Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Arslan Soruşur Yazılma Tarixi:25.05.2018 13:35:10

Salam, zəhmət olmasa göstərərdiniz necə hərbi biletin surətlərini elektron formada əlavə etmək olarç çünki mən belə funksiya tapa bilmədim saytda

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır.
Bildiririk ki, portalda təqdim olunan xidmətlərdən istifadə zamanı hərbi biletin surətini yükləmək tələb olunmur.
Arslan Soruşur Yazılma Tarixi:25.05.2018 12:32:30

Salam. Arxiv idarəsinə göndərilən online müraciətlər neçə günə baxılır ? Yani nümunə uçün deyim ki 21.05.2018 tarixində təsdiq aldım ki, müraciətim icrdadır , amma bilmirəm nə vaxt cavab alacam. Qaynar xətdə göstərilən əlaqə nömrələr işləmir heç biri.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “sual-cavab” bölümünə göndərdiyiniz  müraciətinizə  tərəfimizdən baxılmışdır.         Məlumat üçün bildiririk ki, müraciətinizin Xidmətin elektron ünvanına daxil olması haqqında Sizə 21.05.2018-ci il tarixində cavab göndərilmişdir.                       Əlavə olaraq nəzərinizə çatdırırıq ki, müraciətiniz “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 1-ci bəndinə (vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.) əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən icra olunaraq sizə cavab veriləcəkdir.
Ceyhun Soruşur Yazılma Tarixi:24.05.2018 21:53:18

Mən, Muğalov Ceyhun Yusif oğlu 13.03.1994 cü ildə Gəncə şəhərində anadan olmuşam.2000 ci ildə Gəncə şəhəri Nizami Aydın adına 18 saylı orta məktəbə daxil olmuşam.2012 ci ildə məktəbi bitirib,Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşam.2013 cü il dekabrın 18 də üstünüzə sağlıq atam Muğalov Yusif Fərrux oğlu vəfat etdi.Mən strees keçirməyə başladım və məndə qida borusunda daralma baş verdi.Yemək yeyə bilmirdim,yediyimidə qaytarırdım və məni qospitala müayinəyə yolladılar,orda mənə həkimlər qida borusunun kardial hissəsinin axalaziyası diaqnuzu təyin etdilər.Xəstəliyimə görə mən 27.12.2014 cü il tarixli 310 nömrəli əmri ilə səhhətimə görə hərbi məktəbdən xaric olundum.Sonra Cənab Prezidentimiz İlham Əliyev sahəsində Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar universitetində 2 ci kursdan təhsilimi davam etdirdim.Oxuya-oxuya Bakı şəhəri Qrand Hospitalda müalicə aldım və çox şükür sağaldım.Hal-hazırda 4 cü kursdayam və universiteti bitirən kimi hərbi xidmətə getmək istəyirəm.Mən Gəncə şəhəri Kəpəz rayon qeydiyyatda olduğum şöbəyə yaxınlaşdım dedim sağalmışam və hər bir vətəndaş kimi məndə xidmət eləmək istəyirəm,mənə dedilərki sən ehtiyata buraxılıbsan gedənmərsən.Sizdən xaiş edirəm ki, mənə bu barədə kömək edəsiniz,məndə hərbi xidmətə getmək istəyirəm,xaiş edirəm məni ordu sıralarına qəbul edəsiniz.Məndə hər bir vətəndaş kimi vətənə olan borcumu ödəmək istəyirəm.

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
əhməd Soruşur Yazılma Tarixi:24.05.2018 17:55:56

Salam 4 cu kurs telebesiyem rayon herbi komisarligi cagiriw ucun yoxlaniwa cagirib,lakin imtahan vaxtina duwduyu ucun hec cure yoxlaniwa rayona gede bilmirem bu ne kimi veziyyet yarada biler? Ne etmeliyem

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2018-ci il tarixdə başa çatdırılır.
Elməddin Soruşur Yazılma Tarixi:23.05.2018 23:29:45

Mən astma xəstəsiyəm kamissiyaya xəstəlik haqqında arayış aparmadığım üçün mənə yararlı yazdılar müayinə etmedilər.Mən idman edə bilmirəm nə etməliyəmki yararsiz yazsınlar xahiş edirəm kömək edin

Məlum olmuşdur ki, Siz 2018-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Ağdam rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Elnur Soruşur Yazılma Tarixi:23.05.2018 22:42:09

Salam.boyum 1.74 cekim 65 dir.mene idmanla mesgul oluram idmanci bedene sahibem.mene vayinkamatdan dedilerki qvardiyaya duse bilersen.sizce men hara duse bilerem texmini ve qvardiyaya boy ne qederdir ? Tesekkurler

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Ülvü Soruşur Yazılma Tarixi:23.05.2018 16:20:43

Salam. SHXÇDX -nə həqiqi hərbi xidmətə növbəti qəbul imtahanı hansi tarixdə keçiriləcək?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 17.05.2018-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir.
Elnur Soruşur Yazılma Tarixi:23.05.2018 01:35:42

Salam.boyum 1.74 cekim 65 dir.mene idmanla mesgul oluram idmanci bedene sahibem.mene vayinkamatdan dedilerki qvardiyaya duse bilersen.sizce men hara duse bilerem texmini ve qvardiyaya boy ne qederdir ? Tesekkurler

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Cəlil Soruşur Yazılma Tarixi:22.05.2018 21:49:15

salam boy 167 ceki 45 hekimlerden kecdim yazdilar qeyri fiziki inkişaf tezden getdim gönderdiler Sumqayıtdan 45 nömreli xestexanaya ordanda Bakıya gönderecekler bilmrk istiyirem tezden xestexanadan niye kecdim ? zehmet olmasa cavablandırın

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın düzgünlüyünün yoxlanılması üçün, Siz, 30.05.2018-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Rəşad Soruşur Yazılma Tarixi:22.05.2018 13:36:34

Salam Saytda qeydiyatdan keçərkən bildirdiyim email ünvanına təsdiq mesajı gəlmədiyi üçün portala daxil ola bilmirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz 22.05.2018-ci il tarixdə mehdiyev.rashad@outlook.com email ünvanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytında qeydiyyatdan keçmisiniz. Qeydiyyat barədə bildirişin göndərilməsi üçün daxil etdiyiniz email ünvanının aktiv olması zəruridir. Daxil etdiyiniz email ünvanının aktivlik statusunu, həmçinin “gələnlər” və “spam” qovluqlarını yoxlamağınız tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891