Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zabit Soruşur Yazılma Tarixi:22.02.2018 22:02:36

Salam men bilmek isterdim ki, uygunsuzluqla SQ-ler siralarindan terxis olan zabit gizirler herbi mukellefyetsizdirlermi? Onlarin xismetide emek stajina daxil edilmir elemi?

Bildiririk ki, xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunan hərbi qulluqçular hərbi mükəlləfiyyətli hesab olunurlar və onların xidmət illəri əmək stajına daxil edilir.
Kamran Soruşur Yazılma Tarixi:22.02.2018 18:18:12

Salam,Mən əsgərliyimi daxili qoşunların xususi teyinatlı boluyunde çəkmək üçün nə etməliyəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
nurlan Soruşur Yazılma Tarixi:22.02.2018 10:59:54

salam men yanvar 3 paveska gelmisdi esgere gedeceydim ama aparmadilar vayankamat ile elaqe saxladim dediler senedlerin tesdiq olunmaqa gonderilib men bilmey isdirem esgerliye yararliyam yoxsa yararsiz ayaqim alti duzdu cox ayaq uste olanda ezyet verir mene isdemirem meni gecikdirsinler eger yararliyamsa getmek isdirem cunki tez gedib gelmey isdirem xais edrem cavab yazin isimi bilim.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın düzgünlüyünün yoxlanılması üçün, Siz, 23.01.2018-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Siz, müvafiq hərbi qeydiyyat sənədləri ilə təmin olunmağınız üçün Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinə müraciət etməlisiniz.
ŞAHBAZ Soruşur Yazılma Tarixi:21.02.2018 20:38:55

Men Sahbazli Sahbaz iyun ayinda 11 ci sinifi bitrecem ali mektebe sened verecem men qebul olmasam mene nece ay qanunla mohlet huqum var mohlet goture bilerem nece ay

Müraciətinizlə əlaqədar bildiririk ki,  2018-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının nəticələri dərc edildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
taryel Soruşur Yazılma Tarixi:21.02.2018 20:21:10

Salam mən 10 gün olar waykamatdan gəlmişəm hələ hara düşmüşəm bilmirəm bəs mən haçan bunu öyrənə bilərəm sizcə

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Asim Soruşur Yazılma Tarixi:21.02.2018 15:14:49

Salam. Mən Azərbaycan Mermalıq və İnşaat Universiteti bitirmişəm. 2017-ci ilin İyul ayinda Hərbi Xidmətə getməli idim amma sağlamlıqla baglı 6 ay möhlet verilib. Voyenkomat tərəfindən mualicə olundum gozden ve digər saglamlıqla baglı digər xəstəxanaya yölləndirmişdilər. Fevral ayında mərkəzi qospitala göndərdilər bir nece müddətdən sonra voyenkomat tərifindən Travmatalogiya İnstituta yölləndirdilər . Orda ki həkim Baki şəhəri Xəzər rayonun propiskası oldugu üçün məni qəbul etmdədi bu ne dərəcədə düzgündür? Və Könüllü kimi Hərbi Xidmətə gedə bilərəm mi sağlamlıqla bağli problemlərə baxmiyaraq?

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Xəzər   rayon idarəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına 23.02.2018-ci il tarixdə təqdim olunmusunuz. Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Xəzər rayon idarəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  Digər sualınızla əlaqədar bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Cahid Soruşur Yazılma Tarixi:21.02.2018 11:50:33

Salam. Mən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xidmətə (işə) qəbul olmaq istəyirəm.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, istəyinizdən aşlı olaraq müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Toğrul Soruşur Yazılma Tarixi:21.02.2018 00:35:26

Salam.Men Qebele rayon qeydiyyati 30.08.1995 ci il tevelludlu cagirisci Eyvazli Togrul Mirbala oglu 13 fevral 2018 ci ilde Kardiologiya institunda tibbi muayineden kecmisem.sizden xahis edirem mene kecirilen tibbi muayinenin neticesi ile bagli melumat veresiniz.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, sizin sağlamlıq haqqında müayinə aktınız 21.02.2018-ci il tarixdə Xidmətin Qəbələ rayon şöbəsinə daxil olmuşdur. Aidiyyəti üzrə Qəbələ rayon şöbəsinə müraciət etməyiniz tövsiyyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:20.02.2018 20:06:23

Salam zəhmət olmazsa bir məlumat verin. 8 aprel 2000-ci il təvəllüdlü Qasımzadə Mir Salman, 2017-ci ildə Ali Məktəbə imtahan vermiş və qəbul ola bilməyib, yenidən hazırlaşıb və bu il imtahan verəcək. Ancaq 2018 ci il apreldə 18 yaşı tamam olacağı üçün hərbi xidmətə çağrış gəlib. Möhlət necə almaq olar ki Ali məktəbə qəbul imtahanında iştirak edə bilsin. Hansı sənədlər lazım olduğunu da qeyd edərdiz zəhmət olmasa.

Bildiririk  ki, 2017-ci ildə Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında təkrar iştirak etmək üçün möhlət verilmir.  Əlavə olaraq qeyd edirik ki, 18 yaşı 2018-ci ilin aprel ayında tamam olan və möhlət hüququ olmayan  vətəndaşlar həmin ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.  
Arzu Soruşur Yazılma Tarixi:18.02.2018 18:53:26

Salam.Bilmək istərdimki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul üçün hansı sənədləri məhz Azərpoçt vasitəsi ilə göndərməliyik.Elektron göndərmək olmur.Tərcümeyi-hal yazıb bitirdikdən sonra müraciəti göndəri sıxaraq yenidən evvele qayıdır.Qərara aldım ki,Azərpoçt vasitəsi ilə göndərim.Növbəti sualımız isə Hansı ixtisası bitirənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul üçün sənədlərini verə bilərlər?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla və ya poçt vasitəsilə, işə qəbulla əlaqədar (rəsmi ərizə ilə) müraciət edə bilərsiniz. Ərizəyə əlavə olunan İlkin sənədlər: - tərcümeyi-hal; - şəxsiyyət vəsiqəsinin sürəti; - diplomun sürəti (təhsil haqqında sənəd); - hərbi biletin sürəti. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Cədvəldə sətir sayı :14891