Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nəriman Soruşur Yazılma Tarixi:30.07.2018 17:39:13

Salam. Gəncə 777 İyul çağırışının andiçməsi avqustun 11 yoxsa 12dir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cavid Soruşur Yazılma Tarixi:30.07.2018 14:19:23

Salam mən Universitetdə oxuyuram. Xarici pasport almaq üçün müraciət etdim dedilər ki, ağ biletdə universitetdə oxuduğuma dair möhür vurulmalıdır. Bu möhürü mən harda vurdurmalıyam?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyyə olunur.
Hürzat Soruşur Yazılma Tarixi:28.07.2018 22:18:33

Salam, DSX-də and içmə nə vaxtdir?Dəqiq məlumat verərdiniz zəhmət olmazsa

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. 
Namiq Soruşur Yazılma Tarixi:28.07.2018 21:31:48

Salam. Rəsmi internet səhifənizdən işə qəbulla baglı müraciət edə bilmirəm. Ərizə, tərcümeyi-hal və anketi doldururam, lakin sənədlərin əlavə edilməsinə gəldikdə, orada ancaq təhsil haqqında sənədin surətini əlavə etmək uçün buton var, hərbi biletin surətini yukləməyə yer yoxdur. Hərbi biletin surətini necə göndərə bilərik? Cünki göndərmədikdə qeydiyyat tamamlanmır. Xahiş edirəm alternativ bir yol deyəsiz.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Orxan Soruşur Yazılma Tarixi:27.07.2018 18:11:14

Bildirirəmki 2012-ci ildə Daxili işlər nazirliyinin Polis akedemiyasının Əyani fakultəsinə daxil olmuşam. Təhsil aldığım müddətdə ikinci kursun sonunda yəni 2014-cü ilin iyun ayının 14-dən avqust ayının 14-nə kimi Daxili işlələr nazirinin əmri ilə Daxili Qoşunların Quba şəhərində yerləşən hərbi hissəsində xidmətə cəlb olunmuşam. 2014-cü ildə Azerbaycan Respublilasının prezidentinin Fərmani ilə Polis akedemiyasında Hərbi kafedra yaradılıb.Azərbaycan Respublikakasısının Prezidentinin 2016-ci il tarixli digər bir fərmanı ile Polis Akedemiyasının yeni nizamnamesi qəbul olunub. Həmin nizamnaməyə görə akedemiyada əyani təhsil alan şəxslər kursantlar adlandırılıb və akedemiyanı bitirən kursantlara polis leytenantı xüsusi rütbəsi və ehtiyyatda olan leytenant herbi rürtbəsi verilməsi nəzərdə tutulur. 2017-ci il də Polis akedemiyasıni bitirkən mənə Daxili İşlər nazirinin əmri ili polis leytenantı xüsusi rütbəsi verilib ve 2017-ci ilin avqust ayının 2-də Daxili işlər nazirinin əmri ilə Tovuz rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə polis sahə rəisi vəzifəsinə təyin olunmuşam. 2018-ci ilin iyul ayında Daxili işlər orqanlarından öz arzumla işdən çıxmışam, işdən çıxdıqdan sonra hərbi biletimi Daxili işlər nazirliyinin baş kadrlar idarəsindən istəyəndə ordan mənə bildirdilər ki, sənin bizdə hərbi biletin yoxdu, bizdə Çagrış vərəqən var onu da gondereceyik Tovuz rayon Səfərbərlik ve hərbi xidmətə cağrış şöbəsinə. Bunları nəzərə alaraq mənə hərbi biletimi hardan ve nece ala bileceyim barədə köməklik etməyinizi sizdən xahiş edirəm.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli Sərəncamına əsasən Polis Akademiyasında hərbi kafedra yaradılmışdır. Akademiyanın məzunlarına ilkin zabit hərbi rütbəsi verilməsi isə 2015-ci il 11 fevral tarixli 465 nömrəli Fərmanla müəyyən edilmişdir.             Qeyd olunanlara əsasən Akademiya tərəfindən təsdiq edilmiş hərbi fənlər üzrə tədris proqramını tam bitirən kursantlara 2018-ci ildən başlayaraq zabit hərbi rütbələri verilir. Müvafiq tədris proqramı üzrə tam kursun başa çatmaması ilə əlaqədar 2018-ci ilədək Polis Akademiyasının məzunu olmuş və daxili işlər orqanlarında xidmətdən xaric edilmiş 35 yaşınadək şəxslər çağırışçı kimi qeydiyyata alınırlar və qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
nurlan Soruşur Yazılma Tarixi:27.07.2018 14:01:52

salam.mən necə öyrənə bilərəm mən iyul ayında gedəcəm? hərbi xidmətə yoxsa oktyabır ayında?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyyə olunur.
Namiq Soruşur Yazılma Tarixi:26.07.2018 11:31:15

Salam,15aylıq əsgərin qardaşının toyudursa ona məzuniyət düşür? Xahiş edirəm ətraflı cavablandırasınız

Bildiririk ki, “ Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr  tarixli  377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında “ Əsasnamənin 120-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına–müddətli həqiqi hərbi xidmət ərzində - bir dəfə 10 gün müddətinə növbəti məzuniyyət verilir.         Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti məzuniyyətə buraxılmaları barədə xidmət keçdikləri qoşun növünün komandanlığına müraciət etmələri tövsiyə olunur.
İnşallah Soruşur Yazılma Tarixi:24.07.2018 20:30:58

Mənim 18 Yaşım Avqustun 1 Tamam Olur Məne Paviska Havaq Gelecek Birde Həkime Yoxlanısa Havaq Çağırılacam ?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin oktyabr çağırışına hazırlıq avqust və sentyabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 sentyabr 2018-ci il tarixdə başa çatdırılır.
Şamil Soruşur Yazılma Tarixi:24.07.2018 12:59:02

Salam. Mən bilmək istəyirdim ki onurğa əyriliyi olan skoliozlu çağırışçılarda əyrilik dərəcəsi neçə olanda hərbi xidmətə yararlı, yararsız və yaxud da məhdud yararlı sayılır?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın I mərhələ skoliozu olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II və ya III mərhələ skoliozu olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Cabir Soruşur Yazılma Tarixi:24.07.2018 11:57:49

Salam. 19.07.2018 tarixində keçirilən imtahanın cavabları nə vaxt çıxacaq?öz nəticəmlə bağlı bilmək istəyərdim.

Nəzərinizə çatdırırıq ki, 19.07.2018-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891