Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əlisahib Soruşur Yazılma Tarixi:04.03.2018 21:41:15

Müddətli həqiqi hərbi xidmətdə baş çavuş rütbəli hərbi qulluqçu hərbi xidmət bitdikdən sonra nə qədər müddət həqiqi hərbi xidmət keçmək lazımdır ki Gizir rütbəsi alsın

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu  ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 54-cü maddəsinə əsasən, “gizir” və “miçman” hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin “a” – “q” və “e” bəndlərinə müvafiq olaraq gizir və miçmanların  həqiqi hərbi xidmətinə qəbul edilən ali təhsilli şəxslərə “gizir”, “miçman”, “baş gizir”, “baş miçman” rütbələri nəzərdə tutulmuş vəzifələrə  təyin olunmuş, növbəti hərbi rütbə verilməsinə layiq olan kiçik gizir və kiçik miçmanlara verilir. Həmin Əsasnamənin 38-ci maddəsinə əsasən, gizirlərin və miçmanların tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:  a) müvafiq hərbi ixtisas hazırlığının profilinə yaxın olan ali və ya orta ixtisas təhsilli müddətli (müddətli həqiqi hərbi xidmətdə bir ildən  az olmayaraq xidmət etmiş) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;  b) orta ixtisas təhsilli təhsil müəssisəsinin proqramı üzrə texniklər məktəbini bitirmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;   v) gizir və miçman məktəblərini bitirmiş müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;  q) müvafiq hərbi ixtisas hazırlığının profilinə yaxın olan ali və ya orta ixtisas təhsilli ehtiyatda olan əsgər, matros və çavuşlarla;  d) ehtiyatda olan gizirlərlə və miçmanlarla;  e) müvafiq xüsusi hazırlıqlı hərbi uçotda olmayan, ali və ya tam orta təhsilli qadınlarla. Həmin Əsasnamənin 45-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların “çavuş” hərbi rütbəsində (“kiçik çavuş”, “çavuş” və “baş çavuş”) olma müddəti 6 (altı) ay müəyyən edilmişdir.
Ceyhun Soruşur Yazılma Tarixi:04.03.2018 11:41:02

Salam SHXÇDX-ə işə qəbul imtahani nə vaxt olacaq?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 02.02.2018-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
HASiL Soruşur Yazılma Tarixi:04.03.2018 11:21:06

salam men kecen il qebul imtahanindan kesilmisem indi yeniden hazirlasiram. Men qebul imtahanina senet verende vaynkamat mene icaze vermelidir. Bu duzdur

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Elməddin Soruşur Yazılma Tarixi:03.03.2018 22:10:54

Salam, Daha önce doktoranturada tehsilimi davam etdirmek ucun imtahanda istirak etmek ucun mohletin verilmesi barede yazdigim sorguya cavabinizda, imtahanda istirak etmekle bagli her hansi senedi xidmetin qeydiyyatda oldugunuz sobeye teqdim etdikden sonra qerar qebul edile biler. Sualim ondan ibaretdir ki, qeyd etdiyiniz her hansi senedi haradan elden etmeliyem? Sened vereceyim universitetdenmi , ve ya tehsil nazirliyindenmi. Yoxsa nece? Zehmet olmasa etrafli cavablandirardiz.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Aysel Soruşur Yazılma Tarixi:03.03.2018 18:24:01

Salam,mən işlə bağlı sizin ünvanınıza məktub yollamışam,mənə nə vaxt cavab veriləcəyi haqqında məlumat almaq istəyirəm.

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız ərizəyə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
KƏNAN Soruşur Yazılma Tarixi:03.03.2018 14:24:46

salam B kateqorisinde olan sexs herbi xidmete gedir getmir?zehmet olmasa cavablandirardiniz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın B kateqoriyasına aid olan çağırışçılar “sıradankənar hərbi xidmətə yararlı”dır hesab edilirlər.        Bildiririk ki, sağlamlıq vəziyyəti ilə əlaqədar sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş çağırışçılar hava-desant qoşunları, üzən heyətlər, dəniz piyadası və xüsusi təyinatlı dəstələr istisna olmaqla digər qoşunlarda hərbi xidmət keçməyə yararlıdırlar.        Həmin çağırışçılar qeyd olunan qoşun növlərində arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə xidmətdə olduqları hərbi hissə komandanlığı tərəfindən təyin edilə bilərlər.
Hüseyn Soruşur Yazılma Tarixi:03.03.2018 13:00:40

Tevelludum 26.11.1990 doguldugum yer Qaradag rayonu Lokbatan Qesebesi

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Qaradağ rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
Hüseyn Soruşur Yazılma Tarixi:03.03.2018 12:55:45

Salam tevelludum 26.11.1990 bes men nece eliye bilerem ya esgerliye gedim yada herbi biletdeki evveller mueyyen edilmis diaqnoz deyisilsin indi hal hazirdada hec bir problemim yoxdu men kime muraciyyet edim? Cox xahis edirem komek edin

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Qaradağ rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
Hüseyn Soruşur Yazılma Tarixi:03.03.2018 12:30:04

Salam. Mənə möhlət verildiyi haqda sizə yazmışdım. Əgər mən ərizə yazıb könüllü olaraq hərbiyə getmək istədiyimi bildirsəm, ərizəmi qəbul edərlər?, əgər qəbul olunmasa ərizəm məni müalicə etmelidirler.?

Bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
GÜLNAR Soruşur Yazılma Tarixi:02.03.2018 21:33:59

Salam.Öd kisəsinin tərkibi qatlaşmış bir ədəd 0,5mm ölçüdə polipoz dənəcik olan ve xolidox N olan şəxs hərbi xidmətə cəlb oluna bilərmi?

Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildirirk ki, “Xoşxassəli yenitörəmələr: funksiyaların mülayim və ya cüzi dərəcədə pozulması ilə” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Cədvəldə sətir sayı :14891