşur Yazılma Tarixi:17.07.2020 20:11:46

Salam mən hərbi biletimi itirmişəm. tapintilar burosundan arayışım var. hərbi komissarlığa yaxınlaşmalıyam yoxsa online muraciət edib ala bilerem ? Səhifədə online ərizə muraciət formasını gördüm mumkundurmu online ?

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet etinasız saxlanılması nəticəsində korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan sənədlər (şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, DİN-nin müvafiq qurumlarından hərbi biletin tapılmamasına dair arayış) əsasında hərbi vəzifəlinin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin struktur bölmələri tərəfindən yeni hərbi bilet verilir.             İtirilmiş  və ya korlanmış hərbi biletin əvəzinə yeni hərbi biletin verilməsi üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Altay Soruşur Yazılma Tarixi:17.07.2020 18:24:38

Salam mən Altay Balayev mən sərras atıcıyam snayperçiyəm 18 yaşım var amma məni orduya çaxırmılar bu necə şeydi axı mən neynəməlirəm ki məni çaxırsınlar xaiş edirəm köməy eləyində

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.             Odur ki, Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə gəlməyiniz tövsiyə olunur.
Zaur Soruşur Yazılma Tarixi:17.07.2020 17:21:33

Ədliyyə Nazirliyi Mingəcevir şəhər İcra və Probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində, 1ci dərəcəli ədliyyə qulluqcusu(kapitan) rutbəsində xidmət edirəm, bilmək istəyir ki, konullu olaraq hərbi siralarina qosulmaq ucun muraciet etməliyəm yoxsa, bron kimi qeydiyyatda Nazirliyin muvafiq idarəsi tərəfinədən qeydiyyata aliniriq? Həmcinin herbi siralarina qosularkən xususi hərbi rutbə saxlanilirmi?

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Taleh Soruşur Yazılma Tarixi:17.07.2020 16:54:33

Salam.men aprel bu ilki aprel çağırışında neyrocerrahı xestexanasında müayineden keçdim.Mene feqereler arası disklerin minimal protruziyası diaqnozu qoyulub.bu sebeble de meni yenede herbi xidmete getmek arzum üreyimde qaldı.men bir daha ne vaxt yeniden çağırışçı olacağam?men oktyabr çağırışında yeniden çağrışçı ola bileremmi?suallarıma sizden cavab gözleyirem.teşekkür edirem

Məlum olmuşdur ki, Siz Xidmətin Kürdəmir rayon şöbəsində ilkin hərbi qeydiyyatdasınız və 2023-ci ilin aprel çağırışı zamanı ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunaraq, barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Şamaxı rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897