Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəfail Soruşur Yazılma Tarixi:13.06.2018 12:07:43

Mənə hərbi yoxlamadan keçən zaman sağ pəncənin 2-ci, sol pəncənin 3-cü dərəcəli yastı pəncəlik diaqnozunu verdilər. Bilmək istərdim mən hərbi xidmətə yararlıyam ?

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla: boylama içəri tağın bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm-dir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Beləliklə Siz, hərbi xidmətə yararsızsınız.
Nicat Soruşur Yazılma Tarixi:13.06.2018 10:59:23

Salam. Meni aid oldugum çağırış idarəsindən iyul çağırışı üçün gözümdə zəiflik olduğuna görə Zərifə Əliyeva adına Milli Oftolmalogiya mərkəzinə göndəriş verdilər. Ordakı müayinənin cavablar isə hələ vaynkamata göndərilməyib. Bu nə qədər müddət çəkir ? Müayinədən mayın ilk 10 günlüyündə keçmişəm.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, sizin sağlamlıq haqqında müayinə aktınız 12.06.2018-ci il tarixdə Xidmətin Binəqədi rayon idarəsinə daxil olmuşdur. Aidiyyəti üzrə Binəqədi rayon idarəsinə müraciət etməyiniz tövsiyyə olunur.
Təbriz Soruşur Yazılma Tarixi:12.06.2018 17:18:25

Salam. Mən Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kursa magistratura tələbəsiyəm. Bizim dissertasiya müdafiəsi 22 iyun - 4 iyul tarixində baş tutacaq. Mən kommissiyadan keçib və 3 iyul tarixində hərbi xidmətə çağırılmışam. Dissertasiyanın müdafiə tarixi çağırış ilə üst-üstə düşdüyü zaman mən nə etməliyəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı övladınızın Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Müzəffər Soruşur Yazılma Tarixi:12.06.2018 16:39:21

Mən Kərimbəyli Müzəffər İlham oğlu Azərbaycan Texniki Universitetində magistraturada oxuyuram və bitirmək üzərəyəm. Təhsilimi davam etdirmək istəyirəm və doktoranturaya hazırlaşıram. Lakin məni Mingəçevir şəhər hərbi komissarlığından hərbi xidmətə çağırırlar. 2016-cı ildə çıxan qanuna əsasən isə bakalavriat, magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. doktoranturaya qəbul imtahanları isə magistraturanı bitirdikdən 5-6 ay sonra olur. mənə isə bu 5-6 ay müddətində möhlət verilmirki mən doktoranturaya hazırlaşım. Bu 5-6 ay müddətində möhlət verilməlidirmi?

Bildiririk ki, ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarına sənəd qəbulu sentyabr-fevral aylarına təsadüf etdiyinə görə magistrantlara ali təhsil pilləsinin magistratura səviyyəsini bitirdikdən sonra ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarının keçiriləcəyi müddətədək çağırışdan möhlət verilməsi məsələsi hal-hazırda mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Vadim Soruşur Yazılma Tarixi:12.06.2018 16:22:07

Salam. Bilməy istərdim, mən soyadımı hal hazırda dəyişdirirəm, mənə çatdirılan məlumata görə şəxsiyyət vəsiqəmi dəyişdirənnən soram hərbi biletimdədə dəyişiklik etməliyəm. Zəhmət olmasa deyərdiz, bu fəaliyyətin dövlət rüsumu nə qədər di?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, soyadınız dəyişdirildikdən sonra bunu təsdiq edən sənəd və hərbi biletinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin Şirvan şəhər şöbəsinə şəxsən müraciət etməlisiniz. Müraciətiniz əsasında hərbi biletiniz dəyişdirilmədən “Xüsusi qeydlər” bölümündə müvafiq qeydiyyat aparılacaq. Eyni zamanda bildiririk ki, hərbi biletdə soyad və ad dəyişikliyi üçün dövlət rüsumu nəzərdə tutulmamışdır.
Cavid Soruşur Yazılma Tarixi:12.06.2018 01:59:17

Bu il 4cu kurs qurtarıram...bu il atam rəhmətə.gedib və ailənin tək oğluyam...və ailədə bir işləyən mənəm və anam xəstədir bu halda mən nə etməliyəm..

Bildiririk ki, ailənin tək övladları həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar və xidmətə göndərilən zaman onlara hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Şükran Soruşur Yazılma Tarixi:11.06.2018 18:48:33

Salam. Mən bakalavr pilləsini bitirirəm və Rusiyada magistr təhsili üçün Bakıda yerləşən Rusiya informasiya və mədəniyyət mərkəzində imtahandan keçmişəm və Rusiya Federasiyasının hər il xarici vətəndaşlar üçün ayırdığı kvotalardan birini qazanmışam.Və mənə sənəd təqdim ediblər. Sənəddə 2018 2019 təhsil ilində kvota qazandığım və Rusiyada seçdiyim universitetlərin birində təhsil alacağım qeyd olunub. Sadəcə hal-hazırda universitet seçim mərhələsi davam etdiyindən konkret hansı universitetə qəbul olduğum bəlli deyil. Və ola bilər ki bu mərhələnin nəticəsi iyul-avqust ayları ərzində bilinsin. Hərbidən möhlət hüququ verilməlidir ? zəhmət olmasa cavablandırın.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir.
Pərvin Soruşur Yazılma Tarixi:11.06.2018 13:52:58

Salam 1ci dereceli skalioz esgerliye yararlidir? Bide ayagin daban nahiyesinde duzluk var

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin “ç” bəndinin I qrafasına əsasən onurğanın I mərhələ skoliozu olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Çağırışçıların sümük-əzələ sistemi, birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin, onurğanın deformasıyası və funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır.
Pərvin Soruşur Yazılma Tarixi:11.06.2018 13:18:39

Salam 1ci dereceli skalioz esgerliye yararlidir? Birde ayagin daban nahiyesinde duzduk var.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin “ç” bəndinin I qrafasına əsasən onurğanın I mərhələ skoliozu olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Çağırışçıların sümük-əzələ sistemi, birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin, onurğanın deformasıyası və funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır.
Yüksəl Soruşur Yazılma Tarixi:11.06.2018 12:20:44

Salam..hansi herbi hisseye duwmeyimizle bagli melumat ne vaxt elan olunacaq?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Cədvəldə sətir sayı :14891