Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yaşar Soruşur Yazılma Tarixi:09.04.2018 15:04:56

Salam.Döş qəfəsi deformasiyasi diaqnozu qoyulan biri hərbi xidmətə yararlidirmi?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 64-70-ci maddələrinin I qrafasının tələblərinə əsasən aparılır.
Rəvan Soruşur Yazılma Tarixi:08.04.2018 21:00:45

Salam. Hansi herbi hissede, hansi rayonda qullug edeceymi bilmirem. Sms vasitesi ile bilmek olur deyirler. Indiden bilen usaqlarda var. Bes men nece edim?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Elnur Soruşur Yazılma Tarixi:07.04.2018 16:44:03

Salam. 09.04.2011-ci ildə Suraxanı RHK tərəfindən həqiqi hərbi xidmətə göndərilmişəm. Həmin ilin fevral ayında isə Suraxanı RHK tərəfindən dırnaq arası TİBBİ Müayinədən keçmişəm və mənə yararlı olduğumu bildirib hərbi xidmətə göndərilmişəm.18 ay hərbi qulldan sonra 02.10.2012-ci ildə n sayli hərbi hissədən təxris olmuşam. 2016-ci iln dekabr ayında DSX-ya Azərbaycan Ordusu sıralarinda Vətənə xidmət etmək üçün müraciət etmişəm. 2017-ci ilin mart ayında DSX tərəfindən baş idarəyə çağrılmış ve hemin ilin aprel ayında Tibbi Müayinəyə göndərilmişəm. 11.04.2017-ci il tarixində USM müayinəsindən keçərkən sol böyrəyimdə 4sm (40mm) genişlənmə aşkar olunmuş və hərbi xidmətə yararsız olduğumu bildirmişdirlər. Həkim rəyinə görə mən xidmətə yararsız olduğum üçün hərbi xidmətə göndərilməməli idim. Çünki, bu xəstəlik (böyrək genişlənməsi-Hidronefroz Grade III) sonradan qazanılmış deyil anadangəlmə böyrək genişlənməsidir. Əmin olmaq üçün Modern Hospital USM-dən ve daha dəqiqləşdirmək üçün Bakı Sağlamlıq Mərkəzində Kompyuter Tomoqrafiyasından (KT) keçmişəm. Hər iki klinikadada oxşar nəticələr (böyrək genişlənməsi) aşkar olunmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mənim hüquqlarim pozulmuş və məsuliyyətsiz davranaraq məni yararsız olduğum halda hərbi xidmətə göndərən Suraxanı RHK tərəfindən mənə dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm. Xahiş edirəm ki, bu məsələnin həllində mənə köməklik göstərəsiniz.

Sizin vaxtından əvvəl tərxis olunmağınıza səbəb “Ümumi xəstəlikdir” (şəhadətləndirilən şəxsdə xəstəlik onun hərbi xidmətə çağırılmasına qədər yaranmışdır) olduğundan, Sizə sığorta ödənişinin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlara daxili orqanların ultrasəs müayinəsinin aparılması (məcburi) nəzərdə tutulmamışdır. Böyrəklərin inkişaf qüsurunun aşkarlanması yalnız daxili orqanlarının ultrasəs müayinəsi zamanı mümkündür.
Kərəm Soruşur Yazılma Tarixi:06.04.2018 11:54:03

Salam. Öd kisəsinde polip var. (Ölçüsü 1,6mm) Ərizə yazsam könüllü əsgərliyə gedə bilərərm?

“Həzm orqanlarının qidalanma pozulması ilə müşayiət olunmayan xoşxassəli yenitörəmələri” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Türman Soruşur Yazılma Tarixi:06.04.2018 03:05:54

Salam hərbi xidmətdən sonra müddətdən artıq xidmət etmək üçün sənədləri nə vaxt hazırlamalıyam?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Həmin Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçmələri qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd, Xüsusi Dövlət Mühafizə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətləri tərəfindən müəyyən edilir. Odur ki, qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur.
Aqşin Soruşur Yazılma Tarixi:06.04.2018 02:32:53

Polis akademiyasında 5 il ərzində hərbi rejimdə təhsil almışam. 40 gün N saylı hərbi hissədə qarantində olmuşam. 2018ci ildə polisdən baş leytinant rütbəsi ilə çıxmışam. Niyə orduda zabit kimi xidmət edə bilmərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılmışdır. Akademiya tərəfindən təsdiq edilmiş hərbi fənlər üzrə tədris proqramını tam bitirən kursantlara 2018-ci ildən başlayaraq ilkin zabit hərbi rütbələrinin verilməsi nəzərdə tutulur. 2018-ci ilə qədər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almış müdavimlərin xidməti həqiqi hərbi xidmət hesab edilmir. Qeyd olunan kateqoriyadan olan, müxtəlif səbəblərdən orqanlarda qulluqdan (xidmətdən) azad edilmiş 35 yaşınadək olan xüsusi rütbəli şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçıların hərbi qeydiyyatına alınaraq növbəti çağırış keçirilərkən müddətli həqiqi hərbi xidmətə çağırılmalıdırlar.
Hüseyn Soruşur Yazılma Tarixi:05.04.2018 18:27:19

Salam 2 aya 3 aya yeniden herbi komissarliga gedib tekrar muayineye gondere bilerler? Sizin qerarinizla? Men saglamam hec bir sikayetimde yoxdu mehkemeye istemiremde verim

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Səfər Soruşur Yazılma Tarixi:05.04.2018 15:41:31

Salam.Əgər bir çağırışçı hərbi hissəyə yola düşən gündən 2 gün qabaq su çiçəyi xəstəliyinə tutulubsa nə baş verir?

Çağırışçıda “Su çiçəyi” xəstəliyi aşkar olunduğu zaman mütləq tibb müəssisəsində həkim-mütəxəssis tərəfindən təsdiqini tapmalıdır və müalicə olunması üçün 30 gün möhlət hüququ verilir.
Qafar Soruşur Yazılma Tarixi:04.04.2018 22:13:57

Salam. Mənim Veteran vəsiqəm yenilənməsi üçün 2017-ci ilin təxminən oktyabr, noyabr ayından Xocalı Hərbi Kamisarlığı tərəfindən götrülüb və Müdafiə Nazirliyinə göndərilib. Bilmək istəyirəm ki, mənim vəsiqəm hazirdır? Hazırdırsa haradan götürməliyəm.

Bildiririk ki, Xidmətin Xocalı rayon bölməsi tərəfindən barənizdə toplanmış və qərar qəbul edilməsi üçün təqdim edilən sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nda baxılmışdır. Təqdim olunan sənədlərdən məlum olur ki, Siz səhhətinizlə əlaqədar müddətli həqiqi hərbi xidmət keçməmisiniz (həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmisiniz) və döyüş əməliyyatlarında iştirakınızı təsdiq edən sənəd yoxdur. Bu səbəbdən komissiyanın müvafiq qərarına əsasən Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır.
Vüsal Soruşur Yazılma Tarixi:04.04.2018 20:51:24

salam.mən işə qəbulla bağlı sual vermək istəyirdim.təhsil haqqında sənədin və hərbi biletin sürətini ncə əlavə edə bilərəm elektron müraciətdə

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla və ya poçt vasitəsilə, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Sənədlərin elektron formatda göndərilməsi zamanı hərbi biletin surəti tələb olunmur, təhsil haqqında sənədi isə skaner aparatı vasitəsilə komputerə köçürüb portalın “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümündə müvafiq hissəyə yükləməyiniz tövsiyə olunur. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Cədvəldə sətir sayı :14891