Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Habil Soruşur Yazılma Tarixi:12.01.2018 16:01:41

istifade etnediyim mezuniyyet gunlerine gore odenilmeli mevlegle bagli

Müraciətinizin araşdırılması üçün özünüz haqqında məlumatları və nə istədiyinizi aydın yazmağınız zəruridir. 
Camal Soruşur Yazılma Tarixi:12.01.2018 14:33:15

Salam. Ağ biletimdə 1 saylı siyahı ilə müalicəyə ehtiyyacı var yazılmışdır. Xahiş edirəm cavablandırardız bunun mənası nədir ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ramal Soruşur Yazılma Tarixi:12.01.2018 11:58:05

Salam mene yayda cagirs gelecek bilmek istiyirdim olkeden cixmaqa ne vaxt stop qoyulur nece vaxt qalmis

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Kamal Soruşur Yazılma Tarixi:11.01.2018 14:24:56

Mən yanvar ayının 2-dən ehtiyata keçirilən hərbi vəzifəliyəm və ehtiyata keçirildikdən bir gün sonra , yəni yanvarın 4-də hərbi qeydiyyata alınmaq üçün qeydiyyatda olduğum SHXÇDX-nin Lənkəran rayon şöbəsinə getdim və lazımi bütün sənədləri müvafiq otağa təqdim etdikdən sonra məsul şəxs dərhal əlaqə telefonumu qeyd edib, mənə yanvar ayının 19-dan sonra yaxınlaşmağımı və həmçinin növbəti gəlişim zamanı yaşayış yerindən həqiqi qeydiyyatda olduğum barədə arayış gətirməyimi də tapşırdı. Xahiş edirəm ki, qeydiyyata alınıb hərbi biletin vətəndaşa təhvil verilməsi prosesinin bu qədər vaxt almasının nə dərəcədə real olduğunu və əgər realdırsa, bunun hansı təbii zərurətdən irəli gəldiyini bildirəsiniz.

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, Siz Xidmətin Lənkəran rayon şöbəsi tərəfindən 04.01.2018-ci il tarixdə hərbi qeydiyyata götürülmüsünüz. Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq, yaşayış yerinizdən müvafiq arayışı Xidmətin Lənkəran rayon şöbəsinə təqdim etdiyiniz halda, hərbi biletiniz Sizə təhvil veriləcək.
KAMAL Soruşur Yazılma Tarixi:10.01.2018 19:52:57

salam.mən plevrit olub sonra sağalmişam.amma ciyərimdə spayka qalıb.bu cur veziyyətlə mən hərbi xidmətə yararlıyam?

Bildiririk ki, hərbi xidmətə çağırış zamanı ilk dəfə plevrit aşkar edilən vətəndaşlar hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Möhlət hüququ bitdikdə Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
Orxan Soruşur Yazılma Tarixi:10.01.2018 19:05:32

Salam. Hərbi Biletdə olan şəkildən heç razı deyiləm. Onu yenisi ilə necə dəyişmək və harada olur? Zəhmət olmasa sualımı cavablandırardınız. Təşəkkürlər

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, mövcud qanunve-riciliyin tələblərinə uyğun olaraq, etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan təsdiqedici sənədlər tam toplandıqdan sonra hərbi vəzifəlilərə hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Lakin qeyd etdiyiniz səbəbdən hərbi biletdə olan şəkilin dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. 
Sahil Soruşur Yazılma Tarixi:10.01.2018 15:01:56

salam menim qardaşim oqlu Abdullayev Sahil Yavər oqlu 2018.01.08 de esger gedif harda və necənci hissədə olduqu barədə bilmək istəyirik xaiş edirik

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Anar Soruşur Yazılma Tarixi:10.01.2018 14:18:00

Salam. Mən yayda hərbi xidmətə çağırılacam. Bilmək istəyirdim ki, mən hərbi dəniz qüvvələrinə düşə bilərəm yoxsa bunun üçün Naxçıvanski litseyi bitirməliyəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Səbinə Soruşur Yazılma Tarixi:09.01.2018 17:04:08

Salam. adım Səbinə İsmayılova könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə qeydiyyatdan keçmək isdəyirəm bunun üçün hara müraciət etmeliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar Nazirlikləri və Dövlət Təhlükəsizlyi, Dövlət Sərhəd, Xüsusi Dövlət Mühafizə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz yuxarıda qeyd olunan müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Fərhad Soruşur Yazılma Tarixi:09.01.2018 16:03:47

Salam. Mən Neftçala rayonunda qeydiyyatlıyam. Məni 2 dəfə xəstəxanaya yazıblar gedib gəlmişəm. Amma hələki bir xəbər yoxdur. Artıq 2017-ci ilin Oktyabr ayından bu yana yuvadılıram. Sizə sualım odur ki yekun bir qərar olacaq yoxsa hələ mən ancaq xəstəxanalara gedəcəm.

Məlum olmuşdur ki, Siz, 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Neftçala rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinələrə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Cədvəldə sətir sayı :14891