Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ismət Soruşur Yazılma Tarixi:20.04.2018 15:34:32

Salam gdu da fizika muellimliyi ixtisasi uzre tehsil aliram 4cu kursdayam.bilmek isteyiremki herbi xidmete muellimlerin ise qebulu imtahanninnan sora gede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət yalnız bir dəfə verilir.
Qurban Soruşur Yazılma Tarixi:20.04.2018 14:23:39

Salam. men iyulda xidmete gedecem bilmek isteyirdim ki? yoxlanisa ne vaxt cagiracaqlar bide bilmek isteyerdim xarici pasport duzeltdire bilerem zehmet cavablandirardiz sevinerem tewekkurler

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2018-ci il tarixdə başa çatdırılır.    
Zahid Soruşur Yazılma Tarixi:20.04.2018 12:38:44

Salam. Ayag barmağında dirnaq çürükduse ve defelernen çıxarılıb ve mualice edilib ama sagalmiyib ve buna gore 2 il herbi komisarlix saxlayib.indi ise yene barmaglar çürükdü ve buna bu sefer baxmayaraq herbi xidmete yollayir Gəncə şəhəri kəpəz rayon şöbəsi.Bu meseleye bir aydinliq getirerdiz zehmet olmasa.bu insan yararlidi yoxsa yararsiz?

“Ayağın digər deformasiyaları: funksiyaların cüzi dərəcədə pozulması ilə” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Təbriz Soruşur Yazılma Tarixi:20.04.2018 11:42:50

Məndə Hepatit C varıydısa məni niyə hərbi xidmətə aparıb mənə 9 ay yalannan zülüm veriblər? Mən sığorta istəmirəm, məni mənəvi təzminat marağlandırır. Mənim 9 ay qanunsuz hərbidə olduğumun məsuliyətini kim daşıyıb mənim əzyətimin təzimatını ödəməlidir? Mənim üz siniri nevritim hələdə müalicə olmuyub. Xahiş edirəm aydınlaşdırın.

Sizin vaxtından əvvəl tərxis olunmağınıza səbəb “Xroniki C virus hepatiti, sarılıqsız forma, subklinik gedişli. Ümumi xəstəlikdir” (şəhadətləndirilən şəxsdə xəstəlik onun hərbi xidmətə çağırılmasına qədər yaranmışdır) olduğundan Sizə sığorta ödənişinin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlara qanda infeksiyaların və biokimyəvi analizlərin aparılması (məcburi) nəzərdə tutulmamışdır. Hepatit C virusunun subklinik formasının yalnız qanda İFA (imunnoferment analiz) üsulu ilə anti-HCV və ya qaraciyər sinaqların aşkarlanması ilə mümkündür. Əlavə olaraq bildiririk ki, vətəndaş hərbi həkim komissiyasının onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin orqanının yuxarı hərbi həkim komissiyasına və ya məhkəməyə şikayət verə bilər.
Taleh Soruşur Yazılma Tarixi:19.04.2018 20:28:13

Salam. Mene aprelin 23 ne cagiris vereqesi gelib. Menim saglamligimla bagli problemim var. Saytda hansi casta dusduyumu bilmekcun cedveli doldururam yazilir ki bele bir cagirirsci yoxdu. Bu barede zehmet olmasa melumat vererdiz

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Arazxan Soruşur Yazılma Tarixi:19.04.2018 18:54:32

Men hal hazirda kollec oxuyuram iyulda heqiqi herbi xidmete çagirilacam 06.03.1998 teveludluyem boyum 1.90.çekim 79 kq men pirizident qvardiyasina duşmek uçun ne etmeliyem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Ülvü Soruşur Yazılma Tarixi:19.04.2018 13:45:39

Salam. Mən ehtiyatda olan leytenantam.SHXÇDX-də xidmət etmək istəyirəm. Zehmet olmasa deyin hansı sənədlər lazımdı və hara göndərməliyəm. Saq olun

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, istəyinizdən aslı olaraq müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Həsən Soruşur Yazılma Tarixi:19.04.2018 12:05:36

ayin 20 si herbi xidmete gedecem harda xidmet edeciyimi bilmek istyrem sizin saytda melumatlari yaziram gelmir

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-26 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Qurban Soruşur Yazılma Tarixi:18.04.2018 15:42:34

Salam men iyulda herbi xidmete gedirem bilmek isteyirdim ki, tibbi muayineden ne vaxt? kececem.

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2018-ci il tarixdə başa çatdırılır.
Qurban Soruşur Yazılma Tarixi:18.04.2018 15:35:46

Salam men iyulda herbi xidmete gedecem bilmek isteyirdim ki, tibbi komissiyadan ne vaxt? kececem.

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2018-ci il tarixdə başa çatdırılır.
Cədvəldə sətir sayı :14891