Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fuad Soruşur Yazılma Tarixi:28.05.2018 11:46:05

Salam. mən may ayında tibbi yoxlanışdan keçdim. Çox gümanki iyul ayında çağırış olacaq iyun ayının 1 i 2 günlük istanbula getməliyəm. Bilmək istəyirəm mən hansı problərlə qarşılaşa bilərəm?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.  
RƏHMAN Soruşur Yazılma Tarixi:27.05.2018 17:07:24

Salam mən hərbi xidmətimi hansı rayon və bölmədə çəkəcəyimi öyrənmək istəyirəm

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
valeh Soruşur Yazılma Tarixi:27.05.2018 14:31:03

Salam,sualımı cavablandırdığınız üçün təşəkkürümü bildirirəm, lakin bir dəqiqləşmə aparmaq istəyirəm.Yəqin fikrimi çatdıra bilməmişəm.Ona görə ətraflı yazıram. Anadangəlmə bud çanaq oynagının çıxıgında (displaziyasında) oynagın yerinə salınması olmur,ona görə ki,yerinə salınası yer olmur ( sadəcə oynagın girəsi kasanın yarısı anadan gəlmə olmur,oynaq bir növ havada dayanır).Oynagın başı kasadan yuxarı qalxır və ayagın biri gödəlir .Dəhşətli ağrılar haqda heç danışmıram.Bu problemin cərrahi yolu hələ ki elmə məlum deyil.Xahiş edirəm bu xəstəliyin yararsızlıq dərəcəsini bildirəsiniz.

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Rəsul Soruşur Yazılma Tarixi:26.05.2018 20:11:31

Salam. Iyul ayinin 3-de cagirsimdir. Hara dusduyum nece gun qabag bilinecek. Yeni burada nece gun qabag cixacag?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Elmir Soruşur Yazılma Tarixi:26.05.2018 11:44:47

Salam Yuksek Tezyiqle Elaqedar SIkayetim Var Bildirmek Isdeyiremki Tezyiqim Normal Vaxdlarda 140-90 olur bununla elaqedar vaynkamata bildirisimi etmisem mene bir kagiz veriblerki Baki seheri Respublika xestexanasinda muayineye dusum lakin menim maddi imkanim buna el vermir ve tezyiqimide ne verdiyin deqiq bilmediyim ucun boyrek dedim eyerki boyreklerim temiz cixsa basqa analiz verecemmi yoxsa saglamlig kagizi verilecekki tezyiqle esgerliye ged?

“Xəstəliklər cədvəli”nin I qrafası üzrə şəhadətləndirilən şəxslərdə hipertoniya xəstəliyinin diaqnozu stasionar müayinə və dispanser müşahidənin nəticələri ilə təsdiq olunmalıdır. Arterial hipertenziyanın ilk dəfə aşkar edildiyi və müşahidə müddətinin kifayət qədər olmadığı hallarda hipertoniya xəstəliyinin olması ixtisaslaşdırılmış bölmədə təsdiq edilməlidir. Hipertoniya xəstəliyinin bütün hallarında simptomatik hipertenziyalarla diferensial diaqnostika aparılmalıdır. Simptomatik arterial hipertenziyası olan şəxslər əsas xəstəliyə görə şəhadətləndirilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Sevinc Soruşur Yazılma Tarixi:26.05.2018 09:34:42

Salam. Sizdən 1 məsələyə aydınlıq gətirilməsini xahiş edirəm. Uşaq Türkiyə universitetlərindən birində Tömər hazırlıq kursunu keçib və avtomatik 1ci kursa keçib. Bunu təsdiq edən səfirliyin təhsil üzrə katibliyinin möhürü və müşavirin imzası ilə arayış vardır. Bu sənəd əsasında hərbi xidmətdən icazə mümkünmü?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Elçin Soruşur Yazılma Tarixi:26.05.2018 09:17:29

Salam. Mən gözümün zəifliyinə görə hərbi xidmətdə olmamışam və 3 ildən bir yoxlanışdan keçirəm. Bu il mənə bu ay kağız verilib Göz İnistitunda keçmək üçün, lakin səhhət və bəzi problemlər ucbatından mən yalnız bu gün (işləməsələr 28-i də iş günü olmadığı üçün 29-u) getmək imkanım olacaq. Sadəcə narahatam, gecikmiş sayılmaram ki? Heç olmasa mayın sonuna qədər möhlət var? Mümkün qədər tez cavablamanızı xahiş edirəm...

Nəzərinizə çatdırırıq ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatanadək hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.   Odur ki, qeyd olunan məsələ ilə əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz tövsiyə olunur.

 

Təbriz Soruşur Yazılma Tarixi:26.05.2018 07:40:52

Salam. Menə Agdas rayonu uzre 11000 birdəfəli ödəmə ala biləcək sehidlərin adları qeyd edilmis siyahı lazimdir. Onu mene göndere bilərsiniz? Bundan elave 1994 cu ildə sehid olmus amma herbi rutbəsi esger olan sexslər bu ödemeden yararlana bilir?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytının “Veteranlar və Şəhidlər” bölümündə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olan hərbi qulluqçular barədə məlumatlar mövcuddur.
Fərid Soruşur Yazılma Tarixi:25.05.2018 16:17:38

Salam men 4 cu kursda oxuyuram meni komisyaya çağırmışdılar komisiyada qeydiyyatdan kecmisem çağırış vereqesini veribler.Men indi xarice magistr üçün sened vere bilerem?

Müraciətinizlə əlaqədar bildiririk ki, ali təhsil müəssisəsinin magistratura  səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Elməddin Soruşur Yazılma Tarixi:25.05.2018 14:05:46

Salam.göz nəçə faiz görməlidiki əsgərliyə yararlı olsun?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14891