Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Soruşur Yazılma Tarixi:17.07.2018 18:20:44

Salam meni iyulun 20 sine yaziblar hara duwduyum bilinse hemin gun gede Bilerem?

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. 
Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 

Əmrah Soruşur Yazılma Tarixi:17.07.2018 11:01:50

Mən hərbi xidməti hansı qoşun növündə keçəcəyimi bilmək isdirəm hansıki 3 gün sonra əsgər gedirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Mahir Soruşur Yazılma Tarixi:17.07.2018 09:55:24

Salam, Mənim xarici passport almaqla bağlı çətinliyim var. Belə ki mənim hərbi biletim (ağ bilet) üzərində bakalavt təhsili səbəbi ilə göstərilmiş icazə 10 iyul 2018 tarixində bitib. Magistraturada təhsilimi İqtisadi Universitetində davam etdirəcəm. Universitetdən hərbi çağırış məntəqəsinə təqdim etmək üçün aldığım kağızı çağırış məntəqəsi qəbul etmir. Bildirirlər ki universitetin verdiyi kağızda təhsil alacağım tarix göstərilməlidir. Bununçün də mən o kağızı yalnız 15 sentyabrdan sonra ala bilərəm. Və mənə xarici pasport bu həftə ərzində lazımdır mütləq şəkildə. Əgər mənim sentyabr ayına kimi möhlətim varsa niyə peçat vurulmur ? Və ya niyə universitetin möhürlü şəkildə verdiyi sənədi qəbul etmirlər ? Zəhmət olmasa köməklik edin təşəkkürlər, Mahir Hacıyev Rizvan oğlu

Bildiririk ki, Respublikanın ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün  təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.          Həmin arayış təqdim edildikdə, Sizə cağırışdan möhlət verilərək «İlkin hərbi qeydiyyata alınma haqqında» (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqənizdə müvafiq qeydlər aparılacaqdır.   
ilkin Soruşur Yazılma Tarixi:16.07.2018 20:55:51

salam sualim odurki mənə hərbi çagrılış 20.07.2018 bu tarixdə emr gəlmişdir.Hara düşdüyümlə bagli sms gelmeyib

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Tural Soruşur Yazılma Tarixi:16.07.2018 14:40:53

18.07.2018 tarixində hərbi xidmətə gedirəm hansı bölgəyə düşdüyüm haqda məlumat istəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Taleh Soruşur Yazılma Tarixi:16.07.2018 13:21:41

salam.men 2 sayli xestexanada yatmisam.amma menim senedlerim herb komissarliga gedib catmayib.men senedlerimin harda olmasiyla bagli ve niye komissarliga gedib cixmamasiyla bagli melumati kimden ve ya hardan deqiqlesdire bilerem?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilmədiyi üçün müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması mümkün olmamışdır.
Murad Soruşur Yazılma Tarixi:15.07.2018 22:16:30

20-i esger gedirem amma helede harada xidmet edeceyimi oyrene bilmirem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Emin Soruşur Yazılma Tarixi:15.07.2018 20:41:32

salam men ayin23 herbi xidmete caqirilmişam hansi bolgeye düşdüyümü nece orgənə bilərəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əliağa Soruşur Yazılma Tarixi:15.07.2018 17:08:12

Salam. Keçən dəfə yazdığım məktubun cavabında qeyd etdiniz ki, Siz müayinə və müalicə üçün ET Travmatologiya və Ortopediya İnstitutuna göndərildikdən sonra haqqınizda qərar qəbul ediləcək. Artıq neçə aydır ki mən həmin instititutdan her iki ayağın rentgenlerini və döş qəfəsinin rentgenini cekdiler.Müayinədən sonra hərbi işlərə baxan həkim (Zakir Həsənzadə)qeyd etdi ki sizdə 3-cu dərəcəli yastipencelik və döş qəfəsinin deformasiyasina görə skalyoz var. Müayinədən keçdikdən sonra orada hərbi komissiya başladı və yararsız qərarı verdiler. Ondan sonra DOSAAF adlanan yerdə yenidən komissiyaya apardılar. Ondan sonra neçə aydır ki xəbər gözləyirəm. İsmayıllı rayon vayenkomatina müraciət etdim dedilər hələ sizin şəxsi işiniz bizə gəlməyib. Suali yazmağın əsas məqsədi odur ki, mən sənədlərimi Türkiyədə ali təhsil oxumaq üçün göndərmişəm və artıq sənədlərim hazırdır. Tək problem hərbi bilet qalıb xarici pasport goturmeye. Çox sağ olsun rayonumuzun hərbi komissarı hər cür köməklik edib. Amma hələ də Bakıdan xəbər yoxdur. Xahiş edirəm köməklik ederdiniz. Travmatologiya institutuna hərbi həkim komissiyası yararsız diaqnozu qoyandan sonra yəqin hərbiyə getmək mənim üçün mümkünsüz olacaq. Mən nə zaman hərbi biletini götürə bileceyem? Xahiş edirəm köməklik ederdiniz bu barədə?

Məlum olmuşdur ki, Siz 19.07.2018-ci il tarixdə hərbi biletlə təmin olunmusunuz.
Eldəniz Soruşur Yazılma Tarixi:14.07.2018 17:36:44

Salam Mən bu ilin məzunuyam Magstraturiya qəbul olmuşam.Qəbul olduqmu təsdiq edən sənədi SHÇDX-nin qediyyata olduğum şöbəsinə təqdim etməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.           Əlavə olaraq bildiririk ki, magistratura səviyəsinə qəbul olunmanı təsdiq edən sənəd Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edildiyi halda möhlətin verilməsi məsələsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər.
Cədvəldə sətir sayı :14897