Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavidan Soruşur Yazılma Tarixi:09.07.2018 14:08:16

Salam.Menim Sexsi isimde ayaqimin duzluyune 68 c yazilib.Bu halda herbi xidmete gedecem?ve gelecekde polis orqanlarinda islemeyime mane deyil?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin “c” bəndinə “Yastıayaqlılıq və ayağın digər deformasiyaları: funksiyaların cüzi dərəcədə pozulması ilə” aiddir. Bu diaqnozla çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Qeyd olunan maddəyə əsasən işə düzəlmək işə götürən dövlət orqanının səlahiyyətlərinə aiddir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməlisiniz.
NİCAT Soruşur Yazılma Tarixi:09.07.2018 09:57:14

Salam Meni iyulun 1ne cagirmisdilar butun hekimlerde yoxlayib amma hele aparmirlar

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Şükür Soruşur Yazılma Tarixi:09.07.2018 09:43:34

Salam. Men 24.06.1995 il de Bakı şəhərində anadan olmuşam. 2013 ci ilde Xestelikler cedvelinin 13 a maddəsinə gorə 6 ay möhlet hüququ verilirb. 2013ci ilde universitetə daxil olub 2017-ci ilde bitirmisem ve indiki tarixe qeder cagiris olmuyub. Bilmek isteyirem ki men 13 a maddəsinde olan xesteliye gore ucotdan cixarilmişam ? Cixarilmisamsa herbi bilet verilmeli deyil ki? ve niye cagirilmiram herbi komissarlig terefinden?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “a” bəndinin I qrafasına əsasən çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” diaqnozu sizin hərbi biletinizin xüsusi qeydlər səhifəsində yazılaraq qeyd edilmişdir.  Odur ki, hərbi biletinizi təhvil almaq üçün şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə hərbi qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsinə şəxsən müraciət etməyiniz tövsiyə olunur.
Kənan Soruşur Yazılma Tarixi:09.07.2018 09:24:18

Salam. Mən 2015 ci il oktyabr ayında cinayətlərində olan xəstəlik səbəbi ilə Hərbi Bilet əldə etmişəm (hərbi xidmətdə olmadan). Bu ilin oktyabr ayında mənim 3 illik möhlətim dolacaq və yenidən çağırılacağam. Mən artıq bir ildir ki Türkiyədə təhsil alıram, bakalavr pilləsi üzrə. Və bu ayın 20 si ölkədən çıxmaq istəyirəm. Bilmək istərdim ki mən ölkədən çıxmaq istəyəndə hər hansısa bir problem yarana bilərmi? Çağırışdan öncə ölkədən çıxma məhdudiyyəti varmı? Və varsa nə etməliyəm? İkinci bir sualım odurki, mən Türkiyədəki universitetdən vaykomanta vermək üçün kağız almışam ki, 4 il təhsilimj başa vurunca mənə möhlət versinlər. Qeyd etdiyim sənədi vaykomanta təqdim edərkən hər hansısa dövlət rüsumu ödəmək mıcburiyyətim varmı?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.10-cu maddəsinə əsasən, hərbi vəzifəlilər - ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Növbəti təkrar tibbi müayinədən 13.10.2018-ci il tarixdə keçirilməlisiniz. Həmin Qanunun 21-ci maddəsinə əsasən, təhsilə görə möhlət hərbi vəzifəlilərə deyil yalnız çağırışçılara verilir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, çağırışçıların təhsilə görə möhlət hüququ əldə etmək üçün müvafiq təhsil müəssisələrinin arayışlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti yerli idarə, şöbə və ya bölməsinə təqdim etmələri ilə bağlı qanunvericilikdə heç bir dövlət rüsumu nəzərdə tutulmur.
Elşən Soruşur Yazılma Tarixi:09.07.2018 02:30:03

Salam.Mənə 02.07.2018 tarixinə görə,çağırış gəlib. Həkim komissiyasından keçdim . Nevroloji müayinə olması lazımdır dedilər.Vaynkamat özü çağıracaq dedilər, amma hələdə xəbər yoxdu. Nizami rayon hərbi komissarlığına qeydiyyatdayam. 15.02.2018 tarixindən sonra gəl dedilər. 9100 dan sms gəlməyib . Şəxsiyyət vəsiqənin nömrəsini yazıb göndərdim deyir belə çağırışçı mövcud deyil . Mən hərbi xidmətə getmey istirəm .dəqiq hara dusmeyim hansı tarixdən sonra bilinəcək? Mənə 2-ci sərəncamdadır adın dedilər .Mən gedib getməyəcəyimi dəqiq necə öyrənə bilərəm ?

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Nizami rayon idarəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
İlham Soruşur Yazılma Tarixi:08.07.2018 23:23:51

Salam, bilmək istərdimki, hərbi xidməti Azərbaycan Quru Qoşunlarının Sülhməramlı Ordu tərkibində xaricdə keçmək mümkündürmü? Mümkündürsə, tələblər nələrdir?

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:08.07.2018 22:40:38

Salam. Mənim təhsil aldığım Kollec də təhsil müddətim bitib amma mənə hərbi çağırış vərəqəsi gəlməyib bunun səbəbi nədir ? Və necə öyrənə Bilərəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:08.07.2018 12:36:19

Salam mən 2009 cu ildə polis akademiyasına daxil oldum.2014 ildə akademiyanı bitirdim və 3 il 8 ay polisdə işləmişəm.Hərbi biletim yoxdur.Sual-mən hərbi bileti hardan almalıyam?voyenkomat deyir eskerliye qedmelisen.bu nə qədər düzdü,və şikayət hara edim?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Orxan Soruşur Yazılma Tarixi:08.07.2018 12:23:22

Salam mən iyul ayının 23 ü Hərbi xidmətə yola düşmək üçün hərbi kamisarlıqa çağırılmışam. Ancaq hələdə hansı hərbi hissə vəya herbi bölməyə düşdüyümə görə mesaj gəlməyib. Burdakı linkten de bütün soruşulan şeyləri yazıram. Göndərilən məlumatlara uyğun çağırışcı tapılmadı deyilir. niye bu qədər gec gəldi mənə?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəhim Soruşur Yazılma Tarixi:08.07.2018 11:21:21

salam men iyulun 2si herbi xidemete cagirilmiwam MN-193 herbi hisseye bugun ayin 8di amma hele gedmemiwem men bu menim herbi xidmet muddetimden gedir ? onuda deyimki oz xowumnan evde qalmamiwam vayenkomat aparmir heleki.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 37.1.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin başlanğıcı çağırışçılar üçün – Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi hissəyə göndərildikləri gün sayılır.
Cədvəldə sətir sayı :14891