Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əhməd Soruşur Yazılma Tarixi:20.01.2018 19:36:36

Mirzəbəyov Əhməd Əliheydər oglu.men hansi herbi hisseye duşduyunu oyrenmek istərdim

  Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
ELZAMİN Soruşur Yazılma Tarixi:19.01.2018 23:36:02

Salam men 2017 de xidmeti uygunsuzluga göre ehtiyata buraxilmiwam orduya maragim Cox güclüdür yeniden qayida bilerem orduya yoxsa yox?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Belə ki, mövcud qanunvericilikdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmət-dən ehtiyata buraxılmış vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları nəzərdə tutulmayıb. Müraciətdə qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etdiyiniz hərbi hissə komandan-lığına və ya qoşun növü üzrə aidiyyəti nazirliyə müraciət etməyiniz məqsədəuyğundur. 
Yusif Soruşur Yazılma Tarixi:19.01.2018 12:22:48

Salam. Həqiqi hərbi xidmətə daxil olmaq uçun yaş həddi nə qədərdi? Ali təhsillilər Zabit rütbəsi ilə təmin olunurmu? xahiş edirəm cavablandirasınız.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ  nömrəli Qanununun 36-cı maddəsində (“Həqiqi hərbi xidmətə daxiloloma”) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi xidmətə daxilolmanın halları və Qaydası”nda ətraflı məlumat əldə edə bilərsiniz. Əlavə olaraq bildiririk ki,  ali təhsilli vətəndaşlara zabit hərbi rütbəsinin verilməsi  «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin  58-ci və 62-ci maddələrinə uyğun olaraq həyata keçirilir.
Kamil Soruşur Yazılma Tarixi:19.01.2018 02:59:39

salam.menim dos qefesimde 2 dereceli doformasiya var.teleffusumde de qacanda problem yaranir.yoxlanislardan saglam cixdim.mene ele gelirki bu problemler mene xidmet zamani problemler yasadacaq.mene maraqli olan bu qanunla ne qeder duzgundur ve xidmet zamani problem yaranarsa ne etmeliyem.mumkunse her 2 sualimi aydin cavablandirasiz.tesekkuller

Məlum olmuşdur ki, Siz, 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhər Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-4” hesab edilmisiniz. Siz, 23.01.2018-ci il tarixdə sərəncamla təyin olunduğunuz 212 saylı hərbi hissəyə təhvil verilmisiniz. Əlavə olaraq bildirirəm ki, səhhətiniz ilə əlaqədar xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət edə bilərsiniz.  
rəzi Soruşur Yazılma Tarixi:18.01.2018 18:31:55

salam.men hara dusmusem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında       növbəti məlumat 22-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əziz Soruşur Yazılma Tarixi:18.01.2018 12:32:39

21.01.2018. Tarixnde FİZULİ RAYONUN HERBİ KAMSARLİQDAN Verilen cağriş barisnde melumat almaq isdeyirem hansi Herbi hissede xidmet edeceyim barede mene ətrafli melumat verin

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında       növbəti məlumat 22-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Zabit Soruşur Yazılma Tarixi:17.01.2018 20:49:45

Salam men bilmek isterdim ki,SHXCDX ne mulki iwci kimi nece iwe duzelmek olar.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, istəyinizdən aşlı olaraq müraciət edə bilərsiniz.
Ələkbər Soruşur Yazılma Tarixi:17.01.2018 19:13:16

Salam, 6 aylıq möhlət verildiyi halda niyə 3 aydan sonra meni hərbi komisarlıqa cağırmalıdırlar?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Aydın Soruşur Yazılma Tarixi:16.01.2018 22:31:36

Hərbi biletde herbi xidmete yararli .68ç A-3 maddesi yazilib.bu ne demekdir? Her hansi sistem (polis, xususi xidmet orqanlarina)işə duzelmekde problem yarada biler?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin “ç” bəndinə “Yastıayaqlılıq və ayağın digər deformasiyaları, funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda” aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Əfşin Soruşur Yazılma Tarixi:16.01.2018 21:58:49

Salam 2017 ilin iyul çağırışli sıradan kənar yararlı olduğunu komisyalar tərəfindən qeyd edilib bilmək istəyirdim ki hərbi bileti necə ay müddətində ala bilərəm və hərbi bilet üçün hər hansısa bir dövlət rüsumu ödənilməlidirmi?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan təsdiqedici sənədlər tam toplandıqdan sonra hərbi vəzifəlilərə hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Araşdırma zamanı Xidmətin Lənkəran rayon şöbəsində hərbi qeydiyyatdan keçdiyiniz məlum olmuşdur. Bu səbəbdən məsələ ilə bağlı Lənkəran rayon şöbəsinə müraciət etməlisiniz 
Cədvəldə sətir sayı :14891