Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fuad Soruşur Yazılma Tarixi:09.06.2018 12:56:15

Salam men 4cu kurs telebesiyem ve mene iyun 1 -ne cagris gelib hekmlerden kecdim qolumnan usag vaxti emeliyyat kecirmsdim ona gore,sabuncu 3sayli xestaxanaya yazdilar meni ordan kecdim hekimnen hec bir sikayetim yoxdu vayunkumatdan sorusdumki cvb ne geldi?yararliyam yoxsa yox?dediler ayin 2si burda ol yola dusmey ucun yeqn yararsiz olsam mene hekimin reyin dyerdiler yoxsa onu nece oyrene bilerem? tewekurler

Məlum olmuşdur ki, Siz, 2018-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz.
Fuad Soruşur Yazılma Tarixi:08.06.2018 19:56:43

Salam. Men 2018 iyul 1e cagriw gelb bilmek.istyrem.ki.hara dusduymu.hacan oyrene bilerem.yeni.iyun.ayn.axiri.bilner.yeqnki.birde qolmnan usag vaxti emeliyyat.olmusdum.sabuncu 3sayli.xestaxanadan.kecdm cvb dediler.ozmz.gondereceyik bilmedm.ne.yazdlarsa.ama.qolmda.bir.prablem.yoxdu.serbest hereket var sol.qolmdu vaykumata.dedm.yeqn cvbda.bir.prablem.cxsa yararsiz.olsam.mene xeber ederdilermi ?dediler.get ayn.2si.gel.1i.bazar.gune.zehmet.olmasa.cvb vererdiz.cox.saolun

Məlum olmuşdur ki, Siz, 2018-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz.
Rüstəm Soruşur Yazılma Tarixi:08.06.2018 17:58:54

Salam. Mən Dünən Hərbi Biletimi Götürdüm.İşimlə Bağlı Bu Ay Hindistana Getməliyəm.Deyəsən Oktyabr Ayı Yenidən Gəlməliyəm.Ola Bilərki İşimlə Bağlı Gələ Bilmiyim Əyər Elə Olsa Nəsə Problem Olmazki?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, doğum tarixiniz və qeydiyyatda olduğunuz ünvan göstərilmədiyi üçün ətraflı məlumat vermək mümkün deyil.
Emin Soruşur Yazılma Tarixi:07.06.2018 12:43:01

Slam mən iyulun 2-i hərbi xidmete çağrılmışam,və mən hansı hərbi məntəqədə xidmətdə olacağım haqqında məlumat almaq istəyirəm

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Şahin Soruşur Yazılma Tarixi:06.06.2018 22:08:01

Salam meni Zərdab rayon kamisarliğindan 16 07 2018 ci il tarixinə həqiqi hərbi xidmətə yola düşmək üçün cağiriblar mənim hansi hərbi hissəyə düşməyim bilinir?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
ELNUR Soruşur Yazılma Tarixi:06.06.2018 19:00:05

Salam Zəhmət olmasa deyərdiniz Sənaye mühəndisliyini bitirən vətəndaş işə qəbulla bağlı müraciyyət edə bilər? Bu ixtisasla yanaşı yarımçıq hərbi təhsilim də var.DSX akademiyasında.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
KƏNAN Soruşur Yazılma Tarixi:05.06.2018 23:19:11

Salam Öd kisesinin 0,5mm polip olan men bilmek isteyirdim herbi xidmete yararli sayilir? zehmet olmasa cavablandirardinizda.

“Xoşxassəli yenitörəmələr: funksiyaların mülayim və ya cüzi dərəcədə pozulması ilə” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Paşa Soruşur Yazılma Tarixi:05.06.2018 20:01:53

Salam. Mən 4cü kurs tələbəsiyəm, və ilyul ayında hərbi xidmətə cağrılıram, lakin mənim 1 kəsr imtahanım avqust ayındadır. Diplom imtahanım isə sentyabr ayında. 1. Öyrənmək istəyirdim ki, mən sentyabra ayına kimi hərbi xidmətə çağırışdan möhlət ala bilərəmmi? 2. və qeyd edim ki, komissiyadan keçəndə,mənə 2 həkim müalicə yazdı və bu müalicələrdən sonra artıq yararlı olduğumu bilidirdilər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Zaur Soruşur Yazılma Tarixi:05.06.2018 16:15:05

Salam 2ci dereceli skalioz esgerliye yararlidir?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “c” maddəsinin I qrafasına əsasən “Onurğanın II mərhələ skoliozu, əyilmə bucağının 11-25 dərəcə arasında olan” çağırışçılar “Dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Elman Soruşur Yazılma Tarixi:05.06.2018 15:07:38

Salam.Mən uşaqlıqdan Allergik Bronxit kimi müalicələr almışam.Boğulmalarım olur toz, yuna və bəzi şeylərə qarşı. 16 -17 yaşımda da tutmlarım olub həkim yanında allergik bronxit dioqnozu qoyulub.Allergiya normadan 3 dəfə artıqdır.İGE- 328. İmkansızlığ ucbatından xəstəxanada yatmamışam. Epiqrez im yoxdur. BÇİ Bədən Çəki İndeksi 16,7 dir. Boyum 183 Çəkim 55kq. Bilmək istəyərdim mən hərbi xidmətə yararlıyam yoxsa yox. Və əgər yararlı deyiləmsə müalicə üçün nə qədər möhlət verilir?

Məlum olmuşdur ki, Sizə təhsilinizə görə verilmiş möhlət hüququ bitdiyi üçün, 2018-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Sumqayıt rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinələrə göndərilmisiz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisniz. Bildiririk ki, Siz 2018-ci ilin iyul çağırışı zamanı ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Cədvəldə sətir sayı :14897