Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhəmməd Soruşur Yazılma Tarixi:23.07.2018 22:49:45

Salam. Men Mahmudov Məhəmməd Ceyhun oğlu 24 08 2000 ci il de doğulmuşam oktyabr çağrışçısıyam herbi xidmete gede bilecem eger mümkündürse melumatlandırardınız.. Teşekkürler

Bildiririk ki, 18 yaşı 2018-ci ilin avqust ayının 24-də tamam olmuş vətəndaşlar həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar
Yəhya Soruşur Yazılma Tarixi:23.07.2018 17:05:40

Salam men ayın 20 i getmeli idim ama yerler belli olmadığı üçün helede qalmışam sms gelecek dediler helede gelmiyib ne vaxt deqiq çxacağ?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Bahadur Soruşur Yazılma Tarixi:23.07.2018 15:10:40

Salam.Oğlum Həsənov Murad Bahadur oğlu, 1996-cı il təvəllüdlü, Suraxanı rayon Səfərbərlik və Xidmətkeçmə İdarəsi tərəfindən 02.07.2018-ci il tarixinə hərbi xidmətə çağrılmışdır. Məlumat üçün bildirirəm ki, oğlum uşaq yaşlarında (5-12 yaşlar arası) hepatit və astma xəstəliyindən dispanser qeydiyyatında olmuşdur. Bununla əlaqədar onu may-iyun aylarında müxtəlif səhiyyə idarələrinə yenidən müayinəyə göndərmişlər. Son müayinədən 2-3 iyul tarixlərində 2 saylı Ağciyər xəstəlikləri dispanserində keçmişdir. Artıq çağırış dövrü bitmək üzrədir, lakin oğlumun hərbi xidmətə göndərilməsi və ya xidmətdən azadolma barədə məlumatımız yoxdur.Xahiş edirəm bu barədə məlumat verəsiniz.

Məlum olmuşdur ki, 1996-cı il təvəllüdlü Həsənov Murad Bahadur oğlu Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhəti ilə əlaqədar aidiyyəti üzrə müayinələrə göndərilmişdir. Müayinələr nəticəsində təyin olunmuş diaqnozlara müvafiq olaraq, Həsənov Murad Bahadur oğlu rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmişdir.
Fərid Soruşur Yazılma Tarixi:23.07.2018 12:11:47

Salam Aleykum 9100 a sms yollamışam pulu çıxıb cavabı 25 deyqedi yollamıyıb serhed qoşunlarına düşmüşem sabahda gedirem ama hara gedirem bilinmir bele şey olar? Onu nece öyrene bilerem

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.
Qüdrət Soruşur Yazılma Tarixi:22.07.2018 17:01:22

Sualım odur ki, 109 saylı hərbi hissə harda yerləşir ? ünvanın bilmək istəyirəm

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Samir Soruşur Yazılma Tarixi:22.07.2018 15:02:33

Voenkomatdan hansı bölgəyə düşdüyümü deyiblər.Lakin 9100-a mesaj göndərdikdə şəxsiyyət vəsiqəsinə uyğun çağırışçı tapılmadı bildirilir. Nə üçün sistemdə qeydiyyatda deyiləm?

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
TELMAN Soruşur Yazılma Tarixi:22.07.2018 12:27:39

salam iyulayinda herbi xitmete cagrilmisdim 3 ildiki bende bagirsak xorasi var yaygin hal alib turkiyede mualce alirdim bagirsa xorasindan xercenk cevirile biler diyagnozu qoydular baki 5sayli xeste xanada..hal hazirda seferberlikden mene olkeden cixis qadagasi qoyulub kamisya qutarib ama helede stop yerinde qalib men tecili suretde getçeliyem nece edib çsorusuram eyer yene 1 ilik mohlet vermisise qaldirin stopu gedim.ama hec bir cevab vermirler..xais eliyirem tecli mene bir yol gosterin men cox pis haldayam..

Bildiririk ki, Xidmətin Kürdəmir rayon şöbəsindən alınmış məlumata əsasən, Sizin adınız  25.07.2018-ci il tarixdən sərhədkeçməyə məhdudiyyət siyahısından çıxarılmışdır.
Səid Soruşur Yazılma Tarixi:22.07.2018 11:25:52

Mən öyrənmək istiyirdim ki, Q-6FDQ fermentinin aktivliyi defisiti diaqnozu ilə hərbə yararli ya yararsızam?

Qanda qlükoza-6-fosfat-dehidrogenaza fermentinin çatışmazlığı olan çağırışçılar qanyaradıcı sisteminin funksiyalarının pozulması dərəcəsindən asılı olaraq “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-cı maddəsinin I qrafasına uyğun şəhadətləndirilirlər.
Araz Soruşur Yazılma Tarixi:22.07.2018 10:59:27

esgerlerin hansi rayona dusduyunu nece bilmek olar?

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Şahmar Soruşur Yazılma Tarixi:21.07.2018 23:59:24

Salam bilmək istərdim 999sayli hərbi hissə harada yerləşir.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891