Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mehman Soruşur Yazılma Tarixi:02.03.2018 17:31:04

Salam. Mən 2000 ci il Martın 12 si anadan olmuşam. Ayağımın altı lll dərəcəli düzlük var. Ürəyimdə hipoksiya(oksigen çatışmazlığı var. Yararsızam əsgərliyə?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm -dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Çağırışçıların qan dövranı sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42-48-cı maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Ürəyin işemik xəstəliyinin olması instrumental müayinə metodları (hökmən sakit vəziyyətdə və yük sınaqları ilə EKQ, exokardioqrafiya; əlavə-stress-exokardioqrafiya, koronaroqrafiya və s.) ilə təsdiq olunmalıdır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Kamran Soruşur Yazılma Tarixi:02.03.2018 15:43:15

Salam men əsgərliyimi daxili qoşunlarda çəkib gəldikdən bir müddət sonra könüllü olaraq Tərtərə getsəm nə qədər maaş verilər.Və imtahan verib rutbe almaq olurumu?

Portala daxil olan təkrar müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələlərə aid 17 fevral 2018-ci il tarixdə tərəfimizdən Sizə cavab verilmişdir Bir daha bildiririk ki, vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd, Xüsusi Dövlət Mühafizə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri tərəfindən müəyyən edilir. Bu səbəbdən xidmət etmək istədiyiniz qoşun növü üzrə Daxili İşlər Nazirliyinə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Ayxan Soruşur Yazılma Tarixi:01.03.2018 11:29:17

Salam, vətəndaş Rusiya Federasiyasının vətəndaşlığını qəbul edib və rəsmi olaraq Azərbaycan Respublikasının vətəndaşlığından imtina edib və bu barədə Azərbaycan Respublikasının XİN-nin R.F. Moskva şəhərində yerləşən nümayəndəliyinə məlumat verib. Bundan sonra SHXÇDX-nın əməkdaşları vətəndaşın ünvanına gəlib dəfələrlə vətəndaşın müddətli həqiqi hərbi xidmət keçməsini tələb edilər. Odur ki, yazıb Sizdən xahiş edirəm ki, Rusiya Federasiyasının vətəndaşını niyə həqiqi hərbi xidmətə çağırılar və vətəndaş Rusiya Federasiyasının paspotunu notarial qaydada təsdiq olunmuş surətini təqdim etsə kifayətlənə bilərmi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün qeyd etdiyiniz vətəndaşın soyadını, adını, təvəllüdünü və Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz tövsiyə olunur.
HASiL Soruşur Yazılma Tarixi:28.02.2018 22:30:21

salam menim 18 yasim 12 avqust 2018 ci ilde tamam olur. Men kecen il qebul imtahanindan kesilmisem indi bu il tezden hazirlasiram. Indi men qebula gedende men mohlet ve yaxud icaze almaliyam yoxsa yox.

Bildiririk ki, Siz 2017/2018-ci tədris ili üçün Respublikanın  ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak edə bilərsiniz. Avqust ayının 12-də 18 yaşınız tamam olduğu üçün 2018-ci ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Hüseyn Soruşur Yazılma Tarixi:27.02.2018 22:45:59

Salam aidiyyati struktur bolmesi haradi? Birde deyismiller herbi bileti diyiller mumkun doyul?

Portala daxil olan növbəti müraciətinizə əsasən bir daha bildiririk ki, təkrar tibbi şəhadətləndirilmə zamanı əvvəl müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda hərbi biletdə müvafiq qeydlər aparılır, bilet isə dəyişdirilmir. Aidiyyəti struktur bölməsi dedikdə yaşayış yeri və ya olduğunuz yer üzrə hərbi qeydiyyatdan keçdiyiniz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz nəzərdə tutulmuşdur. Belə ki, təvəllüdünüz və ünvanınız qeyd edilmədiyi üçün barənizdə araşdırma aparmaq və konkret olaraq hər hansı struktur bölməsini göstərmək mümkün olmamışdır.
pərviz Soruşur Yazılma Tarixi:27.02.2018 16:41:37

Salam.Mən Quliyev Pərviz Vaqif oglu 1994 il sentyabr ayında hərbi xidmətə cagırılmışam.1995 ilin fevral ayından könüllü olaraq(evin bir ogluyam)Fizuli rayonuna göndərilən xususi təyinatlı radiokaşviyat dəstəsinin tərkibində 1996 ilin oktyabr ayına kimi xidmət etmişəm.Hərbi biletimdə bu barədə xususi yazıda var.Xaiş edirəm araşdırasınız Mənə Qarabag veteranlıgı statusu şamil olunur yoxsa yox.Cox sagolun.

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri (o cümlədən, onun dublikatı), vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
KƏNAN Soruşur Yazılma Tarixi:27.02.2018 16:11:54

Salam.Öd kisəsinin tərkibi qatlaşmış bir ədəd 0,5 ölçüdə polipoz dənəcik olan ve xolidox N ve mədədə bakteriya olan şəxs hərbi xidmətə cəlb oluna bilərmi? Zəhmət olmasa sualımı ətraflı və əsaslandırılmış şəkildə cavablandırın. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririk ki, “Xoşxassəli yenitörəmələr: funksiyaların mülayim və ya cüzi dərəcədə pozulması ilə” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Ülvin Soruşur Yazılma Tarixi:26.02.2018 14:34:54

Salam mən Hüseynov Ülvin Cəbrayıl rayonu Cocuq Mərcanlı Kənd sakiniyəm ..Ali təhsiliyəm amma hərbi qulluq kecməmişəm.Belə ki,dinc dövrü yararsız müharibə dövrü yararlı hesab edilmişəm 59 nomrəli qərarın 58b maddəsinə əsasən.Bilmək istəyirəm ki.Universitet bitirənlər üçün müqaviləli hərbi xidmət mövcuddur? Zabit və ya leytenant kimi.Əgər mövcudursa hara müraciət etməliyəm.Əvvəlcədən təşəkkürlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Elvin Soruşur Yazılma Tarixi:26.02.2018 12:32:31

Salam Bilmək istəyirdimki Polis akademiyasını bitirmiş zabitlər bir müddət Daxili İşlər Orqanlarında xitmət etdikdən sonra öz xahişi ilə xidmətdən xaric olunarsa,hərbi xidmət keçməlidirmi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılmışdır. Akademiya tərəfindən təsdiq edilmiş hərbi fənlər üzrə tədris proqramını tam bitirən kursantlara 2018-ci ildən başlayaraq ilkin zabit hərbi rütbələrinin verilməsi nəzərdə tutulur. 2018-ci ilə qədər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almış müdavimlərin xidməti həqiqi hərbi xidmət hesab edilmir. Qeyd olunan kateqoriyadan olan, müxtəlif səbəblərdən orqanlarda qulluqdan (xidmətdən) azad edilmiş 35 yaşınadək olan xüsusi rütbəli şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçıların hərbi qeydiyyatına alınaraq növbəti çağırış keçirilərkən müddətli həqiqi hərbi xidmətə çağırılmalıdırlar.
Kənan Soruşur Yazılma Tarixi:25.02.2018 17:43:33

Salam mən şəhid ailəsiyə bir şəhid nəvəsi kimi mənim hansı huquqlarım var??

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar:   §  arvadı (əri); §  valideynləri; §  18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; §  qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; §  babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa.   Mövcud qanunvericiliyə əsasən, şəhid nəvələri şəhid ailə üzvləri hesab edilmirlər.
Cədvəldə sətir sayı :14891