Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramil Soruşur Yazılma Tarixi:11.06.2018 01:28:57

Salam. Mənə və qardaşıma ( Emil Əhmədov Azər oğlu 14.10.1998 Bakı İdarəetmə və Texnologiya Kollecində təhsilini bitirib ) iyulun 2-nə çağırış gəlib, bilmək istərdim biz eyni yerdə xidmət edəciyik yoxsa ayrı - ayrı hərbi hissələrdə ?

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarlarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün eyni hərbi hissəyə göndərilirlər. 
Murad Soruşur Yazılma Tarixi:10.06.2018 11:07:09

Salam mən İyul ayı hərbi xidmətə başlayacam bilmək istəyirdim ki,hansı hərbi hissəyə düşdüyümü nə vaxt biləcəm və onu nece örgənə bilərəm?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Arif Soruşur Yazılma Tarixi:09.06.2018 23:41:36

salam. Mən iyul cagrişcisiyam hara düşəcəymi nə zaman biləcəm?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Əli Soruşur Yazılma Tarixi:09.06.2018 16:13:06

Salam.Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən 02 iyul 2018-ci il tarixdə hərbi xidmətə yola düşmək üçün çağırış vərəqəsi verilmişdi.Bildirmək istəyirəm ki atam Qarabağ müharibəsi iştirakçısıdır və 1996-2006-cı illərdə Daxili İşlər orqanlarında xidmət edibdi.2006-cı ildə radikal müxalifətin icazəsi mitinqlərini durdurmaq üçün rəhbərliyin əmrini yerinə yetirərkən ağör bədən xəsarəti alaraq əmək qabiliyyətini itirib 2-ci qrup əlil kimi təqaüddədir.Ailənin ilk övladı kimi mənim paytaxtda hərbi xidmət etməyimə qanunvericilikdə güzəşt nəzərdə tutulurmu?

Bildiririk ki, Sizin sağlamlıq, ailə vəziyyətinizə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olmadığına görə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına təyin edilmisiniz.
Fuad Soruşur Yazılma Tarixi:09.06.2018 12:56:15

Salam men 4cu kurs telebesiyem ve mene iyun 1 -ne cagris gelib hekmlerden kecdim qolumnan usag vaxti emeliyyat kecirmsdim ona gore,sabuncu 3sayli xestaxanaya yazdilar meni ordan kecdim hekimnen hec bir sikayetim yoxdu vayunkumatdan sorusdumki cvb ne geldi?yararliyam yoxsa yox?dediler ayin 2si burda ol yola dusmey ucun yeqn yararsiz olsam mene hekimin reyin dyerdiler yoxsa onu nece oyrene bilerem? tewekurler

Məlum olmuşdur ki, Siz, 2018-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz.
Fuad Soruşur Yazılma Tarixi:08.06.2018 19:56:43

Salam. Men 2018 iyul 1e cagriw gelb bilmek.istyrem.ki.hara dusduymu.hacan oyrene bilerem.yeni.iyun.ayn.axiri.bilner.yeqnki.birde qolmnan usag vaxti emeliyyat.olmusdum.sabuncu 3sayli.xestaxanadan.kecdm cvb dediler.ozmz.gondereceyik bilmedm.ne.yazdlarsa.ama.qolmda.bir.prablem.yoxdu.serbest hereket var sol.qolmdu vaykumata.dedm.yeqn cvbda.bir.prablem.cxsa yararsiz.olsam.mene xeber ederdilermi ?dediler.get ayn.2si.gel.1i.bazar.gune.zehmet.olmasa.cvb vererdiz.cox.saolun

Məlum olmuşdur ki, Siz, 2018-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz.
Rüstəm Soruşur Yazılma Tarixi:08.06.2018 17:58:54

Salam. Mən Dünən Hərbi Biletimi Götürdüm.İşimlə Bağlı Bu Ay Hindistana Getməliyəm.Deyəsən Oktyabr Ayı Yenidən Gəlməliyəm.Ola Bilərki İşimlə Bağlı Gələ Bilmiyim Əyər Elə Olsa Nəsə Problem Olmazki?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, doğum tarixiniz və qeydiyyatda olduğunuz ünvan göstərilmədiyi üçün ətraflı məlumat vermək mümkün deyil.
Emin Soruşur Yazılma Tarixi:07.06.2018 12:43:01

Slam mən iyulun 2-i hərbi xidmete çağrılmışam,və mən hansı hərbi məntəqədə xidmətdə olacağım haqqında məlumat almaq istəyirəm

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Şahin Soruşur Yazılma Tarixi:06.06.2018 22:08:01

Salam meni Zərdab rayon kamisarliğindan 16 07 2018 ci il tarixinə həqiqi hərbi xidmətə yola düşmək üçün cağiriblar mənim hansi hərbi hissəyə düşməyim bilinir?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
ELNUR Soruşur Yazılma Tarixi:06.06.2018 19:00:05

Salam Zəhmət olmasa deyərdiniz Sənaye mühəndisliyini bitirən vətəndaş işə qəbulla bağlı müraciyyət edə bilər? Bu ixtisasla yanaşı yarımçıq hərbi təhsilim də var.DSX akademiyasında.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891