Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şəmistan Soruşur Yazılma Tarixi:31.05.2018 02:54:09

Salam. Gözüm də oftalmoloqun qoyduğu diaqnoza görə astiqatmitzm var. İyul çağırışçısıyam və 2015 də Naxçıvanski dən kəsilmişəm bu səbəbə görə ama vayenkom zabit normativlərinə yararsız əsgərliyə yararlı olduğumu söyləyir. İndi mən yararlıyam yararsız?

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Siz 2018-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Binəqədi rayon idarəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Elmin Soruşur Yazılma Tarixi:30.05.2018 23:59:23

Salam. Mən Macarıstanda magistr təhsili üçün müraciət etmişəm. Cavablar isə avqust ayında diplomumu universitetə göndərdikdən sonra bilinəcək. Magistra müraciət etməyim və universitetin giriş imtahanını keçməyimi təsdiq edən sənəd vardır. Həmçinin məni hərbi komissarlığa çağırıblar və 3 iyul tarixinə çağırış veriblər. Mən magistrə müraciətlə bağlı sənədləri hərbi komissarlığa təqdim edib avqust ayınacan çağrışı təxirə sala bilərəm? Əgə bu mümkündürsə, lakin hərbi komissarlıqda mənə çətinlik yaradırlarsa, bununla bağlı hara müraciət etməliyəm?

Qeyd edirik ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsində olmağınız tövsiyyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Elsevər Soruşur Yazılma Tarixi:30.05.2018 22:08:40

Salam,men SHXCDX-nin mulki ise qebul olunmaqcun kecirilen test imtahaninda istirak etdim lakin muvafiq bali toplaya bilmedim.Sualim ondan ibaretdirki ikinci defe imtahanda istirak etmeyimcun ne qeder vaxt mehdudiyyeti qoyulur?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 19.01.2018-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizə yenidən baxılması məqsədəuyğun hesab edilməmişdir.
Tahir Soruşur Yazılma Tarixi:30.05.2018 21:51:10

Salam.adım tahirdir.hal hazırda işsizəm.boyum 1.73 çəkim 65.hərbi xidmətimi 03.01.2017-də bitirmişəm.atam xəsdədi.ailəni dolandıracaq gücü yoxdur.həbi xidmətimi gizir kimi davam etdirmək,və dövlətimə xidmət etmək isdiyirəm.0774773353,0503738466.xahiş edirəm ki müraciətimə baxasınız.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Məhəmməd Soruşur Yazılma Tarixi:30.05.2018 21:47:11

Salam. Men oktaybr ayında heqiqi herbi xidmete getmeliyem. Amma yoxlanışda problem çıxdı. Sualım odur ki yararsız olsam nece müraciet ede bilerem xidmete getmek üçün? Teşekkürler

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.  
Vahid Soruşur Yazılma Tarixi:30.05.2018 11:07:27

Salam her vaxtiniz xeir olsun.Men Dsx-da ehtiyyata buraxilmis zabitem.Hal hazirda sizin qosunlara zabit kimi duzele bileremmi?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
ülvi Soruşur Yazılma Tarixi:29.05.2018 20:15:58

novbeti ise qebulla bagli imtahan ne vaxt kecirilecek?

Bir daha nəzərinizə çatdırırıq ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində, eləcə də ətraf rayonlarda yerləşən şöbə və bölmələrdə vakant vəzifə olmadığı üçün, işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət etmiş və sənədlərinə baxıldıqdan sonra həqiqi hərbi xidmətə (işə) qəbul olunması məqsədəuyğun hesab edilmiş vətəndaşlar Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunurlar.
Ruslan Soruşur Yazılma Tarixi:29.05.2018 19:33:06

Salam mən keçən ilin iyulunda həqiqi hərbi xidmətə çağırılmışam.və 5 gün sonra xidmətimə xitam verilib..səbəb isə böyrəyimdə peritanarxası törəmə kimi qeyd edilib..hərbi bilet isə məndədir xidmətə yararsız olaraq..indi bilmək istərdim ki könüllü olaraq xidmətə yazıldam gedə bilərərm mi xidmətə? Qeyd edim ki əməliyyat olunmamışam hələ və daxilimdə heç bir narahatçılıq hiss etmirəm..(xidmət müddətində səhhətimdə hər hansı narahatçılıq hiss etmiş olsam məsuliyyəti öz üzərimə götürmək barəsində ərizə ilə müraciət edə bilərəmmi?)

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Kərim Soruşur Yazılma Tarixi:29.05.2018 18:58:01

Əsgərliyə hara düşdüyümü öyrənmək istəyirəm

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.  Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Səfər Soruşur Yazılma Tarixi:28.05.2018 12:36:55

Salam.Mənə aprel ayında 3 aylıq möhlət verdilər.3 aylıq möhlət iyun da bitir bəs mən yenidən yoxlanışa nə zaman gedecem yoxlanışın nəticəsi müsbət olarsa nə zaman hərbi hissəyə yola salınacam.

Bildiririk  ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Cədvəldə sətir sayı :14891