Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüqar Soruşur Yazılma Tarixi:16.05.2018 23:38:19

Salam.Cenab prezidentimizin fərmanına əsasən 1997 -ci ilə qədər şəhidlərimizin ailə üzvlərindən biri yəni bacı və ya qardaşı ( 1-ci dərəcə vərəsəsi olmadığına görə ) vərəsə ola bilərmi?

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 2-ci maddəsinə əsasən, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Həmin Fərmanın 3.3-cü maddəsinə əsasən, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququ notariat qaydasında təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
Valeh Soruşur Yazılma Tarixi:16.05.2018 10:08:27

Salam. Mənim oğlumun sol ayagında anadangəlmə bud çanaq oynağının çıxığı var (дисплазия тазобедренного сустава) ,bir ayağı gödəkdir (axsayır), belindədə ckoleoz var.Hərəkətlərinə məhdudiyyətlər qoyulub.Bu il Ali məktəbi qurtarır.Xahiş edirəm bildirəsiz əsgərliyə düşürmü ? ı

İri oynağın çıxığının təkrarlanması tibbi sənədlərlə və oynaq çıxığının yerinə salınmasına qədərki və ondan sonrakı rentgenoqramlarla təsdiq olunmalıdır. Oynaqların qeyri-sabitliyinə görə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra vətəndaşlar 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilirlər. Qıçın qısalmasına görə kompression-distraksion osteosintezdən istifadə edilməklə müalicə təklif olunur. Müalicədən imtina edildikdə və onun nəticələri qeyri-qənaətbəxş olduqda, hərbi xidmətə yararlılıq haqqında qərar “Xəstəliklər cədvəli”nin 69-cu maddəsinin müvafiq bəndləri üzrə çıxarılır. Çağırışçıların onurğa xəstəlikləri və onların nəticələri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin I qrafasının tələblərinə əsasən skoliozun dərəcəsindən asılı olaraq aparılır.
Əsgər Soruşur Yazılma Tarixi:15.05.2018 13:49:31

Salam. Mən bu il bakalavrdan məzun oluram və Türkiyədə magistratura oxumaq üçün imtahan vermişəm amma hələ nəticələr açıqlanmayıb İyulun əvvəli açıqlanacaq və rəsmiləşdirmə isə avqustda olacaq. Bunun üçün mən 3 aylıq necə möhlət ala bilərəm?

Müraciətinizlə əlaqədar bildiririk ki,  2018-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının nəticələri dərc edildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Qurban Soruşur Yazılma Tarixi:14.05.2018 23:03:19

Salam bilmek isteyerdim ki yastiayqli ve ayaqda 1 ci ve 3 cü derece duzduk herbiye yararli sayilir?? zehmet olmasa cavablandirardiniz

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm -dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: I dərəcə yastıayaqlılıqda (boylama içəri ayaqaltı tağın bucağı 131-140 dərəcə, tağın hündürlüyü 35-25 mm-dir) çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Orxan Soruşur Yazılma Tarixi:14.05.2018 21:00:57

Salam.Eger sinede eyriliy varsa ve incidirse ağrı verirse Bu zaman xeste herbi xidmetden azad olunur yoxsa nece?

Çağırışçılarda “Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları” xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Sizin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaqsınız və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Vahid Soruşur Yazılma Tarixi:14.05.2018 17:34:59

Salam.her Vaxtiniz xeir olsun.men saytinizdan isle baqli elektron erize gondermek isteyirem.ama anket bolmesinde qohumluq derecelerinde elavet bolmesinde elave etmek olmur.komeklik gosterin xais.Yazili sekilde ise muraciet etmek olur hansisa sobenizde ve ya bolmelerinizde.men ehtiyyatda olan zabitem.ise qebul olmaq ucun mende imtahan vermeliyem?evvelceden tesekkurler

Sistemi yoxladıq Siz dediyiniz problem aşkarlanmadı. Yenə də çətinlik çəkirsinizsə tələb olunan sənədləri info@seferberlik.gov.az email ünvanına göndərə bilərsiniz. 
Taleh Soruşur Yazılma Tarixi:13.05.2018 22:38:04

Salam. Yararsiz cixan vetendaslar nece muddetden sonra tekrar yoxlanilirlar ? zehmet olmasa cavab yazasiniz

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Pərviz Soruşur Yazılma Tarixi:13.05.2018 21:52:40

Salam mən 2014-cü il iyul ayında hərbı xidmətə getməli idim .Hərbi komissiya zamanı məndən qıc olma və ürəy getmənin olub olmadığını soruşdular . Məndə dedim uşaq vaxtı yüksək dərəcəli qızdırma səbəbindən ürəyim getmişdi .Bundan sonra məni saxladılar təkrar -təkrar hərbi komisiyaya göndərdilər .2 saylı nevrologiya xəstəxanasına 2-3 dəfə yoxlanısa göndərdilər Nizami rayon Hərbi komisarlığından 2015 ci ilin oktyabir ayında məni yararsiz cixartdilar 2 kateqoriyaynan.Ancaq mənim hec bir psixoloji prablemim yoxdu sağlamləğımda yerındə.2018 ci ilin oktyabir ayında yararslzlığ müddəti bitir. 2018 oktyablr ayında komisiya olanda hec bir problem olmasa herbi xidmətə gede bilerem? Yoxsa 35 yaşa 3 ildən bir yoxlanış olacaq? Qeyd edim ki mən hərbi xidmətə getmək istəyirəm və hec bir problemim yoxdu

Möhlət hüququ bitdikdə Siz, qeydiyyatda olduğunuz Xidmətin Nizami rayon  idarəsinin  hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır
Vasif Soruşur Yazılma Tarixi:13.05.2018 01:48:01

Salam əsgər getmək üçün minumum boy həddi və çəki neçə olmalıdır ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Səxavət Soruşur Yazılma Tarixi:12.05.2018 11:44:35

Salam Mən Normativ Təhsil müddətində təhsilimi başa vura bilmirəm. növbəti tədris ilinin 1 ci semestrin sonuna kimi kəsr dərsim olduqu üçün təhsil müddətim uzanır. Bu halda Oxuquğum universitet mənə arayış verməlidir? yoxsa mən möhlət hüququnu artırmaq üçün nə etməliyəm? Qeyd edimki Təhsil aldığım Ali təhsil müəssəsi Bakı Şəhərində yerləşir.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcunuz olduğu üçün Sizə təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Cədvəldə sətir sayı :14891