Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hikmət Soruşur Yazılma Tarixi:11.05.2018 19:11:01

Salam, doktoranturanı (elimlər namizədi olaraq) bitirən şəxs hərbi xidmətdən bir dəfəlik azad olunur - məsləsi doğrudurmu?

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Elməddin Soruşur Yazılma Tarixi:11.05.2018 15:35:38

Salam,talasemiya daşıyıcısı olan şəxs hərbi xidmətə yararlı hesab olunurmu?Olunursa hansı göstərici ilə.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən: talassemiya xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”   hesab edilirlər.
Dilbər Soruşur Yazılma Tarixi:11.05.2018 10:47:36

Salam.Boyu 174 olan əsgərlik yaşı çatmış uşagın cəkisi nə qədər olmalıdır.Birdə əgər uşağın dişində brekert varsa onu əsgər aparmaq olarmı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 86-cı maddəsinin I qrafasının tələblərinə əsasən breketlərin çıxarılması üçün möhlət hüququ verilir.
VÜSAL Soruşur Yazılma Tarixi:11.05.2018 09:13:37

sualıma cavab yazardız.daha əvvəl yazmışam

Bildiririk ki, Sizin müraciətlərinizə 10.14.2018, 04.05.2018, 11.05.2018-ci il tarixlərdə cavab verilmişdir. 
Elşən Soruşur Yazılma Tarixi:09.05.2018 19:38:46

Salam mənim gözlərim zəifdi sol gözüm -5.25, sağ gözüm -6dir. Eynəkdən istifadə edirəm və tam görürəm. Həkim müayinəsində olmuşam gözümdə başqa hansısa xəstəlik yoxdur. Hərbi həkim müayinəsindən hələ keçməmişəm. Bilmək istərdim ki, bu halda mən xidmətə yararlı sayılırammı və eynəklə xidmət edə bilərəmmi?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34-ci maddəsinin I qrafasının tələblərinə əsasən hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Cəfər Soruşur Yazılma Tarixi:08.05.2018 15:18:19

Salam. Men gurcustanda universiteti bitirmisem , esgerliyimin 1 illik olmasi ucun hansi senedleri teqdim etmeliyem ?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları xarici ölkənin təhsil müəssisəsindən verilmiş diplomun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 (bir) ildən sonra ordu sıralarından tərxis olunurlar.
Şahlar Soruşur Yazılma Tarixi:08.05.2018 14:15:52

Salam. 2018 ci ilin iyul ayı üçün çağırış mücariət formu nə vaxt çıxacaq?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2018-ci il tarixdə başa çatdırılır.    
Şəfa Soruşur Yazılma Tarixi:08.05.2018 00:25:22

bele bir sualim olacaq. Eger yastipencelik varsa 2ci ve ya 3cu derece herbi xidmetden azad olunur ? yoxsa esgre olaraq xidmet etmelidi

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla: boylama içəri tağın bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm-dir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Mədəd Soruşur Yazılma Tarixi:07.05.2018 20:22:10

Salam , bilmək istərdim ki, burada(Azərbaycanda) magistr təhsilimi bitirdikdən sonra xaricdə yenidən magistra qəbul olsam mənə yenə möhlət verilə bilərmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət yalnız bir dəfə verilir.
Eldəniz Soruşur Yazılma Tarixi:07.05.2018 04:23:42

Salam Mənə Mayın 8-nə çağrış gəlib tibbi komisyadan keçmək üçün mən Magistraturanın 1-ci turun keçmşəm. Mən tibbi yoxlanışdan keçməliyəm?

Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.
Cədvəldə sətir sayı :14891