Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şəhriyar Soruşur Yazılma Tarixi:05.06.2018 13:35:18

Salam. Mən iyul ayında hərbi xidmətə çağırılmışam, ali təhsilliyəm. Sualım budur ki, məzuniyyətə nə vaxt buraxılacam?

Bildiririk ki, “ Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr  tarixli  377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında “ Əsasnamənin 120-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına–müddətli həqiqi hərbi xidmət ərzində - bir dəfə 10 gün müddətinə növbəti məzuniyyət verilir.         Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti məzuniyyətə buraxılmaları barədə xidmət keçdikləri qoşun növünün komandanlığına müraciət etmələri tövsiyə olunur.  
Şəhriyar Soruşur Yazılma Tarixi:05.06.2018 12:15:11

Salam. Bilmək istərdim ki ali təhsilli əsgərlərə məzuniyyət neçənci ayda verilir?

Bildiririk ki, “ Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr  tarixli  377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında “ Əsasnamənin 120-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına–müddətli həqiqi hərbi xidmət ərzində - bir dəfə 10 gün müddətinə növbəti məzuniyyət verilir.         Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti məzuniyyətə buraxılmaları barədə xidmət keçdikləri qoşun növünün komandanlığına müraciət etmələri tövsiyə olunur.  
Elcan Soruşur Yazılma Tarixi:04.06.2018 22:35:13

salam bilmek olar arxada nece dis olmayanda herbi xidmete aparmirlar?

“Çənədə və ya əngdə 10 və daha artıq dişin olmaması” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Alı Soruşur Yazılma Tarixi:04.06.2018 16:31:04

Salam. Mən 4-cü kurs tələbəsiyəm və magistratura üçün Polşa və Türkiyə uversitetlərinə müraciət etmişəm. Polşadakı uversitetin qəbul sənədi tez gəldiyi üçün mən hərbi komisarlığa onu təqdim edəcəm.Türkiyə unversitetlərinə qəbul oluduğum isə avqust ayında məlum olacaq.Əyər Türkiyədəki unvrsitedə qəbul olsam fikrim oraya getməkdir. Mən avqust ayında ikinci dəfə Türkiyə unversitetinin qəbul sənədini hərbi komisarlığa təqdim edə bilərəm? Yəni burada hər hansı bir problem yarana bilər?

Bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Əliağa Soruşur Yazılma Tarixi:03.06.2018 14:27:19

Salam. Oktyabr,yanvar,aprel çağırışlarında hərbi komissarlıq tərəfindən yararsız hesab edilən çağırışçıların hərbi biletləri bu il nə zaman çağışçılara veriləcək?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, vətəndaşlar barəsində Rayon Çağırış Komissiyası tərəfindən çıxarılmış qərar Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edildiyi təqdirdə hərbi vəzifəlilərin ehtiyatına verilir və onlar hərbi biletlə təmin olunurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə  hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nüsrət Soruşur Yazılma Tarixi:03.06.2018 13:51:04

Men müddətdən artıq herbi qulluqçuyam hazırlıq kursunu yeni bitirmişəm hansı hərbi hissədə xidmət edəcəyimi bilmək istəyirem.Xahiş edirem ki, elektron ünvanıma cavab göndərəsiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar hərbi xidmət etdiyiniz dövlət qurumuna müraciət etməyiniz tövsiyə olunur.
İsa Soruşur Yazılma Tarixi:03.06.2018 12:26:45

Salam. Mən doğulandan ağır astma bronxitdən əziyyət çəkirəm. Pristuplarım ağır olduğuna görə öz qayğımda durub özümü xəstəlikdən qorumağa çalışıram. Amma həkimlər deyirlər ki astma ancaq aktiv zaman aparatlarda görsənir. Mən öyrənmək istəyirəm ki qanunvericilikdə astma bronxit xəstələri necə nəzərdə tutulub, və hərbi tibbi yoxlanışda sağlamlığıma ziyan vurmadan astmam olduğunu necə təsdiq edə bilərəm?

Bildiririk ki, çağırışçıların “bronxial astma” xəstəlik üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 52-ci maddəsinin I qrafasının tələblərinə əsasən tənəffüs çatışmazlığının dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Şəhriyar Soruşur Yazılma Tarixi:02.06.2018 21:05:15

Salam ali təhsilli əsgərlərə məzuniyyət hərbi xidmətin neçənci ayında verilir?

Bildiririk ki, “ Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr  tarixli  377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında “ Əsasnamənin 120-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına–müddətli həqiqi hərbi xidmət ərzində - bir dəfə 10 gün müddətinə növbəti məzuniyyət verilir.         Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti məzuniyyətə buraxılmaları barədə xidmət keçdikləri qoşun növünün komandanlığına müraciət etmələri tövsiyə olunur.  
Elşən Soruşur Yazılma Tarixi:02.06.2018 17:40:17

Salam. Men ağdaş hərbi komissarliği tərəfinden qanuna müvafiq yararsız olduğum halda məni yararlı kimi qeydiyyata alıblar. Xəstəliyim həzm orqanı xəstəliyinə aid olan diş problemidir. Mən nə etməliyəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Fazil Soruşur Yazılma Tarixi:02.06.2018 13:54:05

Salam.Mən 4 cü kurs tələbəsiyəm.Kəsrim var.Mənə möhlət düşürmü?Təşəkkür edirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.  
Cədvəldə sətir sayı :14897