Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fərhad Soruşur Yazılma Tarixi:14.03.2018 17:07:28

Salam mənim 30 yaşım var. 2005 ci ildən 2007 ci ilədək Azərbaycan Respublikası Silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişəm 2013 ci ilin sentyabr ayından isə dövlət sərhəd xidmətində Baş çavuş rütbəsində gizir vəzifəsində işləmişəm . və 2017 ci ilin may ayında müqaviləm bitib və öz istəyimlə silahlı qüvvələrin ehtiyatına buraxılmışam. mən necə Azərbaycan Respublikası SHXÇDX necə işə qəbul ola bilərəm? xaiş edirəm bu barədə məlumat verəsiniz?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, tərəfinizdən əvvəllər daxil olmuş müraciətinizə 13.03.2018-ci il tarixli məktubla elektron ünvanınıza eyni məzmunlu cavab verilmişdir.
Elmar Soruşur Yazılma Tarixi:14.03.2018 11:31:25

Salam. Men elektron xidmetde SHXÇDX-yə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu bolmesinde qeydiyyatdan kece bilmirem. Yazilir kk merkezi serverle elaqe qurulmadi. Men nece qeydiyyatdan kece bilerem. Ve ise gebul ucun imtahanda hansi nov suallar olacaq. Tessekkur edirem.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla və ya poçt vasitəsilə, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Hüseyn Soruşur Yazılma Tarixi:13.03.2018 23:01:48

Salam sizden xahis edirem meni Qaradag Rayonu Lokbatan Qesebesi Herbi komissarligi sizin qerarinizla bir daha tibbi muayineye gondersinler cox xahis edirem men saglamam esgerliye getmek isteyirem

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
babək Soruşur Yazılma Tarixi:12.03.2018 15:17:55

Salam men 2010 aprelde herbiye cagrilmisam 15 ay xidmet etmisem 3ayda sehetimle bagli qosbitalda olmusam sora vayenji biletimi yararsiz veribler 5il erzinde mualice aldim sora meni vayonkomatdan bakiya ag ciyer inistutna kamisyaya gonderdiler xesdexanadan muayineden kecdim hec bir xesdeliyim olmadi saglamliga dair senet verdiler ama rayon vayonkamati mene yenede saglamlik bileti vermedi men nece ede bileremki saglamik vayenni bilet alim

Portala daxil olan müraciətinizlə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, hərbi xidmət dövründə «Xəstəliklər cədvəli»nin 3 «b» və 1«a» maddələri ilə «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək 19.11.2011-ci il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxılmısınız. 13.10.2016-cı il tarixdə Xidmətin Qazax rayon şöbəsi tərəfindən hər iki diaqnoz üzrə müayinə olunmaq üçün aidiyyəti dövlət tibb müəssisələrinə göndərilmisiniz. Tibbi  müayinələrin nəticələrinə əsasən əvvəllər Sizə təyin edilmiş diaqnozlar təsdiq olunmuş və hərbi biletinizdə müvafiq qeydlər aparılmışdır.
Fərhad Soruşur Yazılma Tarixi:12.03.2018 14:15:00

Salam.2017ci ilin mezunuyam. Iyunun7 18 yasim olacaq. Bilmek isterdim ki. Men bu il universitete sened vere bilerem.

Bildiririk ki, çağırışçılar sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüququna malik olduqları halda müvafiq  arayışlarla təmin edilirlər. 
Pənah Soruşur Yazılma Tarixi:12.03.2018 12:37:01

Salam. Zəhmət olmasa deyin, 2-ci qrup Qarabağ müharibəsi əlilinin yeganə evladı,(ali təhsilli) müddətli həqiqi hərbi xidmətə çağıralan zaman hansı güzəştlərə malikdir? Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, valideynlərindən biri 2-ci qrup əlil olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə göndərilən zaman hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən verilir.
İlkanə Soruşur Yazılma Tarixi:11.03.2018 23:05:59

Salam men isle bagli size muraciet etmek isteyirem.Lakin birinci merhelede server merkezle baglanti qurula bilmir yazilir.Defelerle tekrar yazdim,amma alinmadi.Niye bele olur? Nese sehv bir sey mi edirem?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Cahandar Soruşur Yazılma Tarixi:10.03.2018 16:08:36

Herbi cagirisa gecikmeye gore cerime var ? Meselen cagiris iyulda gelib amma hemin adam xaricde olduguna gore avqustda Azerbaycana qayidib ve oktyabr cagirisinda burda olub

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Rauf Soruşur Yazılma Tarixi:10.03.2018 11:57:29

Salam bilmək istəyirəmki,SHXÇDX-nin Tərtər rayon şöbəsində vakansiyalar nə vaxt gələcək?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, istəyinizdən aslı olaraq müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra namizədliyinizə baxıla bilər.
Hüseyn Soruşur Yazılma Tarixi:09.03.2018 23:24:32

Salam xahis edirem sizin qerarinizla meni Qaradag Rayon herbi komisarligi bir daha tibbi muayineye yoxlanisa gondersinler cox xahis edirem mene komek edin

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Cədvəldə sətir sayı :14891