Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əhəd Soruşur Yazılma Tarixi:22.05.2018 11:11:05

Salam. Mən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış zabitəm. Zəhmət olmasa deyərdiniz, SHXÇÜDX Səbail rayon idarəsində qeydiyyata durmaq üçün hansı sənədlərlə birlikdə mən ora müraciət etməliyəm?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən zabitlər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün hərbi hissənin verdiyi göndəriş vərəqəsi və şəxsi vəsiqə ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlidirlər. Ehtiyata keçirildikdən sonra şəxsi işiniz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Siz ehtiyatda olan zabitin hərbi bileti ilə təmin oluna bilərsiniz.
Cəfər Soruşur Yazılma Tarixi:22.05.2018 00:57:42

Mən hal-hazıda Bakı Slavyan Universitetinin Filologiya və xarci dil müəllimliyinin Xarici dil müəllimliyi ( Alman dili üzrə ) ixtisasının 2-ci kursunun 2-ci semestrdə təhsil alıram. 19 yaşım var və universitetdə oxuduğum üçün əsgərlik möhləti verilmişdir. Əgər ki Almaniya könüllülük proqramından qəbul alsam və həmin andan sonra (Sentyabr-Oktyabr) universitet təhsilimi dondurduğum halda Almaniya da könüllülük üçün 6 və ya 24 aylıq möhlət verilirmi? və ya hansı hallarda xaricdə könüllülük failiyyəti üçün möhlət verilir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət yalnız bir dəfə verilir.
Ceyhun Soruşur Yazılma Tarixi:21.05.2018 22:35:46

Mən, Muğalov Ceyhun Yusif oğlu 1994 cü il mart ayının 13 də Gəncə şəhərində anadan olmuşam. 2000 ci ildə Gəncə şəhəri Nizami Aydın adına 18 saylı orta məktəbə daxil olmuşam.2012 ci ildə məktəbi bitirib, Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbinə daxil olmuşam.2013 cü il dekabr ayının 18 də üstünüzə sağlıq atam Muğalov Yusif Fərrux oğlu vəfat etdi və mən stress keçirməyə başladım,özümü pis hiss elədim.Yemək yeyə bilmirdim,məni müayinəyə apardılar hərbi qospitala,ordada mənə qida borusunun kardial hissəsinin axalaziyası diaqnozu təyin edildi.Müdafiə Nazirinin Mərkəzi Hərbi Həkim komissiyasının 20.11.2014 cü il tarixli 103 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən Heydər Əliyev adına AAHM rəisinin 27.12.2014 cü il tarixli 310 nömrəli əmri ilə səhhətimə görə hərbi məktəbdən xaric olundum.Sonra Cənab Prezidentimiz İlham Əliyev sahəsində təhsilimi Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetinin Yerüstü nəqliyyat vasitələri mühəndisliyi ixtisası üzrə 2ci kursdan davam etdirdim,hal hazırda 4 cü kursdayam.Mən Bakı şəhəri Qrand hospitalda müalicə alıb sağalmışam və hərbi xidmətə getmək istəyirəm,hər bir Azərbaycan Respublikası vətandaşının bu borcu olduğu kimi mənimdə borcumdur hərbi xidmətə getmək,xaiş edirəm bu barədə mənə köməklik göstərəsiniz.

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Valeh Soruşur Yazılma Tarixi:21.05.2018 21:59:42

Salam, anadangəlmə bud çanaq oynağının çıxığı (displaziya) diaqnozu olan insanın əsgərliyə yararsızlığı haqda (imkan dairəsində ətraflı) məlumat veməyinizi xahiş edirəm.

