Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hikmət Soruşur Yazılma Tarixi:23.03.2018 00:12:30

Bes bir soz sorushum sizden , yanvar ayinin atprafkasinda ayin 12 sinden internetde yanvar chagirisji elani goyulmushdu , amma aprel chagirisji elani chixmayib , helede yanvardi , ozude yanvarda 29 u zad chixmishdi , bidene melumat verin mende ayin birine chagiriblar , eqer 31 i bilinse hara dushduyum 1 i qede bilecem bes?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elçin Soruşur Yazılma Tarixi:22.03.2018 18:57:34

Salam men aprelin 2si esger gedirem.Hara duweceyim haqqinda melumatim yoxdu.zehmet olmasa bu haqda melumat vererdiz.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Mehdi Soruşur Yazılma Tarixi:21.03.2018 23:48:04

Salam. Mənim bibim oğlu Sadıqlı Rəmzi Məhəmməd oğlu, Azərbaycan respublikası Kürdənir rayon hərbi komisarlıqından 2018-ci il aprel çağrışçısıdır. Sadıqlı Rəmzi Məhəmməd (Kürdəmir rayonu Muğanlı kəndi) oğlunun hansı hərbi hissədə müddətli qulluq edəcəyini necə barədə necə məlumat ala bilərik?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rafiq Soruşur Yazılma Tarixi:21.03.2018 16:21:39

Salam xahis edirem cavablandirin men 1992 ci ilde 741 herbi xidmetde olmusam bizi hemin castdan qaravagda geden doyuslerde agdama apardilar men orda xestekendim meni qospitala getirdiler 8 ay qospitalda yatdim sonra meni texris etdiler indi hal hazirda gemin xestelikden eziyyet cekirem 3 ovladim var isci vuvvemi itirmisem ag ciyerim ureyimi de siradan cixartdi 2 qurup elilem amma umumi 55 m pensiya aliram mudafie nazirliyine mektubla muraciet etdim imtiba geldiki 92 arxivi bizde yoxdu qaravagda canimi qoymusam bilmek isreyurem gedib arxivden hemin illerdeki qaravagda oldugum haqsa kagizimi getirsem mene qarabag elilliyime gore baxilacaq?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, keçmiş hərbi qulluqçunun hərbi xidmət dövründə aldığı xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinə baxılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid deyil. Belə ki, əlillik qrupları, əlilliyin səbəbləri, habelə onların başvermə müddətinin müəyyən edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri daxilindədir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur.
Ruslan Soruşur Yazılma Tarixi:21.03.2018 11:53:08

Salam bayraminiz mubarek,xaiw edirem menim qayinim Aybullayev Nurlan Azer oglu 10.02.2000 Il Qusar Duztahir kendinde anadan olub heqiqi herbi xidmete gedir aprelda Hara duwubse bilmek isteyirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:18.03.2018 14:47:10

Salam Qəbələ rayonu üzürə hərbi çağırışa hara düşdüyümü öyrənmək isdəyirdim və yaxud necə öyrənə bilərəm çox sağ olun.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Zakir Soruşur Yazılma Tarixi:16.03.2018 16:47:22

Salam men aprelin 2-si esger gedirem 9100-a mesaj gonderdim helede cavab gelmiyib

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Amil Soruşur Yazılma Tarixi:15.03.2018 22:59:01

Salam. Hərbi xidmətə çağırış üçün çəki və boy limiti var?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Adil Soruşur Yazılma Tarixi:15.03.2018 01:19:31

Salam. Universitetde oxuyaram sonuncu kursam iyul de esger getmeliyem . May ayinda olkeden cixa bilerem ? Xarici olkeye getmeye icaze var ?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Hikmət Soruşur Yazılma Tarixi:14.03.2018 22:03:26

Salam Aleykum , Men yanvar ayinin 9 u qedmeliydim , sadece meni chox yere qonderdiler saglamig qec qeldi deye yanvarda galdim , amma indi her sheyim hazirdi saglamam , aprelin 1 i qedirem inshAllah , hara dushduyum barede melumat ne vaxt chixacag zehmet olmasa deyerdizde

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə  - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. 
Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar. 
Cədvəldə sətir sayı :14891