Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Saməddin Soruşur Yazılma Tarixi:20.06.2018 23:19:24

Hansi herbi hisseye dusduyumu nece oyrenim?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Əli Soruşur Yazılma Tarixi:20.06.2018 22:15:18

Salam.Bildirirəm ki Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən mənə 02 iyul 2018 ci il tarixdə həqiqi hərbi xidmətə çağrılması üçün çağırış vərəqəsi təqdim edilmişdi.Bakı Kompüter Peşə Liseyinin məzunuyam.Atam Qarabağ müharibəsinin iştirakçısıdı 1996-2006-cı illərdə Daxili İşlər orqanlarında xidmət edib.Həmən il radikal müxalifətçilərin icazəsi mitinqi durduran zaman azğın kütlə tərəfindən ağır bədən xəsarəti alaraq əmək fəaliyyətini itirib ikinci qrup əlildı.Ailənin ilk övladı kimi Bakı şəhərində hərbi xidmət etmək etmək üçün qanunvericilikdə güzəşt nəzərdə tutulubmu? Öncədə minnətdarlığımı bildirirəm.

Bildiririk ki, Sizin sağlamlıq, ailə vəziyyətinizə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olmadığına görə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına təyin edilmisiniz.
Rauf Soruşur Yazılma Tarixi:20.06.2018 21:14:27

Mən hansı hərbi hissədə xidmət edəcəm?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Səbuhi Soruşur Yazılma Tarixi:20.06.2018 18:51:28

Salam. Bilmək istərdim iyul çağırışçılarının hansı hərbi hissəyə düşdüyü nə vaxt açıqlanacaq?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Vahid Soruşur Yazılma Tarixi:20.06.2018 17:05:03

Salam her vaxtiniz xeir olsun.men burda ise qebulla bagli eloktron erize yazmaq istwdim yazdimda ama sonda deirki eloktron mektubda bos xana var halbuki hamisini doldururam.bilmek istwrdim bas idareye yaxinlasib orada erize vere bileremmi?onceden tesekkurler

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla və ya poçt vasitəsilə, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar (rəsmi ərizə ilə) müraciət edə bilərsiniz. Ərizəyə əlavə olunan İlkin sənədlər: - tərcümeyi-hal; - şəxsiyyət vəsiqəsinin sürəti; - diplomun sürəti (təhsil haqqında sənəd); - hərbi biletin sürəti. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Şahmar Soruşur Yazılma Tarixi:20.06.2018 15:02:38

Salam. Mən Azərbaycan Dövlət İqtisad Universitetində BMDM fakultədi üzrə magistr təhsili alıram. Birinci kursu bitirmişəm. Biləsuvar rayon qeydiyatındayam. Mən Könüllü şəkildə hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Biləsuvar rayon şöbəsinə müraciət etdim ki, təhsilimi dondurub, hərbi xidmətə gedim. Onlar mənim universitetden atşrayış gəyştirməyimi istəyirlər, eyni zamanda universitetdə onlardan arayış istəyirlər. Xahiş edirəm bu məsələylə əlaqədar mənə köməklik göstərəsiniz.

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər. 
Rəfail Soruşur Yazılma Tarixi:20.06.2018 13:16:28

Salam, Mənə hərbi komissiyasiyada sağ ayaq 2-cü , sol ayaq 3-cü dərəcəli yastı pəncəlik diaqnozu qoydular. Bilmək istərdim mən həqiqi hərbi xitmətə yararlıyam ?

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla: boylama içəri tağın bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm-dir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Beləliklə Siz, hərbi xidmətə yararsızsınız.
İnşallah Soruşur Yazılma Tarixi:19.06.2018 20:02:30

Salam menm 18 yaşım Avqust ayının 1 tamam olur mene çağırış havaq gelecek ? bunu zehmət olmasa ətraflı cavablandırardnz hekime çağırış Əsgərliyə çağırış havaq hansı ayda gelecek mene zehmət olmasa cavablandırardn

Bildiririk ki, 18 yaşı 2018-ci ilin avqust ayının 1-də tamam olmuş vətəndaşlar həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.
şaban Soruşur Yazılma Tarixi:19.06.2018 12:59:12

salammən çixinov Şaban ramazan oğlu 19.02.2000 təvəlludluyəm mən iyul ayının 3 əsgərə gedirem ama hara duşduyumu bilmirem muraciətdən soruşdugunuz adımı soyadımı atamın adını təvəlludumu yazəram ama belə bir çağırışçı tapılmadı deyir gorəsən iyul ayının çağırışçılar haqqında məlumat nə vaxt sistemə koçuruləcək

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Babək Soruşur Yazılma Tarixi:19.06.2018 08:40:34

Salam iyul çağırışçısıyam yoxlamadan kecdim mene 66c yazıblar.Hərbi xidmət üçün yararlı sayılıram? Əvvəlcədən təşəkkürlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin “c” bəndinə “Onurğanın xəstəlikləri və onların nəticələri: funksiyaların cüzi dərəcədə pozulması ilə” aiddir. Bu diaqnozla çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Cədvəldə sətir sayı :14897