Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavid Soruşur Yazılma Tarixi:05.08.2018 16:44:18

Salam sizdən xaiş edirəm mumkunse deyərdiz gizir hazırlıq kursu nə vaxt başlayır öncədən təşəkkür

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində “Gizir hazırlığı kursu” 03.09.2018-ci il tarixdən təşkil edilir.  Odur ki, mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Marif Soruşur Yazılma Tarixi:03.08.2018 17:47:18

Salam.Mən iyul ayının 19 da işə qəbulla bağlı imtahan vermişəm.imtahanın nəticəsini öyrənmək istəyirəm.Bilmək istəyirəm ki ikinci mərhələyə çağırılacağam ??

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, 19.07.2018-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir.
Həsən Soruşur Yazılma Tarixi:03.08.2018 15:12:00

Salam sizdən xaiş edirəm mənə bir köməklik göstərəsiniz. Mən iki il bir aydi möhlətdəyəm. Həkimlərin rəyi nəticəsində möhlət verilib. Iki il bir aya qədər uzadılıb. Ali təhsilliyəm işnən təmin oluna bilmirəm. Hərbi bilet tələb edirlər. Xaiş edirəm mənə bir köməklik göstərin. Bilmək istərdim mənə hərbi bilet verilə bilərmi?

Müraciətinizlə əlaqədar araşdırma aparılmış və məlum olmuşdur ki, Siz 2016-cı ilin iyul çağırışına hazırlıq zamanı Xidmətin Salyan rayon şöbəsində tibbi şəhadətləndirilmiş və səhhətinizlə əlaqədar ET Hematologiya və Transfüziologiya İnstitutuna əlavə tibbi müayinəyə göndərilmisiniz. Tibb müəssisəsində Sizə təyin olunmuş diaqnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin “Xəstəliklər cədvəli”nin                     I qarfasının 11 “ç” maddəsi ilə 1 (bir) il müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz. Möhlət müddətinizin bitməsi ilə əlaqədar 2017-ci ilin iyul çağırışına cəlb edilmiş, yenidən ET Hematologiya və Transfüziologiya İnstitutuna əlavə tibbi müayinəyə göndərilmiş və tibb müəssisəsindən Xidmətin Salyan rayon şöbəsinə daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda “Bilirubinemiya, hepatoloqun baxışı məsləhətdir” diaqnozu qeyd edildiyinə görə əlavə müayinə məqsədi ilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına göndərilmisiniz. Xəstəxanada Sizə “Xoş xassəli hiperbuliribinemiya-Jillber sindromu. Eroziv bulbit yarım kəskin dövr” diaqnozu təyin edildiyinə görə «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin “Xəstəliklər cədvəli”nin I qrafasının 58 “b” maddəsi ilə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş və barənizdə rayon çağırış komissiyası tərəfindən 09.10.2017-ci il tarixdə qəbul edilmiş qərarın təsdiq edilməsi məqsədi ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına göndərilmisiniz. Mərkəzi hərbi həkim komissiyasında nəzarət qaydasında tibbi şəhadətləndirildikdən sonra rayon çağırış komissiyasının barənizdə qəbul etdiyi qərar dəyişdirilmiş və 08.02.2018-ci il tarixli protokola əsasən 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz. Siz möhlət müddətinizin bitməsi ilə əlaqədar 2018-ci ilin oktyabr çağırışına cəb edilmiş, lakin bu günədək Xidmətin Salyan rayon şöbəsinə gəlməmisiniz. Odur ki, Sizin tibbi şəhadətləndirilərək barənizdə qanunamüvafiq qərar qəbul edilməsi üçün mütləq şəkildə Xidmətin Salyan rayon şöbəsinə gəlməyiniz tövsiyə olunur.
Tale Soruşur Yazılma Tarixi:02.08.2018 23:41:10

