Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəhman Soruşur Yazılma Tarixi:29.03.2018 13:03:02

Salam men aprelin 23 herbiye gedecem 9100 dan mene sadece xidmet edeceyim Qosun novu yazilib Serhed qosunlari men indi hansi cast oldugunu hardan oyrene bilerem? Bakida qaldigim ucun rayona gedenmirem

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Kərim Soruşur Yazılma Tarixi:29.03.2018 09:18:49

Salam mən aprel çağırışçısıyam.Çağırış vərəqəsində aprelin 2 si yazılıb. Hərbi xidmətə 2 si gedəcəm,yoxsa vaxt verilir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Kərəm Soruşur Yazılma Tarixi:29.03.2018 00:24:41

Salam . Öd kisəsində polip var. Hərbi xidmətə yararlı sayılıram ? Əgər olmazsa, ərizə yazsam könüllü hərbi xidmətə gedə bilərəm ?

“Həzm orqanlarının qidalanma pozulması ilə müşayiət olunmayan xoşxassəli yenitörəmələri” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Faiq Soruşur Yazılma Tarixi:28.03.2018 21:30:00

Oğlum orta məktəbi 2017-ci ildə bitirmişdir. Ali məktəbə qəbul ola bilmədi. Bu il May ayında keçirilən qəbul imtahanında iştirak edə bilərmi? Iyunun 10-da 18 yaşı tamam olacaq.

Bildiririk  ki, 2017-ci ilin məzunu olan çağıış yaşlı vətəndaşlar də Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə növbəti ildə keçiriləcək qəbul imtahanlarında  sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Aqşin Soruşur Yazılma Tarixi:28.03.2018 19:55:29

Polis baş leytenantıyam. Öz ərizəmlə DİO-dan xaric olunmuşam. 28 yaşım var hərbi xidmətə çağrılıram. Hərbidə zabit kimi xidmət edəcəm yoxsa siravi əsgər kimi?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 23.09.2014-cü il tarixli müvafiq nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hərbi kafedralar yaradılmışdır. Akademiya tərəfindən təsdiq edilmiş hərbi fənlər üzrə tədris proqramını tam bitirən kursantlara 2018-ci ildən başlayaraq ilkin zabit hərbi rütbələrinin verilməsi nəzərdə tutulur.            Əlavə olaraq qeyd edirik ki, 2018-ci ilədək  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasından məzun olmuş və daxili işlər orqanlarından qulluqdan (xidmətdən) xaric edilmiş 35 yaşınadək şəxslər çağırışçı kimi qeydiyyata alınır və qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmələri üçün çağırışa cəlb edilirlər.                                                                                                 Eyni zamanda nəzərinizə çatdırırıq ki, çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır.
Qurban Soruşur Yazılma Tarixi:28.03.2018 13:55:51

Bağıslıyın narahat edirem . Men Mn-999 sayili herbi hisseye egerliye cagrilmisam . Harda oldugunu deye bilesiz

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Əli Soruşur Yazılma Tarixi:27.03.2018 22:35:49

Salam, mənim ayağımın altı 2ci dərəcəli düzdür, onurğa sütunumda əyrilik var, gözüm zəifdir (dərəcəsini bilmirəm) əlavə olarağ bu problemləri mənə yoxlanışda demişdilər. Birdə evin tək uşağıyam və atam yoxdu. Mən hərbiyə yararlıyam?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.           Əlavə olaraq qeyd edirik ki, ailənin tək övladları həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar və xidmətə göndərilən zaman onlara hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Əliyusif Soruşur Yazılma Tarixi:27.03.2018 22:25:07

Herbi xidmete haraya dusduyumu bilmek isteyirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Babək Soruşur Yazılma Tarixi:27.03.2018 21:26:33

Salam. İtirilmiş hərbi bilet haqqında hara müraciət etmək lazımdı? Hərbi bileti itirdikdə hansı məsuliyyətə cəlb olunursan və neçə müddətə hərbi bileti bərpa eləmək mümkündür

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, hərbi bilet qəsdən korlandıqda və ya etinasız saxlanılması nəticəsində itirildikdə, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin struktur bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin itirilmə və ya korlanma şəraitinin yoxlanılması və hərbi biletin dublikatı verilməsinə əsas verən sənədlərin toplanılması müddətinə hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə Xidmətin Goranboy rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Hüseyn Soruşur Yazılma Tarixi:27.03.2018 18:43:59

Salam mehkeme yoluyla hell ede bilerem birde mudafiye nazirliyine gedib meslehet ala bilerem ya sikayet ede bilerem?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Həmin əsasnamənin 1.9-cu maddəsinə əsasən, vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. 07.20.2018-ci il tarixdə təkrar tibbi müayinədən keçirilərək 07.02.2021-ci il tarixədək sağlamlığınızla bağlı sizə möhlət verilmişdir. Müayinədən narazı qaldıqda məhkəməyə müraciət edə bilərsiz.
Cədvəldə sətir sayı :14891