Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Toğrul Soruşur Yazılma Tarixi:01.02.2018 16:16:18

Size unvanladigim suala verdiyiniz cavab meni qane etmediyi ucun elave olaraq sorusmaq isteyirem.Menim 29 yadim var. Bir il herbi xidmet etdikden sonra 30 yasim tamamlamis olacaq ve her hansi bir huquq muhafize orqanina ise qebul oluna bilmeyecem.Bu halda qanunun hansi tarafe menim veziyyetimi yaxsilasdirir ki men sizin verdiyiniz cavabi qebul edim.Tekrar qeyd edirem ki,polis akademiyasinda alinan 5 illik eyani tehsilin herbi xidmete aid edilmemesi bizim veziyyetimizi YAXSİLASDİRMİR,EKSİNE CETİNLESDİRİR.Zehmet olmasa duzgun qanuni ve edaletli qerar qebul edilmesine komeklik edesiniz.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən,  hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli Sərəncamının 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, təhsil aldığınız müddətdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hərbi kafedra olmadığından, ali təhsil müəssisəsinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını keçmədiyinizdən, habelə sizə ilk zabit hərbi rütbəsi verilmədiyindən çağırışçı kimi qeydiyyata alınmalı və qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırışa cəlb edilməlisiniz.
Rüfət Soruşur Yazılma Tarixi:01.02.2018 00:30:13

Salam men 2016.oktyabrnda heqiqi herbi xidmete getmiwem.ve 2017 ci il iyun ayinin 26 sinda wemkirde yerlewen Hosbitaldan Elete getrilmiwem oktyabrin 24 de yararsiz herbi biletle yarimciq texris olmuwam diaqnoz inflitrativ veremle texris olmuwam herbi biletime 2b yazilib bilmey isderdim ki men ne vaxt herbi xidmete gede ve ya herbi xidmetimin qalan 5 ayin davam ede bilerem??

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 43.1-ci maddəsinə əsasən, Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarının 6.2-ci maddəsinin 2-ci abzasına əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Rüfət Soruşur Yazılma Tarixi:01.02.2018 00:20:38

Salam men 2016.oktyabrnda heqiqi herbi xidmete getmiwem.ve 2017 ci il iyun ayinin 26 sinda wemkirde yerlewen Hosbitaldan Elete getrilmiwem oktyabrin 24 de yararsiz herbi biletle yarimciq texris olmuwam diaqnoz inflitrativ veremle texris olmuwam herbi biletime 2b yazilib bilmey isderdim ki men ne vaxt herbi xidmete gede ve ya herbi xidmetimin qalan 5 ayin davam ede bilerem??

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 43.1-ci maddəsinə əsasən, Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarının 6.2-ci maddəsinin 2-ci abzasına əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Emin Soruşur Yazılma Tarixi:31.01.2018 13:44:15

Salam. Mən splenomeqaliya xəstəliyinə görə artıq 1 il yarımdırki yayındırılıram. Nə mənə yararsız hərbi bileti verirlər, nə də ki hərbi qulluğa aparırlar. 01.07.2016 cı ildən bəri vəziyyətim belədir. Öyrənmək istəyirəmki, elə bir qanunda bir.ey varmı ki, bunun sonu olsun. Hərbi komissarlıq məni nə vaxta kimi belə get-gələ sala bilər. Xahiş edirəm, ətraflı izah edin.

Məlum olmuşdur ki, Siz, 09.09.2017-ci il tarixdə Xidmətin Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinələrə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Akif Soruşur Yazılma Tarixi:29.01.2018 02:03:23

Salam.Universitet bitirənlər üçün müqaviləli hərbi xidmət mövcuddur? Zabit və ya leytenant kimi.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinin “q” bəndinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə  hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi  rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar könüllü daxil ola və qəbul edilə bilərlər. Zabitlərin həqiqi hərbi xidmətinə daxil olmaq istəyinizlə bağlı müddətli həqiqi hərbi xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur. 
Ələkbər Soruşur Yazılma Tarixi:28.01.2018 23:24:20

Salam. Xəsdəlik yoxlaması üçün hər 3 aydan bir meni Respublika Klinik Xesdaxanasına göndərillər. Müayine müddəti 10 gün çəkir. Mənim Bakı şəhərində qalmaqa yerim yoxdur. Bilmek isdəyirəm yol xərcləri və qalmaq xərcləri necə qarşılanmalıdır? Baki seherine gedmek ucun yol pulum yoxdursa ne etmeliyem?

Həqiqi hərbi xidmətə çağırılarkən və hərbi vəzifəlilərin tibbi şəhadətləndirilməsi aparılarkən müayinəyə (müalicəyə) ehtiyacı olan vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən Səhiyyə Nazirinin 04 dekabr 2015-ci il tarixli 99 nömrəli əmri ilə təsdiq olunmuş “Hərbi xidmətə çağırılanların, hərbi vəzifəlilərin və ehtiyatda olan zabitlərin tibbi müayinədən keçirilməsi üçün müəyyən edilmiş tibb müəssisələrin siyahısı”na və xəstəliyin spesifikasına uyğun müayinəyə göndərilirlər. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən tibb müəssisələrinə göndərilən vətəndaşların tibbi müayinəsi ödənişsizdir.
Zabit Soruşur Yazılma Tarixi:28.01.2018 19:43:24

Salam men SHÇÜDX-nə və ya yerli rayon şöbələrinə mülki işçi kimi necə işə qəbul ola bilərəm.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar, barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər. Nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Müsabiqədə mür aciət edən vətəndaşların ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
İZZƏT Soruşur Yazılma Tarixi:28.01.2018 17:28:16

salam.Menim sol boyreyimde 3-mm kista var.Men bilmek isteyiremki esger gedecem.

Siz, 2018-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.
Emil Soruşur Yazılma Tarixi:28.01.2018 14:44:57

Salam, öyrənmək istərdim ki, qiyabi və ya dissertantlıq yolu ilə fəlsəfə doktoru adını aldıqdan sonra hərbi xidmətdən azad olunuram mı?

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Gülnarə Soruşur Yazılma Tarixi:27.01.2018 22:57:17

Salam. Qohumum Azərbaycan vətəndaşıdır, lakin 13 yaşından İzraildə yaşayır ve eyni zamanda İzrail vətəndaşıdır. İzraildə qanuna uyğun olaraq 3 il hərbi xidmət göstərib. İndi Azərbaycana giriş zamani ona problem yaradacaqlarını deyirlər. Nə məsləhət görürsünüz?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14891