Salam.Soruşacağım sual budur ki,mən öz hərbi biletimi necə yeniləyə bilərəm,istəyirəm ki,mən pulsuz yeni hərbi bilet alım,bunu necə edə bilərəm.Mənim hərbi biletim mənə veriləndə korlanmış vəziyyətdə olub.Mən Rusiya vətəndaşlığını qəbul etmək istədim,hərbi biletim korlanmış olduğuna görə sənədlərimi qəbul etməyib geri qaytardılar,Mən heç bir rüsum və cərimə ödəmədən təzə hərbi bilet alıb və ondan sonra Rusiyanın vətəndaşlığını qəbul etmək istəyirəm.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə  aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə vətəndaşlar (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) hərbi qeydiyyat sənədlərini itirilməsinə və korlanmasına görə xəbərdarlıq və ya 50 (əlli) manat məbləğində cərimə edilirlər.            Təkrar (yeni) hərbi biletin götürülməsi üçün şəxsiyyət vəsiqəsi, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil və hərbi qeydiyyatda olduğunuz Xidmətin idarə, şöbə və ya bölmə rəisinin adına ərizə ilə şəxsən müraciət etməlisiniz.          
Bayram Soruşur Yazılma Tarixi:02.08.2018 18:09:12

Salam.Menim oglum iyul ayinda esgerlikden gelib.Ali tehsillidir.Lakin herbi biletinde mehdud yararli yazilib.Ayaginda 2 ci dereceli duzpencelik var.Herbi komissarliq xidmete geden zaman bize bildirdiki 1ci ve 2 ci dereceli duzpencelik(3 istisna) xidmete tam yararlidir getmelidir.Oglum da xidmetini vetene qullugunu tam problemsiz nece lazimdir yerine yetirib. Bele oldugu teqdirde niye oglumun herbi biletine mehdud yararli yazilib? Bilmek isteyirem 2 ci dereceli duzpencelik zamani herbi bilete ne yazilir?

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla: boylama içəri tağın bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm-dir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Yasin Soruşur Yazılma Tarixi:02.08.2018 14:29:50

Salam. Men SHXÇDX dan online qeydiyatdan kecerken elektron poct unvanimi sehv daxil etmişem indi portala daxil ola bilmirem nece ede bilerem?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin portalına müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizə əsasən istifadə edə bilmədiyiniz üçün portalda qeydiyyatınız ləğv edilmişdir. Yenidən qeydiyyatdan keçə bilərsiniz. 
Tural Soruşur Yazılma Tarixi:02.08.2018 12:53:42

Salam. Mən iyul ayının 2-də işə hərbi xidmətə qəbulla bağlı olaraq cənab generala ərizə ilə müraciət etmişəm. Məktubda əlavə təyinatı üzrə sənədlər də göndərmişəm. Özüm ehtiyatda olan peşəkar hərbçiyəm. Mayor rütbəsi ilə.İyul ayının 6-da məktub ünvanına çatdırılib .Ancaq cavab haqqında məlumatım yoxdur. Xahiş edirəm mənə məlumat verərdiniz. Əvvəlcədən təşəkkür edirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, tərəfinizdən əvvəllər göndərilmiş ərizənizə 2372 №-li 18.07.2017-ci il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir.
Elxan Soruşur Yazılma Tarixi:02.08.2018 09:37:26

Salam aleykum rematizmasi guclu olan (800)du ve sinir agrisi olan esger aparirlar?

Çağırışçıların qan dövranı sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42-48-cı maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Elmir Soruşur Yazılma Tarixi:01.08.2018 10:53:34

Salam. Mən Zərifə Əliyeva adına göz xəstəxanasında yoxlanışdan keçmişəm. Hərbi xidmətə yararlı, yararsız olmağım barəsində hələ cavab verilməyib

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır.
Kənan Soruşur Yazılma Tarixi:30.07.2018 19:47:28

Salam Men 2019 cu il fevral ayina qeder universitetden kagiz vermisen herbi komisarliga amma ola bilsin praktikam yanvar ayinda bitsin olarki men yanvarda gedim herbi xidmete birde aprele qalmiyim ? Konullu shekilde mumkundur bu ?

 Bildiririk ki, Siz təhsilinizi bitirməyiniz haqqında sənədi Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə təqdim etdiyinz halda çağırışa cəlb oluna bilərsiniz. 
Cədvəldə sətir sayı :14891