Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İsmət Soruşur Yazılma Tarixi:18.06.2018 22:19:21

Salam.hansı qoşun növünün melumatı ilk dəfə qeyd olunur? Hərbi hissəyə düşməsi

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Vüqar Soruşur Yazılma Tarixi:18.06.2018 11:56:12

Salam mən Silahlı Qüvvələrin ehtiyatda olan zabitiyəm və rütbəm leytinantdı.2015-2016-cı illərdə cəbhə bölgəsində yerləşən Tərtər rayonundakı N saylı hərbi hissədə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində işləmişəm.2016-cı ildə müqavilə müddətim başa çatdığı üçün təxris olunmuşam.Hal-hazırda müəllim işləyirəm.Mən sualım budur ki sizin komitədə zabit kimi işə düzəlim işləyə bilərəmmi?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
İlkin Soruşur Yazılma Tarixi:17.06.2018 23:31:27

Salam. Mən Universitetin IV kurs tələbəsiyəm. Yoxlanışda yastıpəncəlik və Progeniya ilə bağlı müayinə olunmağım üçün Bakı şəhərinə göndərilmişəm. İyul ayının 12 sinə növbəyə yazılmışam. Lakin mənə yararlı olduğum halda oktyabr çağırışına qalacağım bildirildi. Mən necə edə bilərəm yararlı olarsam iyul çağırışında həqiqi hərbi xidmətə çağrılım?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Ərşad Soruşur Yazılma Tarixi:17.06.2018 12:07:59

Salam.Mən Azərbaycan Dövlət iqtisad Universitetinin tələbəsiyəm vı 4-cü kursu bitirirəm, İyul ayında əsgərliyə gedəcəm.Bilmək istərdimki, mən zabit kimi qulluq etmək üçün nə etməliyəm ?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Elçin Soruşur Yazılma Tarixi:15.06.2018 20:44:56

Salam mən bu il magistraturaya qəbul olmuşam və bu barədə heç bir sənəd təqdim etməmişəm. İyul ayının 2sinə çağırış gəlib. Qəbul olacağım universitetə qeydiyyat isə İyun ayının 28 dən başlayacaq. Hansı sənədləri təqdim etməliyəm ?

Qeyd edirik ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsində olmağınız tövsiyyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Kamran Soruşur Yazılma Tarixi:15.06.2018 15:35:52

salam, men iyul ayinda xidmet etmek ucun yola dusecem ve evin tek ogluyam, sualim budur ki, SHCDX-nin bunun baresinde melumati varmi? yeni on cebhe xettine dusuremmi? xais edirem cavablandirasiniz. onceden TESEKKUR edirem.

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Məcid Soruşur Yazılma Tarixi:15.06.2018 08:39:36

Salam..Məni bir sual maraqlandirir.Hansi qoşunlara düşdüyümü iyun ayinin 30-nan daha tez nəcürsə öyrənə bilərəmmi?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Səbuhi Soruşur Yazılma Tarixi:14.06.2018 17:35:28

Salam.Bagişlayin men hansi herbi hisseye durmuwem bu barede melumat almaq isderdim.Zehmet olmasa komek ederdiz mene.Komek etsez cox sevinerdim..Cox sagolun

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Günəş Soruşur Yazılma Tarixi:14.06.2018 14:58:02

Salam mənim yaxinima İyul da cagiriş gelib iyulun 2si gedecek ama bezi insanlarla problemleri olduguna gore hara düşdüyünü istəmir bilsinler sizin sehidefe ad soyad tevelludle gosterir hara düşəcəyini olar onu gizli saxliyasiniz sadece smsle bilsin hara düşdüyünü???

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
İlkin Soruşur Yazılma Tarixi:14.06.2018 14:03:00

Salam mən iyulda gedirəm inşALLAH. Bir şeyi örgənmək istirdim. TTM oxumax istirəm sadəcə hərbi müddətim nə qədər olcax? onu bilmək istirəm. 1 illiyəm bu arada. 1il 9 ay xitmət elicəm ya necə?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən müddətli həqiqi hərbi xidmətə cəlb edilən həkim ixtisaslı mütəxəssislər təhsil almaq üçün Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursuna göndərilirlər.
Cədvəldə sətir sayı :14897