Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əliağa Soruşur Yazılma Tarixi:09.02.2018 15:47:55

Salam. Bundan əvvəlki müraciətimdə cavab olaraq qeyd etdiniz ki, şəxsi işiniz 18.12.2017-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Bilmək istərdim, Xidmətin Mərkəzi hərbi həkim komissiyası xəstəliyim barədə qərarı qəbul edibmi? Əgər qəbul edilibsə xahiş edirəm xəstəliyim barədə məlumat verərdiniz hərbi xidmətə yararlıyam ya yox və rayon komissarlığı nə vaxt bu barədə məlumat verəcək?

Müəyyən olunmuşdur ki, 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Siz, Xidmətin İsmayıllı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə ET Travmatologiya və Ortopediya İnstitutuna müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin İsmayıllı rayon şöbəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Könül Soruşur Yazılma Tarixi:09.02.2018 11:23:30

16 yaşına catmış şəxsin şəxsiyyət vəsiqəsini dəyişmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş təhkim olunma haqqında şəhadətnamə tələb olunur. bu sənədi necə və hardan əldə etmək lazımdır?

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti;         2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.           İlkin qeydiyyata alınmış  çağırışçılara isə ilkin hərbi qeydiyyata alınma haqqında (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqənin verilməsi üçün Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olun.
Natiq Soruşur Yazılma Tarixi:08.02.2018 17:36:07

Salam men ehtiyatda olan herbiciyem xidmet ilim 5 il teskil edir herbi rutbem bas cavusdur ixtisasim Herbi Kimya Muhendis ixtisasi uzre Mutexesisem orta mekteblerin birinde herbi hazirliq muellimi isleye bileremi

Qeyd etdiyiniz məsələ ilə bağlı müvafiq rayon (şəhər) təhsil şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Hüseyn Soruşur Yazılma Tarixi:08.02.2018 16:18:53

Salam.men size 2-3 gün əvvəl də müraciət etmişdim.2014-cü ildə sol ağ ciyər exinakoka görə əməliyyat olmuşam.2017-ci ilin aprel ayinda əsgər getməliydim.vayankumatdan meni deqiq diaqnoz qoyulmasi üçün bakiya kamisiyaya göndərdi ağ ciyər xesdeliklər inistutuna.orda mənə diaqnoz qoyulduki kliniki sağalma.vayankumat məni 1 ildi oyana buyana gömdərir.özləridə yararlisan deyirlər gah deyirler iyulda gedeceysen iyul gelende oktiyabirda.yeni 1 ildi meni oyana buyana gönderirler.faktiki akt var kliniki sağalib deyə.özumdə ölkə xaricinə getməy isdiyirəm ama gedə bilmirəm.xahiş edirem bu meseleye son veresiz.ya meni aprelde aparsinlar ya da ki biletimi versinler uje bezmişəm.sizden etrafli araşdirma və cavab gözləyirəm.öncədən sağolun.mən ABDULLAYEV HÜSEYN YAŞAR OĞLU.15 MART 1999-CU İI.ZAQATALA RAYON VAYANKUMATİ.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün şəxsi işiniz 08.02.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Asif Soruşur Yazılma Tarixi:08.02.2018 14:45:33

Salam mən bilmək istəyirəm ki, mənim sağlamlıq sənədim Sabunçu xəstəxanasından sizə gəlib? Və sənədlərim Binəqədi Voenkomadına göndərilib. Xahiş edirəm məlumat verəsiniz.

Bildiririk ki, Sizin “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” 06.02.2018-ci il tarixdə Xidmətin Binəqədi rayon idarəsinə daxil olmuşdur.
Emin Soruşur Yazılma Tarixi:08.02.2018 12:41:13

Öyrənmək istəyirəmki, çağırışçıya 6 aylıq xəstəliklə bağlı möhlət nə qədər vaxta kimi(neçə dəfə) verilə bilər? Bu halın tamamlanması üçün nə lazımdır?

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 
Səbinə Soruşur Yazılma Tarixi:08.02.2018 11:08:37

Salam, aşağıdakı məsələ ilə bağlı zəhmət olmazsa bir məlumat verin. 20 iyun 2006-cı il təvəllüdlu Ağakişiyev Elgün Azər oğlu 2017-ci ildə imtahan vermiş və ali məktəbə daxil olmamış. Bu il yenidən ali məktəbə imtahan verəcək. Hazirlaşdıgı I-ci qrup üzrə qəbul imtahanın birinci mərhələsi mayın 20-də ,ikinci mərhələ iyulun 18-də keçiriləcəkdir. Birinci mərhələni keçdiyi halda hərbi xidmətə çağırışı ilə vəziyyət nece olacaq (bildiyimə görə 1-20 iyulda çağırış olur)? Öncədən təşəkkür edirəm.

Müraciətinizlə əlaqədar bildiririk ki, Ağakişiyev Elgün Azər oğlunun 2018-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etməyi barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Nadir Soruşur Yazılma Tarixi:07.02.2018 18:05:58

Əlizadə Ağababa Murtuz oğlu, 1995 təvəllüd, Nəsimi SXHÇDX rayon idarəsindən 2016-cı il iyul çağırışında hərbi xidmətə çağırılmışdır. Sağlamlıq vəziyyəti ilə əlaqədar müayinə göndərilmişdir. Bir sıra müayinə olub. Yastıpəncəlilik və ürəyində taxikardiya var. Yastıpəncə diaqnozu ilə hərbi xidmətə yararlı olduğunu bilir, ancaq taxikardiya ilə əlaqədar hərbi xidmətə yararlı-yararsız olduğunu bilmək istəyir. Rayon idarəsindən ona bu barədə məlumat verilməyib, yararlı-yararsız olduğunu araşdırıb, zəhmət olmasa bu barədə məlumatı qeyd edərdiz. Əvvəlcədən təşəkkürlər...

Məlum olmuşdur ki, 1995-ci il təvəllüdlü Əlizadə Ağababa Murtuz oğlu, 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Xidmətin Nəsimi rayon idarəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş, səhhəti ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmiş və nəticədə təyin olunmuş diaqnoza müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir. Barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, A.M.Əlizadənin şəxsi işi 07.02.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Şəhadətləndirilmə nəticəsində A.M.Əlizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir.
Yaqub Soruşur Yazılma Tarixi:07.02.2018 14:46:53

Məzunam keçən il qəbul imtahanlarında 464 bal toplamışam ancaq istədiyim universtitetə qəbul ola bilmədiyim üçün bu ilki qəbul imtahanlarındada iştirak etmək istəyirəm bu ilin iyun ayında 18 yaşım tamam olur bilmək istiyərdimki bu ilin qəbul imtahanlarında iştiral etmək üçün möhlət ala bilərəmmi və bunun üçün nə etməliyəm

Müraciətinizlə əlaqədar bildiririk ki,  2018-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Günel Soruşur Yazılma Tarixi:06.02.2018 18:46:03

Salam.Men Seferberlik ve Herbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işe qebul olmaq ücun kecirilen musabiqe ile bağlı etraflı melumatı hardan elde ede bilerem?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz haqqında ətraflı məlumat təqdim etdikdən sonra barənizdə müvafiq qərar qəbul oluna bilər. Nəzərinizə çatdırırıq ki, işə qəbulla bağlı müraciət edən vətəndaşların test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. İşə qəbulla bağlı müraciət etmiş vətəndaşlar Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir.
Cədvəldə sətir sayı :14891