Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gümrah Soruşur Yazılma Tarixi:04.07.2018 18:22:11

Salam. Mən Azerbaycan Memarlıq və İnşaat Universitetində bakalavr təhsili almişam. Bu il bitirdim və Magistraturaya qəbul olmuşam. Lakin,könüllü olaraq hərbi xidmətə getmək istəyirəm. Mənə çağırış vərəqəsi göndərilmişdi. Vaynlomata yaxınlaşdım, lazımi yoxlamalardan keçdim. Amma, bölgülərə adım getməyib. Bunun üçün mən nə edə bilərəm. Xahiş edirəm ki, mənə köməklik edəsiz.

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər.
Namiq Soruşur Yazılma Tarixi:03.07.2018 17:05:38

Salam.Menim oqlumda anadangelme gozlerinde akzematizm ve gozde zeiflik xesteliyi var.Zerife Eliyeva adina goz xestexanasindan bele bildiriblerki bu xesteliyin mualicesi yoxdu yalniz goz tam tutulmasin deye daima mualice almalidir.Aq biletde muayine esasinda yararsiz qeyd olunub.Hal hazirda 18 yasi var.Herbi xidmete caqirilarken yoxlanis neticesinde Sari qaya ve Zerife Eliyeva adina goz xestexanalarina gonderilmiw ve netice deyisilmez olaraq saq goz menfi 5, sol goz menfi 4diaqnozu ile yararsiz olduqu tesdiqlenib.Voenkomat senedleri Herbi qospitala gondererken evladimi sexsen muayine etmeden 34cu maddeye esasen yararli olduqu bildirilib.Xahis edirem cavablandirasiz ki ne derecede doqrudur.Mende sox xosbext olaramki evladim vetene borcunu laiqince yerine yetire.Amma qulluq vaxti gormediyi teqdirde bir problem olarsa kim cavabdeh olacaq?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34-ci maddəsinin I qrafasının tələblərinə əsasən hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Elməddin Soruşur Yazılma Tarixi:23.06.2018 17:07:19

Salam Sualım odurki mən xaricdə təhsil alıram və təhsili qiyabiyə çevirmişəm iyul ayında hərbi xidmətə getmək istəyirəm və təhsilimi qiyabiyə çevirmək haqda RHK-a heçbir kağız təqdim etməmişəm Könüllü xidmət etmək istəyirəm necə edə bilərəm? Çox xahiş edirəm cavablandırın

Bildiririk ki, təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər.         Əlavə olaraq qeyd edirik ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Səfər Soruşur Yazılma Tarixi:23.06.2018 13:39:18

Dəridə olan keloid akneləri xidmətə yararlıdırmı?

Çağırışçılarda “Dərinin və dərialtı toxumaların xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 62 “b” maddəsinin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
şöyüb Soruşur Yazılma Tarixi:23.06.2018 12:39:43

salam. Mən bilmək istəyirdim ki, Hepatit b xestelik daşıyıcısı herbi xidmət üçün yararlıdı?

Çağırışçılarda “Yoluxucu və parazitar xəstəliklər” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 1-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Mehman Soruşur Yazılma Tarixi:23.06.2018 12:28:16

May ayının 18 i meni Xırdalan şeher vynkomatına çağırdılar.Orada şexsi işime baxıldı ve meni sağlamlıq üçün hekimden keçirdiler.Uşaq vaxtı(5 yaşında) ağacdan yıxıldığım üçün alnımda ve qarnımda emeliyyat tikişlerinin izi qalıb.Orada hekimler meni yoxladı.Her şey sağlam idi.Lakin qarnımdaki ve alnımdakı çapıqlara göre İnşaatçılarda Elmi cerrahiye merkezine gönderdiler.Oradan 1 hefte sonra cavablar çıxdı.Bütün çek ap neticelerine göre tam yararlıyam.Vaynkomatın baş hekiminin ümumi reyine esasen tekrar meni gönderdi Respublikanski xestexanaya.3 hefteden artıqdır cavab gelmir.Men öz çağırışımı gözleyirem.Ali tehsilliyem.

Məlum olmuşdur ki, Siz Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Abşeron rayon şöbəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ümid Soruşur Yazılma Tarixi:23.06.2018 12:19:07

Salam. sms vasitəsi ilə də ayın 30 u öyrənmək olacağ ?

Bildiririk ki, çağırışçılar 25.06.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Samir Soruşur Yazılma Tarixi:23.06.2018 12:14:30

Salam iyul ayında xidmətə yollanacam. Könüllü olaraq ön cəbhədə xidmət etmək istəyirəm. Hara müraciət etməliyəm

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Cavid Soruşur Yazılma Tarixi:23.06.2018 04:24:26

Salam.cinsi oriyentasiya muxtelifdirse hemin shexs herbi xidmete yararsiz sayilir?

Çağırışçılarda “Ruhi pozuntular” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 18-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Bəybala Soruşur Yazılma Tarixi:23.06.2018 03:36:17

Salam. Mən Snayper kurslarına tazılmaq istərdim və orduda zabit kimi qalmaq istəyirəm bunun üçün nə etməliyəm ali təhsilim var. 02.07.2018 ci il tarixində hərbi xidmətə çağırılmışam. Xahiş edirəm ətraflı caavb verəsiniz

Bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən  vətəndaşlar üçün snayper ixtisası üzrə  hazırlıq kursları təşkil edilmir.    Digər sualınızla əlaqədar bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891