Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əliyusif Soruşur Yazılma Tarixi:27.03.2018 22:25:07

Herbi xidmete haraya dusduyumu bilmek isteyirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Babək Soruşur Yazılma Tarixi:27.03.2018 21:26:33

Salam. İtirilmiş hərbi bilet haqqında hara müraciət etmək lazımdı? Hərbi bileti itirdikdə hansı məsuliyyətə cəlb olunursan və neçə müddətə hərbi bileti bərpa eləmək mümkündür

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, hərbi bilet qəsdən korlandıqda və ya etinasız saxlanılması nəticəsində itirildikdə, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin struktur bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin itirilmə və ya korlanma şəraitinin yoxlanılması və hərbi biletin dublikatı verilməsinə əsas verən sənədlərin toplanılması müddətinə hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə Xidmətin Goranboy rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Hüseyn Soruşur Yazılma Tarixi:27.03.2018 18:43:59

Salam mehkeme yoluyla hell ede bilerem birde mudafiye nazirliyine gedib meslehet ala bilerem ya sikayet ede bilerem?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Həmin əsasnamənin 1.9-cu maddəsinə əsasən, vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. 07.20.2018-ci il tarixdə təkrar tibbi müayinədən keçirilərək 07.02.2021-ci il tarixədək sağlamlığınızla bağlı sizə möhlət verilmişdir. Müayinədən narazı qaldıqda məhkəməyə müraciət edə bilərsiz.
Göyüş Soruşur Yazılma Tarixi:27.03.2018 16:38:51

Salam men aprelin 3 əsger gedirem duşduyum qosun novu-Fövqəladə hallar naziriyliydir. Bilmek istyremki ilk hara apracaklar. Fovqalada hallar nazirliyin hansı rayonlarda korpuslari var. Təşəkurler sualımı cavablandirsaz sevinerem

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Müslüm Soruşur Yazılma Tarixi:27.03.2018 11:11:45

Salam.menim sualim bundan ibaretdir ki, 9100 nomresine sexsitet vesiqesinin seriya omresini defelerle qisa mesaj yollassmda.hansi herbi hisede xidmet edeceyim barede melumat gelmir cagriwci tapilmadi yazilir..artiq 5-gun qalib getmeyime

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
RƏŞAD Soruşur Yazılma Tarixi:27.03.2018 10:59:27

Salam men aprelin 2 si herbi xidmete getmeliyem gozumde zeyifliy oldugna gore herbi kamisya zerife eliyeva adina goz klinikasna gonderdi getdim orda yoxlanisdan kecdim herbi komisyadan maraglaniram ki men gedecem ya yox? deyiller bize hele cavab gelmiyib men indi neyniyim bir cavab desiner isimi bilimde

Bildiririk ki, Sizin barənizdə yekun qərarın təsdiq edilməsi üçün Xidmətin Xətai rayon idarəsi tərəfindən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur. 
Zahir Soruşur Yazılma Tarixi:27.03.2018 10:18:33

Salam Aprelin iksi xidemete gedirem və mesaj gelmiyib hara duşdüyümü öyrene bilerem? Xaiş edrem cavab yazardizda

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cəbrayıl Soruşur Yazılma Tarixi:27.03.2018 01:08:54

Apreldə əsgər getməliyəm amma 9100 mesaj gondərirəm cvb gəlmir dostlarima isə gəlib bu necə ola bilər?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Yusif Soruşur Yazılma Tarixi:26.03.2018 20:12:03

Salam men aprel ayi esger getmeliyem ama hec bir xeber yoxdu.cagiris ne vax gelecek

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rüstəm Soruşur Yazılma Tarixi:26.03.2018 17:08:37

Salam mən 2018ci aprel ayın 2si həgigi hərbi xidmətə çağırılmışam hara düşdüyüm yeri necə öyrənə bilərəm?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14804