Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
MİRİSMAYIL Soruşur Yazılma Tarixi:07.07.2018 19:13:54

SALAM MƏNDƏ MƏRKƏZİ SİNİR SİSTEMLƏRİ XƏSTLİKLƏRİNİN UŞAQ SERBRAL İFLİCİNİN SPASTİK DİPLEGİK DİOQNOZUDUR MƏN DÖVLƏT İDARƏETMƏ ORQANLARINDA ÇALIŞA BİLƏRƏM?

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin ikinci fəslində əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları təsbit edilmişdir. Qeyd etdiyiniz məsələ əmək münasibətləri sahəsində çox geniş miqyası əhatə etdiyi üçün, hər hansı bir iş fəaliyyəti ilə məşğul olmaq hüququnuz işə qəbulla bağlı müraciət etmək istədiyiniz işəgötürənin qanunvericilik çərçivəsində müəyyən etdiyi hüquq və vəzifələrin məcmusundan asılıdır.
Mirismayıl Soruşur Yazılma Tarixi:07.07.2018 18:56:56

Salam. Mən komissarlığından gələn hərbi çağırışa əsasən rayonda komissiyadan keçdim ( 13.06.2018 tarixdə) və müayinə üçün Travmotologiya İnstitutuna göndərildim. 28.06.2018 tarixdə orada təkrar müayinə olundum və mənə Komissarlıqdan ətraflı məlumat verileceyini dedilər. Lakin hele de almamışam. Ona görə də mən komissiyanın qərarı barədə məlumat almaq istəyirəm.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, sizin sağlamlıq haqqında müayinə aktınız 13.07.2018-ci il tarixdə Xidmətin Tovuz rayon şöbəsinə daxil olmuşdur. Aidiyyəti üzrə Tovuz rayon şöbəsinə müraciət etməyiniz tövsiyyə olunur.
Kənan Soruşur Yazılma Tarixi:07.07.2018 01:42:50

Salam.iyul cagiriscisiyam.iyulda getmeliyem..amma helede hara duseceyim yer bilinmir.bir iki yoxlanisa gore cixdiqim yer bilinmeyib.amma iyul ayin 3 de butun lazimi olan yoxlanislardan kecdim.her bir senedim hazirdir..vaykamantdan deyirlerki bu ay gedesen.bilmek isteyremki bu ay gedecem yoxsa yox?texminem ne vaxta melum olarki hara dusduyum?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elmar Soruşur Yazılma Tarixi:07.07.2018 00:57:45

Salam mən komissyadan keçmişəm və revmatizmam olmaqina baxmayaraq yararli yaziblar, hec normal sekildə yoxlamadan, və mən komisyadan kecdikdən sonra mohlət huququ ala bilərəmmi 2 ayliq və ya 3 xaricdən qəbul kagizim gecikdiyinə gorə esger getmeye mecbur qaliram izahat yaza və 1,2 ay gecikdirə bilərəmmi.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.          Əlavə olaraq bildiririk ki, magistratura səviyəsinə qəbul olunmanı təsdiq edən sənəd Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edildiyi halda möhlətin verilməsi məsələsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər.
Ruslan Soruşur Yazılma Tarixi:06.07.2018 22:39:07

2016 ci ilde gence seher kepez rayonundan meni herbi xidmete cagirdilar .. Getdim 3 sayli xestexanaya gonderdiler ordan ise goy goy rayon xestexanasindan kecdim mene dedilerki biz seni cagracayiq ve 3 il mualice ucun xarici olkeye getmek isteyirdim adima mehdudiyet qoyulubdur, men ise vayonkamata getdim meni abbas sehet adina xestexanaya gonderrdiler ve orda nervipatalok meni miqren sinir pozgunlugu xesteliyini oldugunu dedi ve men mualiceye basladim ama vayonkamat mene helede dinc dovurde herbiye yararsiz oldugum halda mene bilet vermir bunu mene zehmet olmasa basa salin nece olur bu proses

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Xidmətin Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” əsasında Xidmətin Kəpəz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ruslan Soruşur Yazılma Tarixi:06.07.2018 01:35:57

Salam miqren xesteliyi olan sexs herbi xidmete yararlidir ?

Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Şamil Soruşur Yazılma Tarixi:05.07.2018 17:29:37

Salam mən seropozitiv sifiliz xəstəsiyəm. Cagirisciyam .Müalicə üçün mənə nə qədər vaxt veriləcək?

Sifilisin tam müalicəsindən 12 ay sonra klassik seroloji reaksiyaların mənfiləşməsi baş vermədiyi halda, çağırışçılar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Afiq Soruşur Yazılma Tarixi:05.07.2018 17:27:32

esgerlikde hara dusduyumu ne vaxt oyrene bilerem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rövşən Soruşur Yazılma Tarixi:04.07.2018 22:17:30

Salam. Hərbi xidmətə getdiyim günlə tərxis günüm eyni gün olurmu yoxsa qoşun növünə görə fərqlidirmi?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Tural Soruşur Yazılma Tarixi:04.07.2018 19:45:06

Hərbi xidmətə hansı bölgəyə düşməyimi öyrənmək istəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14891