Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərvin Soruşur Yazılma Tarixi:18.02.2018 04:10:24

salam,bilmek istiyerdim qarnizon hara hesab olunur və Qebele seheri hansi qarnizona aiidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin portalına daxil olmuş müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Qalib Soruşur Yazılma Tarixi:16.02.2018 18:39:17

23.0.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar herbi xidmetden azad edilirler. evvelki cvbnizdan disserantlara mohlet verilmir ki kimi bir sey cixir. Bu nece olur ( qanunlar bir birine zitdirmi) yoxsa sizde deqiq bilmirsiz. mumkunse deqiq cvb yazardiz?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir. Həmin Qanununun 23.0.1-ci maddəsinə əsasən, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.1 – 22.2.3–cü maddələrinə əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqоji kadrlar hazırlığı üç səviyyəlidir: bakalavriat (tibb təhsili istisna оlmaqla), magistratura (tibb təhsili istisna оlmaqla) və doktorantura. Həmin Qanununun 23.7-ci maddəsinə əsasən, ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yоlu ilə reallaşdırılır. 
Orxan Soruşur Yazılma Tarixi:16.02.2018 12:48:15

Salam. MEN 59 nomreli qerara esasen yarasiz herbi bileti almihsam 1998 ci il yanvar ayinin 31 denem herbi biletde novbeti yoxlanish 2019 aprel ayinin 4 du qeyd olunub . Men indi bu ay konullu olarag oz vayenkomatima gedib erize verib hekim kkomisyasindan birdaha kecib yararli hesab edilsem herbi xidmete gede bilerem? Etrafli melumat vererdiz zehmet olmasa. Cox sagolun.

Bildiririk ki, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər.         Bu məsələ ilə bağlı Siz və valideynləriniz qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməlisiniz. Qeyd edirik ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Samir Soruşur Yazılma Tarixi:16.02.2018 11:08:27

Salam mənim doğum yerim qazax yaşayış yerim qazax amma anam atam bakıda yaşayır bunların hamsı şəxsi işimdə qeyd olunub boy çəki 183sm 83kq bilmək istəyirəmki bakıya düşə bilərəm ailəm bakıda yaşasada?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.         Əlavə olaraq qeyd edirik ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr üzrə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.         Əks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərinin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin yerləşdiyi ünvandan qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmət keçməsi nəzərdə tutulur.
Seyidəli Soruşur Yazılma Tarixi:16.02.2018 00:15:03

Müvafiq araşdırmanın aparılması üçün. Qeydiyyatda olduğum Abşeron rayonu Xırdalan şəhəri vaynkamat. Təvəllüd 07.10.1995 1ay əvvəl məni Bakıya travmatologiya yollamisdilar mənə cavab gəlməyib vaynkamatdan. Zəhmət olmasa mənə xəbər verərdiz.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün şəxsi işiniz 12.02.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Elməddin Soruşur Yazılma Tarixi:15.02.2018 19:15:40

salam mən 2014 ildə hərbi xidmətə getməli idim lakin məni həmin ildən bəri hərbi xitmədə aparmirlar bununla yanaşı mənə ali məktəbə sənəd vermək uçun heç bir sənəd vermədilər bilmək istəyirəm ki aprel ayinda mən ali məktəbə sənəd verə bilərəm,

Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdiyinə görə təkrar tibbi müayinədən keçməyiniz üçün təcili olaraq 23.02.2018-ci il tarixdə Xidmətin Tərtər rayon şöbəsinə gəlməyiniz zəruridir. 
Kamran Soruşur Yazılma Tarixi:15.02.2018 17:18:18

Salam daxili qoşunlarda herbi xidmetde olub qayıdıqdan sonra iki ay sonra tərtərə könüllü herbi xidmətə getmək olarmı,getmək olarsa maaş ne qederdir xaiş edirəm sualımı cavablandırın.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyən-ləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı qulluq (xidmət) etmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Adil Soruşur Yazılma Tarixi:15.02.2018 13:23:06

Salam. Öd kisəsində müxtəlif ölçülərdə (6-9mm) çoxlu sayda daş olan şəxs hərbi xidmətə cəlb oluna bilərmi? Zəhmət olmasa sualımı ətraflı və əsaslandırılmış şəkildə cavablandırın. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: öd kisəsinin tək-tək daşları (4-8 mm) xəstəliyi olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
BAYRAM Soruşur Yazılma Tarixi:15.02.2018 13:22:20

Salam Men Sizden Melumat almaq isteyirem 166 boy 93 kq men 6 ay Mudetinde Mohlet Almaq Isteyirem Ama Mene Deyiler Ki Size 3 ay Erzinde Mohlet Vere Biler oo Cekiye Gore 6 ay Mudetinde Mohlet Dusur oo Barede Aydinliq Getirerdiniz Sizden Xais Edirem

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 166,0 sm, bədən çəkisi – 93,0 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 30,0-34,9 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “d” bəndinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları II dərəcəli alimentar piylənmə”yə aiddir. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə çağırış zamanı II dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “d” bəndi ilə “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
Emin Soruşur Yazılma Tarixi:14.02.2018 23:46:09

Salam sualim odurki kesri olan telebe kesrin baglayib herbi xidmete yollana biler?? Yeni ele bir qanun movcuddur? Varsa necedir yolu

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Cədvəldə sətir sayı :14891