Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İZZƏT Soruşur Yazılma Tarixi:25.02.2018 15:54:45

Salam.Menim sol boyreyimde 3mm kista var ve reyno xesteliyine gore pensiya aliram ve 3-4 ildiki reyno xesteliyi tesirin gosdermir.Men bilmek istiyiremki vayonkamat hekimlerinden kecsem xestelik cixmasa esger apara bilerler.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Hüseyn Soruşur Yazılma Tarixi:24.02.2018 13:39:29

Salam aleykum.men Abdullayev Hüseyn Yaşar oğlu 15.03.1999 tevelud Zaqatala rayon kamisarligi.men 2014cu ilde exinakoka gore emeliyat olmusam.2017ci il aprelde vayankumata tibbi yoxlaniwdan kecdim ordan bakiya kamisiyaya ag ciyer inistutuna gonderdiler ordan mene Kliniki Sagalib diaqnoz qoyuldu.vayankumatda mene gah aprelde gedeceysen aprel gelende iyul iyul gelende oktyabirda deye deye duz 1 ildi meni saxlayiblar.ozleride sagalmisan deyirler kliniki sagalma diaqnozda qoyulub bilmirem vaya kumat neyi gozleyir.eyer saglamamsa meni vaxdinda aparsinlar uje 1 ildi gecikmiwem eyer yararsizamsa biletimi versinler.xarice gedmey isdeyirem ama gede bilmirem.uje 1 ildi qalmiwam vayankumatdanda bir xeber yoxdu xahiw edirem arasdirasiz bu meseleni ve mene cavab yazasiz.menim bu iwimi yola qoyun ya aparsinlar yadaki biletimi versinler.sagolun

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Zaqatala rayon şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına 08.02.2018-ci il tarixdə təqdim olunmusuz. Müayinənin nəticəsi ("Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı") Xidmətin Zaqatala rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Tural Soruşur Yazılma Tarixi:24.02.2018 12:52:50

Salam. Mən dəfələrlə müraciət etmişəm isə qəbul qaydası haqqında sizin ünvana. Lakin tam doğru məlumat almamışam. Mən 06. 02. 2017 ci il tarixdə yalnız müsabiqə də zəif nəticə göstərmisən .Xidmət rəisi cənab general leytenant Arzu Rəhimov bildirdi ki ən azı bir il sonra yenidən sənədləri təqdim edə bilərsən. Mən sənədlərimi nə vaxt təqdim edə bilərəm iş ilə bağlı. Qeyd edim ki ehtiyatda olan zabitəm. Xahiş edirəm ətraflı cavablandırın

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, 01.02.2017-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Səfər Soruşur Yazılma Tarixi:24.02.2018 07:22:01

Mene verilen hekimle bagli gonderishlere getmeyiremse eks halda nd bash vere biler?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Həmin Qanununun 53-cü maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Fuad Soruşur Yazılma Tarixi:24.02.2018 00:02:53

Salam mən 23.04.2015 ci ildə ehtiyata keçirilmişəm. Hərbi biletimdə qeyri nizami xidmətə yararli yazilib , 23.04.2018 ində hərbi biletimin vaxti qurtarır. 4.5 gün əvvəl voenkomatdan zəng ediblər evdə olmamışam. Nizami rayonu voenkomatinin nömrəsini öyrənmək isdəyirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin portalında "sual-cavab" bölümünə göndərdiyiniz müraciətə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi Bakı şəhəri, Nizami rayonu, Əliağa kürçaylı küçəsi, 6 ünvanında yerləşir. Əlaqə nömrəsi: (012) 374-85-08
Adil Soruşur Yazılma Tarixi:24.02.2018 00:01:38

Salam. Öd daşı xəstəliyinə görə əməliyyat olunmuş və öd kisəsi çıxarılmış şəxs hərbi xidmətə cəlb edilə bilərmi? Ətraflı cavablandırsanız minnətdar olaram.

Çağırışçıların “Öd kisəsinin çıxarılmasından sonrakı vəziyyət” diaqnozu ilə tibbi şəhadətləndirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı çıxarılır.
Natiq Soruşur Yazılma Tarixi:23.02.2018 13:18:45

Sureti Mudafiye Nazirliyine . Men Ehtiyatda olan herbiciyem Genclerin Vetene olan sevgisinin artirilmasi mesediye genclerin orduya maragini artirmaq herbi mekteblere onlara istiqamet vermek onlarla mutamadi gorusler kecirmek sagirdlerle ve genclerle dovleciliyimizin yaranmasi milli qehramanlarimizin heyat ve doyus yolu haqqinda mutamadi intelektua oyunlar kecirmek meqsediyle isteyiremki rayonumuzda GENCLERIN VETEN PERVERLIK KULUBUN -nu yaradilmasinda mene menevi desteyinizi ve komekliyinizi edesiniz evelceden size tesekurumu bildirirem

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq kütləvi ictimai tədbirlər təşkil edilir.           Qeyd edirik ki, Xidmət tərəfindən gənclərin vətənpərvərlik klubunun yaradılması nəzərdə tutulmur.  
Hüseyn Soruşur Yazılma Tarixi:23.02.2018 12:03:08

Birdaha salam yeniki bele bir xesteliyi nece deyisdire bilerem esgerliye getmekden otru yeniki bele bir herbi biletnen iwe goturmuller yeniki problem coxdu

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, hərbi vəzifəlilərin hərbi xidmətə yararlılıq dərəcəsi «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə uyğun olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Mövcud qanunvericiliyin tələblərinə əsasən çağırış komissiyasının qərarı ilə razılaşmayan vətəndaşlar, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilə bilərlər. Bu səbəbdən hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti struktur bölməsinə müraciət etməyiniz məqsədəuyğundur.
Hüseyn Soruşur Yazılma Tarixi:23.02.2018 11:30:03

Salam men 26.11.1990 ci ilde anadan olmusam menim vayenni biletimde 14b xestelik yazilib indi hal hazirda mende bele bir problem yoxdu esgerliye getmek isteyirem nece eliye bileremki esgerliye gedim xahis edirem bu barede mene komek edin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Valeh Soruşur Yazılma Tarixi:23.02.2018 11:08:00

Salam.Mən 1994-cüilin yanvar ayından 1997-ci ilin oktyabr ayınadək (3 il 10 ay) hərbi xidmətdə olmuşam.Ordubad-Meqri istiqamətində döyüşlərdə iştirak etmişəm.Bilmək istəyirəm mənə müharibə veteranlığı verilə bilərmi.Xahiş edirəm geniş cavab verəsiniz.Qabaqcadan təşəkkür edirəm.

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri (o cümlədən, onun dublikatı), vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891