İri oynağın çıxığının təkrarlanması tibbi sənədlərlə və oynaq çıxığının yerinə salınmasına qədərki və ondan sonrakı rentgenoqramlarla təsdiq olunmalıdır. Oynaqların qeyri-sabitliyinə görə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra vətəndaşlar 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilirlər. Qıçın qısalmasına görə kompression-distraksion osteosintezdən istifadə edilməklə müalicə təklif olunur. Müalicədən imtina edildikdə və onun nəticələri qeyri-qənaətbəxş olduqda, hərbi xidmətə yararlılıq haqqında qərar “Xəstəliklər cədvəli”nin 69-cu maddəsinin müvafiq bəndləri üzrə çıxarılır. Çağırışçıların onurğa xəstəlikləri və onların nəticələri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin I qrafasının tələblərinə əsasən skoliozun dərəcəsindən asılı olaraq aparılır.
Alp Soruşur Yazılma Tarixi:21.05.2018 18:59:19

Hər vaxtınız xeyir. Mən 2012-ci ildə tibbi komissiyadan keçmişəm və ağ biletimdə 86.1 maddəyə əsasən müalicə olunmalı hesab edilmişdir qeyd edilmişdir. Bilmək istərdim ki, bu maddənin tam məğzini haradan ətraflı öyrənə bilərəm? Vaxtınızı ayırıb oxuduğunuza və cavabınıza görə öncədən minnətdarlığımı bildirirəm. Xoş gün diləyi ilə Hörmətlə Alp Əliyev

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 86-cı maddəsinin I qrafasına “Xəstəliklərin, yaralanmaların, travmaların, zəhərlənmələrin, xarici amillərin digər təsirlərinin nəticələrinin müalicəsindən sonra sümük-əzələ sisteminin, birləşdirici toxumanın, dərinin, dərialtı toxumanın müvəqqəti funksional pozulmaları” aiddir.
Rauf Soruşur Yazılma Tarixi:21.05.2018 16:13:02

Salam. Mənim qardaşıç Abdulxalıqov Vaqif Həsən oglu (İsmayıllı Rayon Hərbi Komissiarlığı) 11 Aprel 1975ci il təvəllüd 1994-cü ildə hərbi xidmətdə vıfat edib.Amma döyüş bölgəsində olmayıb. Hörmətli Prezidentimizin fərmanına uyğun olaraq 11000 manat sığorta ödənişi ödənilməlidirmi?

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci maddəsinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 1993-cü il 3 sentyabr tarixli 697 nömrəli Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanununun 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndinə əsasən, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən, fərmanda qeyd olunan şəxslərin vərəsələrinə birdəfəlik ödəmə həmin hərbi qulluqçuların Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüklərinə görə ölmüş elan edilmələri təsdiqini tapdığı təqdirdə verilir.
Akif Soruşur Yazılma Tarixi:21.05.2018 11:43:52

men zabit rutbesi ile ordudan ikinci qrup elil olaraq texris olunmusam. menim SHXCDX orqanlarinda islemeyim mumkundurmu? Elil olaraq teyinatda o qeydiyyatda oldugum rayon bolmesine dusmeyim ucun kime muraciet etmeyim laimdir?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsində vakant vəzifə olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Dilbər Soruşur Yazılma Tarixi:21.05.2018 10:20:47

Salam.Boyu 174 çəkisi 47 kilo olan çağırışçı distrofik sayılırmı? Onu əsgər aparmaq olarmı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 86-cı maddəsinin I qrafasının tələblərinə əsasən breketlərin çıxarılması üçün 3 aydan 1 ilə kimi möhlət hüququ verilə bilər.
Dilbər Soruşur Yazılma Tarixi:21.05.2018 10:03:59

Salam.Məni narahat edən odur ki,cağırışcının əvvəl cəkisi 43 idi.2 dəfə 3 aylıq assrocka verilib indi boyu 174 olduğu halda cəkisi 47-dir. lakin fiziki cəhətdən cox zəifdir.Həm də ağzında brekert var hərbi komissarlıq cağırışçısan sənə kim icazə verib brekert qoydurmusan deyir.Məlimat üçün onu da deyim ki,ağzında problemi olduğu üçün onu diş həkiminə göndərdilər orda məsləhət olundu brekert qoyulsun.Belə olduğu halda ona nə qədər möhlər verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 86-cı maddəsinin I qrafasının tələblərinə əsasən breketlərin çıxarılması üçün 3 aydan 1 ilə kimi möhlət hüququ verilə bilər.
İbrahim Soruşur Yazılma Tarixi:21.05.2018 00:41:53

Salam, Hər iki valideynindən məhrum olmuş şəxslər hərbi xidmətə çağrılırmı?

Bildiririk ki, valideynlərindən birini və ya hər ikisini itirmiş çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14891