Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qələmşah Soruşur Yazılma Tarixi:22.04.2018 02:18:51

Salam herbi xidmət üçün yoxlanış may ayının 5-i keçiriləcək.Mənim saglamlıgımda problemler var.Qəbul imtahanında iştirak etmək istəyirəm.Sənəd qəbulu isə aprel ayının 30 -u başa çatacaq.Mən özüm tez yoxlamadan çıxıb senedleri teqdim etsəm mənə möhlət verilə bilər imtahanda iştirak üçün??

Bildiririk  ki, çağıış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Qələmşah Soruşur Yazılma Tarixi:22.04.2018 02:11:11

Salam mənim döş nahiyəmdə deformasiya var, ayaqlarimin altida duzdur.Mən herbi xidmətə yararlı sayılıram???

Bildiririk  ki, çağıış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Qələmşah Soruşur Yazılma Tarixi:22.04.2018 01:51:34

Salam mənim sizi narahat etməyimin səbəbi mən ötən il qəbul imtahanında iştirak etmişəm.Lakin istədiyim nəticəni ala bilmədiyim üçün bu il yenidən sənəd vermək istədim.Lakin məndən möhlət istənildi.Qeyd esim ki mənim 18 yaşim iyun ayının 5-i tamam olacaq.Qəbul imtahanı isə may ayının 20-si keçiriləcək.İmtahan mənim 18 yaşım olmamış keçirilirsə niyə mənə bu imtahanda iştirak üçün möhlət verilmir?Xahiş edirəm mənə imtahanda iştirak üçün şans verəsiniz.

Bildiririk  ki, çağıış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Pərviz Soruşur Yazılma Tarixi:22.04.2018 01:41:56

İki dəfə hər iki böyrəklərində açıq əməliyyat edilmiş,mütəmadi olaraq kristalların sidik kanalları ilə tökülməsi müşahidə olunan çağırışçı hərbi xidmətə yararlıdırmı?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.  
Fuad Soruşur Yazılma Tarixi:22.04.2018 01:27:52

Salam men Veliyev Fuad Murad oglu 1998 ci il. Fuzuli rayonundan heqiqi herbi xidmete cagririlmisam harda xidmet edeceyimi bilmek isdeyirem. Zehmet olmasa cavablandirarsiz.

Bildiririk ki, çağırışçılar 23.04.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.            Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Anar Soruşur Yazılma Tarixi:21.04.2018 18:25:45

Salam.men universtete hazırlaşmışam qeydiyyatdan keçmek üçün Quba herbi kamisarlıqdan mene herbi möhlet vermirler 18 yaşım iyulun 26 tamam olur.bu nederecede doğru olduğunu yazardız

Bildiririk  ki, çağıış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Qüdrət Soruşur Yazılma Tarixi:21.04.2018 13:56:54

hansi herbi hisseye duwmusem

Bildiririk ki, çağırışçılar 23.04.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.            Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
ismət Soruşur Yazılma Tarixi:21.04.2018 12:25:10

Salam men gence dovlet universitetinin 4cu kursunda fizika muellimliyi ixtisası uzre tehsil aliram bilmek isteyiremki men muellimlerin ise qebulu imtahaninnan sora herbi xidmete gede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət yalnız bir dəfə verilir.
Zahir Soruşur Yazılma Tarixi:20.04.2018 22:55:36

Hansi herbi hisseye dusduyumu bilmey isdeyirem

Bildiririk ki, çağırışçılar 23.04.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.            Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Hüseyn Soruşur Yazılma Tarixi:20.04.2018 21:04:33

Birdaha salam yeniki o xesteliy mende yoxdu axi ozbasdarinnan yaziblar evvelki xesteliyi herbi biletde gorub tezeden hemin xesteliyi yaziblar bu nece ola biler deqiq yoxlamayiblarki meni men gedim 2 saylida birdefede tibbi muayineden kece bilmerem?

 Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur. Bununla belə, ərizənizdə göstərilən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14891